Dezinfesksiya dedikdə, bura mikrob və bakteriyalarla mübarizə aparmaq üsulu, və zərərləşdirilməsi prosesi daxildir. Olduğunuz hər məkanda, ən əsası ev və işdə bu prosesin mütəmadi olaraq həyata keçirilməsi sağlamlığınız üçün vacibdir.Ənənəvi üsulla kiflə, bakteriya və ya mikroblarla mübarizə aparmaq nəticəsizdir. Öz ənənəvi üsullarınızla buna nail olsaz da təəssüf ki, dezinfeksiya prosesi qısa müddətli olacaq.Elə buna görə də cagir.az komandası olaraq biz müştərilərimizə dezinfeksiya problemini kökündən həll edəcək dezinfeksiya xidməti təklif edirik. Dezinfeksiya sirketi axtarışında olanlar, elə indi bu işin peşəkarı olan bizə müraciət edin. Virus təmizləmə - dezinfeksiya xidməti əsasən iki istiqamət üzrə həyata keçirilir. 


Evlərin dezinfeksiyası 

Ofis və obyektlərin dezinfeksiyası


Evlərin dezinfeksiyası xidməti üçün işçi heyətimiz müasir avadanlıqlarla təmin olunmuşdur. Elə buna görədir ki, evinizdəki heç bir əşyaya ziyan dəymir, insan və ya ev heyvanlarına təhlükə törətmir.Evinizi dezinfeksiya etdikdə diqqət etməli olduğunuz bir neçə məqam var:


  • Evheyvanları ərazidən çıxarmaq
  • Evdən bitkiləri çıxarmaq
  • Qapı və pəncərələri bağlayaraq evi ( 30dəq - 3saat müddətində) tərk etmək


Dezinfeksiya məhsulları ilə evinizi dezinfeksiya etdikdən sonra təmizlik işləri aparmağa ehtiyac yoxdur. Çünki evdə olan hər bir əşyanın səthi sterizə olunur. Bundan başqa evinizi dezinfeksiya etdikdən sonra xoşagəlməz qoxu qalmır və təravətini qoruyur. Dezinfeksiya edici maddələr evinizin əlçatmaz olan hər küncünü kifdən xilas edir. Bu işi cagir.az komandasına həvalə edin ki, siz həm vaxta qənaət etmiş olasınız həm də büdcənizə.

Dezinfeksiya xidməti tərkibində həm də dezinseksiya xidmətimiz həyata keçirilir. Dezinseksiya - infeksiyon xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Evinizi dezinseksiya etdikdə siz həm həşəratlardan qurtula həm də infeksiyon xəstəliklərin yayılmasının qarşısını almış olursunuz.

Ofis və obyektlərin dezinfeksiyası dedikdə bura iş yerlərinin geniş miqyaslı dezinfeksiya prosesi daxildir. Nəzərə alsaq ki, vaxtınızın çox hissəsi iş yerində keçir ona görə də ofis və obyektlərin dezinfeksiya məsələsinə ciddi riayət olunması zəruridir. Ofis və obyektlərin dezinfeksiya xidmətinə aid bir neçə məqamı diqqətinizə çatdıraq. 

İşə başlayarkən otaqda olan bütün əşyaların üzəri nəm dəsmalla silinir, örtülür. Dezinfeksiya edildikdən sonra isə hava çilənən dezinfeksiya edici məhlullar öz təsirini uzun müddət saxlayır, havada olan bakteriya və mikrobları məhv edir. Ofis və ya obyektlər virusun yayılması üçün münbit şərait hesab olunur. Buna görə də siz öz iş yerinizi mütəmadi olaraq dezinfeksiya etməlisiniz. Biz, ofis və ya obyektlər, müxtəlif iş yerləri, biznes məkanları üçün həm birdəfəlik dezinfeksiya xidməti sifarişi həm də müntəzəm dezinfeksiya xidməti həyata keçiririk.Şirkətiniz üçün aylıq dezinfeksiya xidməti planı qurulur daha sonra müddət tamam olduqda işçi heyətimiz ofis və ya obyektlərinizə yaxınlaşaraq dezinfeksiya probleminizi həll edirlər. 

Deratizasiya - yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan zərərli gəmiricilərin məhv edilməsi tədbirləridir. Ölkəmizdə ən çox yayılmış və təhlükə mənbəyi olan gəmiricilər siçanlardır. Bu gəmiricilərin deratizasiya olunması profilaktik yolla olunur. 


Dezinfeksiya zəruri olan məkanlar:

Qida sənayesi (qida istehsalat obyektləri)

İctimai iaşə obyektləri (kafe, restoran, yeməkxana)

Su təchizatı ( hovuz, akvarium, hamam)

Dezinfeksiya xidmətimizdə profilaktik mübarizə tədbirləri iy-qoxu və ləkə qoymayan avropa istehsalı dərman preparatları vasitəsilə aparılır. Hər bir işçimiz müasir avadanlıq və dezinfeksiya edici maddələr ilə təmin olunur. Əvvəl də qeyd etdiyimiz kimi bu maddələr insan və ya ev heyvanları heç bir təhlükə yaratmır. 

Evlərin dezinfeksiyası xidməti üçün nəzərdə tutulan avadanlıq və dezinfeksiya maddələri əsasən evin ölçüsündən və otaq sayından asılıdır. Bu haqda əvvəlcədən məlumat almağımız xidmətimizi daha da yüksək keyfiyyətdə başa vurmağımıza səbəb olur. Bundan başqa digər təmizlik xidmət növləri ilə birlikdə dezinfeksiya xidmətindən yararlana bilərsiniz. Bunun üçün bir xidmət üçün təyin olunmuş məbləğdən artıq ödəniş etməklə arzuladığınız dərin ev təmizliyini əldə etmək mümkündür. Dezinfeksiya edici maddələr ürəyinizcə olmadıqda siz əlavə istək üzərinə öz dezinfeksiya edici məhlullarınızdan da təklif edə bilərsiniz. Mehriban və peşəkar işçi heyətimiz, dezinfeksiya xidmətində sizin hər bir arzu və istəklərinizi yerinə yetirməkdən məmnunluq duyacaq.


Qeyd edək ki, ödəniş birdəfəlik sifarişə əsasən nəğd pulla, biznes məkanları üçün aylıq müqavilə bağlamaqla köçürmə yolu ilə aparılır.

Cagir.az – Peşəkar xidmət, sərfəli qiymət!