Animatorlar

2021-12-07

Sifariş sayı: 5323

Animatorlar

Eylence ile bağlı bir çox anlayışlar, eləcə də animatorlar cagir.az tərəfindən yüksək keyfiyyətlə həyata keçirilir. Uşaq şənlikləri üçün istifadə olunan animatorlar, Spiderman, Batman, Minion, Miki Maus, Teddy bear, Kapitan Amerika, Dəmir Adam, Superman, Pepe, Hello Kity, Panda və s. qəhrəmanlar şirkətimizin əməkdaşları sayəsində yerinə yetirilir. Uşaq əyləncələri və maraqlı vaxt keçirilməsi əyləncə mərkəzi xidmətinin məhz bu alt xidmətinə aiddir. Bəzən insan sayının çox olmasına görə əyləncə mərkəzlərindən qaçır və nisbətən az kütlənin olduğu məkanlar axtarışında olursunuz. Biz buna görə də hər bir çətinliyi və pandemiya qaydalarını nəzərə alaraq olduğunuz məkana öz komandamızla birlikdə gəlirik.

Animatorlar 79


Bir-birindən maraqlı mutfilm qəhrəmanları və digər əyləncə vasitələri övladınızın unudulmaz vaxt keçirməsini yəmin edəcək. Uyğun büdcə ilə siz, istədiyiniz tip oyunları seçə bilərsiniz. Başqa sözlə, seçdiyiniz xidmətə və ya oyun sayına baxaraq ortaq qiymət müəyyənləşir. 


Kiçik dostlarımız üçün müxtəlif maraqlı oyun proqramı hazırlanmış və indiyə qədər keçirilmiş heç bir tədbirdən narazı qalınmamışdır. Xüsusilə, balaca dostlarımız tərəfindən çox böyük maraqla qarşılanırıq. Proses necə baş verir? Əvvəlcə komandalar yığılır daha sonra sayta daxil olaraq Əyləncə Mərkəzi xidmətindən sifariş təsdiqlənir. Sonrakı mərhələdə isə əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq ünvanı öyrənirlər və animatorlar xidməti haqqında daha ətraflı məlumat verirlər. 


Cagir.az əyləncə mərkəzi xidməti bugünə qədər bir çox tədbirlərin, oyunların təşkilatçılığını edib. Fəaliyyətə başladığı gündən bugünə qədər yüzlərlə ev, məkan və bağçalarda oyunlarımız həyata keçirilib. Minlərlə uşaq və böyüklər bu xidmətdən sevərək yararlanmışlar. Bizim üçün kiçik qəlbləri sevindirmək xüsusi bir zövqdür. Balaca dostlarımızla əyləncəli vaxt keçirmək və onların əylənməsində qatqımız olması işimizin ən dəyər qatılan hissəsidir. Bunun üçün də hər zaman çalışırıq ki, istər Talpa oyunları istərsə də Animatorlar xidmətində tez-tez yeniliklər edək və əyləncə vasitələrinin sayını artıraq. Animatorlar xidmətilə birlikdə digər əyləncə mərkəzi xidmətlərimizin də yüksək keyfiyyətdə olması üçün dayanmayan çalşır və ən yaxşısı üçün səy göstəririk. 

Animator xidmətinə daxil olan bütün alt xidmətləri

Animatorlar 79


Animatorlar xidmətində əsas maraq cəlb edən hissə şübhəsiz ki, bir çox fərqli qəhrəmanların olmasıdır. Transformerlər, Hörümcək adam və elsa, Elsa və Anna da ən çox axtarılan film qəhrəmanlarındandır. Bu tip animatorların gerçək həyatda əyani olaraq görməsi üşaqlarınızın xəyal dünyasını genişləndirməkdə kömək edir. Bir çox uşaq televizorda gördüyü obrazı həyatda gördükdən sonra xəyal dünyalarında müsbətə doğru getdiyi müşahidə olunmuşdur. Xəyal etdiyi obrazı görmələri övladlarınızın inkişafında aparıcı məqamlardan olan maraq duygusunu oyadır.


Cagir.az ilə övladınızın doğum günü partilərində və başqa tədbirlərdə yararlana bilərsiniz. Məkan uzaqdır demədən biz bu xidməti ayağınıza gətiririk!

Cagir.az - Peşəkar xidmət, sərfəli qiymət!

Animatorlar 79

Korporativ müştərilər