Uşaq masajı

2021-10-21

Sifariş sayı: 9905

Uşaq masajı

Uşaq masajı uşağınızla sizin aranızda ən duygusal andır.Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına sizinlə olan bağ üçün önəmli təsir bağışlayır. Siz əgər körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər. Lakin uşaq masajı vacib olduğu kimi həm də diqqətli və məsuliyyətli prosesdir. Belə ki, evdə edilən yalnış masaj prosedurları körpənizi incidə və bir çox sağlıq problemləri yarada bilər.Nəzərə almaq lazımdır ki, körpənin bədəni hələ tam oturuşmamış və sümükləri tam bərkiməmişdir. Bir çox valideynlər bunun üçün evdə uşaq masajı xidməti sifariş veirirlər.Uşaq həkiminizin uzaqda olması və yolda itirilən vaxtlar ən əsası tıxacda qalmaq körpənizi narahat edən səbəblərdir.Uşaq masajında ən vacib faydalı oolan məqam ona masajla toxunulduqda uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq.Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Heç bir zaman körpəlikdə masaj olunmayan, masaj toxunuşları ilə böyüməyən uşaqlar gələcəkdə həyata küskün olma ehtimalı yüksək olur. 

Uşaq masajı 31


Mütəmadi uşaq masajı olunan uşaqlarla, ancaq beşikdə yırğalanan uşaqlar arasında da böyük fərq var.Belə ki, uşaq masajı olunan uşaqlar digər  uşaqlara nisbətən daha aktiv, sakit olur , az ağlayırlar.Eyni zamanda uşaq  masajı olan uşaqlar daha tez yuxuya gedir və anaları ilə üz-üz gəldikdə onların arasında xoş ünsiyyət yaranır.Uşaq masajı, həm də hormonları artıraraq uşağın kökəlməsinə səbəb olur.Əslində uşağı çimizdirəndən sonra masaj üçün müraciət etmək daha effektivdir. Əmizdiriləndən 1-1,5 saat sonra masaja başlaması ən uyğun vaxt hesab olunur. Uşaq masajı xidmətimizdə yeni doğulan uşaqların masajı üçün çox az şey lazımdır. Belə ki, uşaq masajı zamanı ən əvvəl gigenik qaydalara ciddi əməl edilməli, əllər təmiz və ilıq olmalıdır.Uşağın dərisi çox nazik və həssas olduğundan yaxşı olar ki,bir uşaq kremindən istifadə edilsin.Uşaq masajı zamanı bütün diqqətinizi uşağa yönəldilməsi vacibdir.Birinci növbədə uşağın reaksiyasına fikir vermək daha sonra əgər uşaq narahatdırsa masajı dayandırmaq lazımdır. Masaj sırasında uşağa mümkün olduğu qədər çox sevgi və şəfqət göstərilməsi ən əsas amillərdən biridir.

Masaj vasitəsilə bir-sıra xəstəliklərdən qurtulmaq mümkündür.Böyüklərlə yanaşı uşaqlara da masaj yaxşı təsir göstərir.Bəzi problemlər vardır ki, onların müalicəsinin yalnız çarəsi masaj olunmaqdadır.Onurğa problemi zamanı, ayaqlarda eyrilik olarsa, dincəlmək məqsədilə bu xidmətdən istifadə edilir.Mütəmadi olaraq masaj edilməsi uşaqlarda bir sıra xəstəliklərin qarşısını alır.


Masaj hər gün doğru zamanda edilməlidir. Körpənin ac olmadığı, sakit olduğu zamanlarda uşaq masajı edilməlidir.Əgər körpəniz yorğun və narahat andadırsa uşaq masajı xidmətini başqa bir tarixlə əvəz etmək mümkündür. Uşaq masajı zamanı masaj ustalarımız bildirirlər ki, ən əsas məqamlar bunlardır:

    Əlləri yumaq və əllərin uygun istilikdə olması
  • Körpənin sizi görə biləcəyi istiqamətdə dayanmaq 
  • Masaj zamanı körpə ilə danışılması, öpülməsi və göz təması önəmli faktorlardandır
  • Uşaq masajı əvvəlcə yüngül masajdan daha basdırılmış masaja doğru getməlidir.


Bütün bu məqamlara nəzarət olunaraq heç bir vaxt itkisi yaşamadan evdə igiyenik vəziyyətdə körpənizin peşəkarlar tərəfindən masaj olunmasını istəyirsinizsə Cagir.az-a müraciət edin.Bunun üçün sayta daxil olaraq masaj xidmətini seçib, uşaq masajı alt xidmətini sifariş verməyiniz kifayətdir.  Uşaq masajı uşağın aktivliyini artırır, rahat yuxu gətirir, ağrıları azaldır. Uşağın çəkisini artırmaqla yanaşı körpələrdə tez-tez yaranan qaz və köpü aradan qaldırır.


Hərəkətləndirən masaj

Uşaq masajı uşaqlarda körpəlikdən yaranan skaleoz,kifoz, osteoxondroz kimi bir çox xəstəliklərin inkişaf etməsini dayandırır. Uşaq masajı peşəkar masajistlər tərəfindən həyata keçirilir. Körpənin qollarını və ayaqlarını masaj etmək, düzgün həzm inkişafını dəstəkləmək üçün əla bir yoldur.Masajın təsirli olması üçün körpəni kürəyində yatağına və ya özünü rahat hiss etdiyi bir yerə qoymaq lazımdır.Əllərinizlə qollarınızın və ayaqlarınızın oynaqlarını saat yönünde çevirmək körpəni daha hərəkətli və aktiv edəcək.

Uşaq masajı 31


Qaz çıxarma masajı

Körpələrin ana südü və ya şüşə ilə qidalanarkən havadan nəfəs alması adi haldır.Nəfəs aldıqları hava qaza çevrilir və bu qazı çıxarmaqda çətinlik çəkə bilərlər. Bu narahatlığa səbəb ola bilər. Hətta o yerə gələ bilər ki, onlar yuxuya getməkdə çətinlik çəkərlər.

Körpənizi kürəyi üstə olacaq şəkildə və ovuclarınızı göbək üzərinə qoyun, sonra əllərinizi bir qədər yuxarı və aşağı hərəkət etdirin.Bu uşaq masajı, hər dəfə qazlarını yavaş-yavaş buraxmalarına imkan verəcək.


Qəbizliyi önləyəcək masaj

Bəzi körpələrdə, xüsusən də süd əvəzinə uşaq qidaları ilə qidalanırsa, erkən yaşlarından qəbizlik əlamətləri görünür. Körpəniz belə bir vəziyyətlə qarşılaşdıqda ona aşağıdakı uşaq masajı ilə kömək edə bilərsiniz:

Əvvəlcə körpəni kürəyində yatağa və ya dəyişən masaya qoyun. Sonra əlinizə az miqdarda bir az isti yağ götürün və bir tərəfdən digərinə hərəkət edərək uşağın qarnını yumşaq bir şəkildə masaj etmək lazımdır. Masajın mərkəzi qarın alt hissəsində, göbəkdən aşağıya doğru olmalıdır. Beləliklə, uşaq masajı ilə daxili orqanların, xüsusən bağırsağın düzgün işləməsi üçün aktivləşdirmək mümkündür.

Qeyd olunan bütün tip uşaq masajı şirkətimizin peşəkar masajistləri tərəfindən həyata keçirilir. Bundan başqa Cagir.az olaraq uşaq masajı xidmətində ayrıca alt xidmələr yaradaraq işinizi daha sadələşdirdik. 

    Sadə masaj
  • Skolioz üçün masaj
  • Osteoxondroz üçün masaj
  • Kifoz üçün masaj


Uşaq masajı uşağın fiziki inkişafına çox böyük tövhə verir. Uşağın fiziki inkişafı geri qalanda masajın köməyi onun üçün  əvəzsizdir. Uşaq masajı xüsusilə aşağı ətraflarda və onurğa sütununda baş verən zəif inkişaf masaj vasitəsi ilə aradan qaldırıla bilər. Bütün bunlara baxmayaraq masajı pediatr təyin etməlidir yəni  özbaşına masaj etmək xeyirdən çox zərər verə bilər. Uşaqlar  arasında tez-tez rast  gələn xəstəlik, əyriboyunluq, yastıpəncəlik və  s. xəstəliklərə masaj çox böyük kömək edir. 

Övladınızın sağlam bədənə sahib olması üçün uşaq masajı xidmətimizdən istifadə etməklə, peşəkar masajistlərimizin əllərindən körpələrin rahatlığını təmin edə bilərsiniz. Cagir.az körpələriniz üçün hər zaman ən yaxşısını düşünür və uşaq masajı xidmətində öz xidmət fərqini ortaya qoyur.


Cagir.az - Peşəkar xidmət, sərfəli qiymət!

Uşaq masajı 31


Korporativ müştərilər