2021-11-17
Sifariş sayı: 6749
Pedikür
Hər mövsüm ehtiyac duyulan xidmətlərdən biri də pedikür xidmətidir. Dörd fəsildə hər hava şəraitinə uyğunlaşmağa çalışan ayaqlarınız istəmədiyiniz halda xoş olmayan görüntüyə və narahatçılığa malik olur. Xüsusilə yaz aylarında corab və ayaqqabı istifadəsi səbəbiylə hava almaqda çətinlik çəkən ayaqlarınızın həm sağlamlığı, həm də görünüşü baxımından periyodik olaraq pedikür xidmətinə ehtiyacı var. Bu bəzi vaxtlarda gözünüzə o qədər əziyyət tələb edən iş kimi görünür ki, ayaqlarınızda xoş olmayan görüntü ilə yaşamağı üstün tutursunuz. Bilirik ki, çox vaxt sərfi və uyğun gözəllik salonu tapa bilməmək pedikür xidmətini çətinləşdirirən nüanslardandır. Cagir.az komandasının pedikür ustaları bu problemləri aradan qaldırmaq üçün öz pedikür aparatları ilə evinizə qədər gəlir və arzuladığınız ayaq dırnaq görüntüsünü sizlər üçün əlçatan edir.
Pedikür xidməti mütəmadi olaraq həyata keçirilməsi vacib olan prosedurdur. Lakin yol uzaqlığı və digər məsələlər bu proseduru daha da çətinləşdirir. Digər baxımdan pedikür üçün bəzi gigiyenik qaydalara riayət olunması, pedikür üçün nəzərdə tutulmuş təmizlik, dezinfeksiya kimi vasitələrin yerli yerində istifadə olunması bir çox xanımda sual doğurur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, sizi narahat edən hər bir məsələni aydınlaşdırmaq üçün bizə müraciət edə, əlaqə saxlayaraq suallarınızı asanlıqla ünvanlaya bilərsiniz.
Biz Cagir.az komandası olaraq pedikür xidməti üçün nəzərdə tutulan hər bir proseduru peşəkarcasına həyata keçirilməsi üçün zəmanət veririk! Bu xidmətə nələr daxildir və pedikür xidməti necə həyata keçir?
Dırnaqlarda dırnaq boyası varsa, lazımi təmizlik edildikdən sonra dırnaqlar qurudulur və qısaldılır. Nə qədər qısa olsa, ayağın daha rahat olması və dırnaqların zədələnməsinin qarşısı alınacaq. Sonra yumşaltmaq üçün dırnaqlara krem çəkilir. Manikürdə olduğu kimi pedikürdə dəbu proses təxminən 4-5 dəqiqə çəkir. Dırnaqları pedikür hövzəsində isti suda saxlayaraq yumşaldılır və sudan çıxarılan ayaqlar bir dəsmal ilə qurudulur. Yumşaldılmış kütiküllər xüsusi qayçı ilə təmizlənir. Bu vaxt ayaqları ölü hüceyrələrdən təmizləmək üçün pomza köməyi ilə soyma aparılır. Daha sonra yenidən sürtülür və son forması verilir. Ayaqlara krem çəkilərək masaj edilir və proses tamamlanır. Dırnaq boyası və ya daimi dırnaq boyası istəyə görə tətbiq oluna bilər.
Pedikür ayaq baxımı və dırnaqlar üçün əla xidmətdir. Əgər ayaqlarınızda problem varsa müntəzəm edəcəyiniz pedikür xidməti ayağınızın müalicəsinə müsbət təsir edə bilər.Belə olduqda isə müalicə müddətini qısalda bilərsiniz.Bundan başqa sübut olunmuşdur ki, pedikür duruşunuzu düzəldə bilər. Belə ki, ayaqda və ayaq dırnaqlarında hər hansı dəyişiklik baş verdikdə bu həm də sizin duruşunuza, yerişinizə təsir edir. Pedikür xidməti ilə bu tip istənilməyən halları aradan qaldırmaq mümkündür. Təbii baxımlı və sağlam ayaqlar ilə həm duruşunuz həm də yerişiniz daha rahat olur. Pedikür prosedurunun sonundakı ayaqlara krem vurulması və qısa bir masaj sizi havada hiss etdirəcək.
Cagir.az-ın pedikür xidməti bir neçə istiqamət, prosedur üzrə həyata keçirilir.
- Klassik pedikür
- Klassik pedikür və şellak
- Aparat üsullu pedikür
- Aparat üsullu pedikür və şellak
Klassik Pedikür
Klassik pedikür dedikdə bura sadə pedikür xidməti daxil edilir. Yalnız pedikür prosesi üçün bu alt xidmətə müraciət edə bilərsiniz.
Klassik pedikür və şellak xidməti
Klassik pedikür və şellak xidməti dedikdə isə əvvəlcə sadə pedikür xidmətinin aparılması daha sonra isə şellak ilə bu alt xidməti tamamlanması nəzərdə tutulmuşdur. Siz bu xidmətdən istifadə etməklə klassik pedikür görünüşünə və şellakla bəzədilmiş zərif dırnaqlara sahib ola bilərsiniz.
Aparat üsullu pedikür
Aparat üsullu pedikür xidmətinə yeni və müasir pedikür aparatları ilə aparılan perosedur daxildir. Ustalarımızın peşəkar yanaşması sizə müasir pedikür aparatları ilə pedikür psosedurun aparılmasını mükəmməl nəticə ilə təmin edəcək.
Aparat üsullu pedikür və şellak xidməti
Aparat üsullu pedikür və şellak xidməti - müasir aparatlarla həyata keçirilən və şellak ilə zərif görünüş əldə edilən alt xidmətdir.
Pedikür xidməti üçün ən çox verilən suallar:
1- Pedikür Xidmətinə Nələr Daxildir?
İş üçün lazım olan bütün materiallar (pedikür dəsti, dırnaq boyası; qalıcı dırnaq lakı istənildikdə daimi dırnaq boyası, daimi dırnaq boyası quruducusu) xidmət təminatçısı tərəfindən verilir. Materialları evdə istifadə etmək istəsəniz, xidmət təminatçısına məlumat verə bilərsiniz və evdəki materiallardan istifadə edərək xidmət ala bilərsiniz. Pedikür xidmətində aşağıdakı əməliyyatları edə bilərsiniz: Pedikür, gündəlik dırnaq boyası, daimi dırnaq boyası
2- Xidməti haradan əldə edə bilərsiniz?
Prosedur evinizdə və ya iş yerinizdə həyata keçirilə bilər.
Yuxarıda haqqında danışdığımız pedikür xidmətinin və bu xidmətə daxil olan bütün prosedurların evinizi tərk etmədən həyata keçirilməsi mümkündür.Əgər siz də mükəmməl və qüsursuz ayaq görünüşünə, sağlam ayaq dərisinə və rahat yerişə sahib olmaq arzusundasınızsa Cagir.az-ın pedikür xidmətindən istifadə edə bilərsiniz. Bu həm də çox sadədir. Etməli olduğunuz sadəcə saytda göstərilən sizə uyğun xidməti seçib müraciət etməkdir. Hamar ayaq dərisinə, göz oxşayan ayaq görüntüsünə sahib olmaq üçün tələsin!
Cagir.az - Peşəkar xidmət, sərfəli qiymət!