Talpa Oyunları, Tədbir Ssenari

2021-12-07

Sifariş sayı: 4982

Talpa Oyunları, Tədbir Ssenari

Talpa oyunları - dostlarınızla və ailənizlə birgə əylənə  və stress ata  biləcəyiniz müxtəlif əyləncələr toplusudur. İşin stresindən qurtulmaq, əylənərək bol enerji qazanmaq üçün Talpa oyunları ən yaxşı seçimdir. Həm böyüklər, həm də balacalar üçün təyin olunan Talpa oyunları  növlərini tədbirə uyğun seçmək mümkündür. Talpa oyunları daxilində olan hər bir oyunu ilin istənilən mövsümündə əldə edə bilərsiniz.

Talpa Oyunları, Tədbir Ssenari 82


Talpa oyunları ilə  əylənmək imkanı! 

Dostlarınızla maraqlı anlar keçirmək üçün axtarış etməyə gərək yoxdur! Talpa oyunları ilə tanış olan hər kəsin əyləncə dedikdə ağlına ilk biz gəlirik. Öz seçiminizə uyğun növləri seçərək tədbiriniz üçün ümumi məbləğ haqqında məlumat almaq tez və rahat baş verən prosesdir. Siz də bu xidmətdən sifariş edərək unudulmaz anlarınızı daha da unudulmaz edə bilərsiniz! 


Bir - birindən maraqlı və bol enerjili oyunlar ilə doğum günü, bayram tədbirləri və bütün xüsusi günləri əylənərək dəyərləndirin!

Talpa Oyunları əsas 3 növdə fəaliyyət göstərir:



Uşaqlar üçün əyləncə növləri

Övladlarınızın hər xoş günlərində onların əyləncəsini təmin etmək vaxtınızı ala bilər. Bunun üçün Talpa oyunları xidmətimiz bütün bu axtarışlarınızı sonlandıracaq. Uşaqlar üçün hazırladığımız oyunlar onların həm zehni inkişafını, həm də əyləncəsini təmin edəcək. Bütün bunlarla yanaşı istək üzərinə xidmətə dj, videoqraf və fotoqraf əlavə oluna bilər. Uşaqlarınızın saatlarla əylənməsini və xoş vaxt keçirməsini, xüsusi günlərini unudulmaz etmək üçün Talpa oyunları olaraq bizə müraciət etməyiniz kifayətdir. 


Gəzən Talpa

Gəzən Talpa - Talpa oyunları xidmətinin istədiyiniz məkana aparılması və təşkil olunmasıdır. 

Talpa oyunları xidmətinə daxil olan və ən çox sifariş olunan isə Gəzən Talpa komandasıdır. Gəzən Talpa sifariş edərkən əsasən oyunun sayına, məkana və hansı tarixdə olmasını dəqiq şəkildə bizə bildirməyiniz kifayətdir. 100dən çox oyun növü olan Gəzən Talpa xidmətində siz maraqlı anlar keçirəcəksiniz. Gəzən Talpa xidmətinə daxil hər bir oyunla əvvəlcədən tanış olmaq və sizə uygun olanları seçmək haqqınız var.


Oyunlar adətən böyüklər və balacalar üçün olmaqla 2 tipdə müəyyənləşir. Oyun prosesi üçün isə yaxşı olar ki, 20 nəfərdən az insan olmasın. Tədbirinizdə iştirak edən bir çox insan bu əyləncəni sevəcək və tədbirdən zövq alacaq. Biz illərdir ki, bunu hər bir kollektivdə təmin edirik. Onu da qeyd edək ki, Gəzən Talpa sifarişi edərkən qeyd etməli olduğunuz bir neçə məqam var:

    Məkan
  • İştirakçı sayı
  • Yaş aralığı


Talpa Oyunları, Tədbir Ssenari 82

Gəzən Talpa xidmətini sifariş etdikdən sonra siz, mütəmadi kampaniyalar və müxtəlif tip güzəştlərdən yararlanmaq imkanı əldə edəcəksiniz. 


Tədbir - Ssenari

Tədbir-ssenari üçün hər cür əyləncə təşkilatçılığı şirkətimiz tərəfindən yüksək professionallıqla həyata keçirilir. Tədbir- ssenarilər üçün təyin olunan xüsusi komandamız tədbirlərinizi unudulmaz edəcək! 

Tədbir - ssenari xidməti üçün bir neçə alt xidmət nəzərdə tutulmuşdur: 

    Sehirbaz 
  • Aparıcı - Şoumen
  • Kloun sifarisi
  • Face art - Üz bəzəmə
  • Köpük şou


Xüsusi tədbirlərinizin təşkilati işlərini bizim şirkətimizə həvalə edin. Ətraflı məlumat üçün sayta daxil olaraq müvafiq nömrə ilə əlaqə saxlaya və ya  instagramda “Talpa Oyunları” səhifəsinə göz ata bilərsiniz. 

Cagir.az - Peşəkar xidmət, sərfəli qiymət!

Talpa Oyunları, Tədbir Ssenari 82

Korporativ müştərilər