2021-10-08
Sifariş sayı: 8401
Saça qulluq
İstər qadınlar istərsə də kişilər üçün saça qulluq, saç baxımı məsələsi vacib nüanslardandır. Saça qulluq üçün bir çox saç maskaları və bir çox metodlar olmasına baxmayaraq hər zaman istədiyiniz təsiri almaq tam da mümkün olmur. Bütün saça qulluq proseslərini cagir.az tərəfindən daha sərfəli və peşəkar işlə həyata keçirə bilərsiniz. Sizi maraqlandıran və bu mövzuda sizi narahat edən hər bir sualı cavablandırmağa hazırıq!
Saça qulluq proseduru illərin təcrübəli saç ustaları tərəfindən, əsl profisionallıqla yerinə yetirilir. Saçın möhkəmlənməsi üçün maskalar, saçın rənglənməsi, ombre balyaj və s. bütün saç prosedurları daxildir. Son zamanlar xanımların bir nömrəli seçimi olan keratinlə saç düzləşmə prosesi peşəkar saç ustalarımız tərəfindən həyata keçirilir. Xüsusi günlərə hazırlıq əsas saç düzümlərindən başlayır. Saç yığılması prosesi isə həm vaxt çox aparan həm də məsuliyyətli işdir. Bunun bütün gününüzün yaxşı və ya pis keçməsinə təsir edəcək desək yanılmarıq.Nişan saç modelləri,xına saç düzümləri,nikah saç düzümləri, toy üçün saç düzümləri,saç kəsimləri və ümumi ziyafət saç düzümləri saça qulluq xidmətimizə daxildir.
Saça qulluq prosesi üçün əsas məsələlərdən biri həm də onların yuyulmasıdır. Əlbəttə ki, doğru saç yuma vasitələri ilə bu proses daha da keyfiyyətli olur. Ustalarlmızın istifadə etdiyi şampunlar və xüsusi maskalar saçlarınıza daha da parlaqlıq qatacaq. Qadın üçün saça qulluq onun ən çox narahat olduğu məqamdır. Saçları baxımlı olan hər bir qadın özünü daha cazibəli hiss edir. Günlük iş və ya ev yorğunluğu, stress, yuxusuzluq və bəzən sinir sistemində baş verən dəyişikliklər saçlarınıza bir başa təsiri olur. Bunun üçün isə bəzən vaxt çatmır bəzən də gözəllik salonu yaşadığınız ünvana uzaq olur. Cagir.az -ın saç ustaları evinizdən çıxmadan bütün bu xidmətləri ayağınıza gətirir. Sadəcə bir zəng və ev ünvanı verməklə bütün ziyafətlərə hazırlıqlı, baxımlı gedəcəksiz. Son anda çıxan özəl günlər üçün "saçıma harda qulluq etdirim?" kimi suallarla özünüzü yormayacaqsız.
Saça qulluq xidmətimiz üçün nəzərdə tutulmuş əsas istiqamətlər bunlardır:
- Saç kəsimləri
- Saç rəngləri
- Ziyafət saç düzümləri
- Nişan saç modelləri
- Toy üçün saç düzümləri
- Nikah saç düzümləri
- Xına saç düzümləri
- Ombre balyaj
- Keratinlə saç düzləşdirmə
- Saç botoksu
Müxtəlif saç kəsimləri, zövqünüzə uyğun saç kəsimləri və daha çox saç formaları üçün elə indi bizə müraciət edin!
Saç rənglənməsi prosesi üçün həm keyfiyyətli saç rəngləri təklif edə həm də öz seçim və öz saç rənginizdən istifafə etmək təklifini verə bilərsiniz. Ziyafət saç düzümləri xidmətimiz hər büdcəyə uygun seçim etmək şansı yaradır. Ziyafət saç düzümləri üçün adətən sadə və mürəkkəb olmaqla qiymət dəyişir. Toy, xına, nikah saç düzümləri üçün ən azı 3 gün öncədən müraciət etməyiniz məsləhət görülür. Ombre balyaj isə istədiyiniz anda evinizə xidməti gətirmək mümkündür.
Keratinlə saç düzləşdirmə
Keratinlə saç düzləşdirmə xidmətinin əsas effekti saçların uzun müddət ərzində düzlənməsidir və nəticə sizin saçlarınız daimi saç düzləşdirmə effektinə malik olur. Bunun üçün saçlarınızı yuduğunuzdan sonra yalnız fenlə qurulamaq kifayyətdir və sizin saçlarınızın görkəmi salon saç düzümünə bənzər olacaq.
Bundan başqa keratinlə saç düzləşdirmə misilsiz müalicə effekti əldə edilir.Saçlarımızın tərkibinin 80%-i onsuzda keratindən ibarətdir və keratinlə saç düzləşdirmə müddəti ərzində saçlar keratinlə əlavə dərəcədə qidalanır.Keratin saçlara parıltı, ipək yumşaqlıq, yüngül darama qabiliyyətini təmin edir və hətta saç tökülməsinin qismən qarşısını alır.
Keratinlə saç düzləşdirmə öz müalicəvi xüsusiyyətinə görə boyalanmış və hətta ağardılmış saçlar üçün istifadə oluna bilər, məhz ona görə ki, nəticədə saçlar nəinki yalnız zədələnmir, əksinə onlar prosedurun əvvəlinə nisbətən daha da yaxşı olur.Bununla belə bu prosedur ideal tərzdə zədələnmiş və son dərəcədə qurudulmuş saçlar üçün yararlıdır. Keratinlə saç düzləşdirmədə ancaq bir vacib məqamı nəzərə almaq lazımdır - bu da boyalana/ağartma ilə keratin düzləşdirmə arasındakı vaxt intervalı 2 həftədən az olmamasıdır.
Saç rənglənməsi
Demək olar ki, qadınlrın əksəriyyəti saçlarını ev şərtaitində rəngləyir. Saçların rənglənməsi imicin də dəyişilməsi hesab edilir.Qadınların bəziləri isə hər dəfə saçlarını rəngləyərkən eyni rəngdən istifadə edirlər.Amma, bəzən saç rənginin üstündəki rəngə baxaraq onu alıb qoyduqdan sonra istəmədiyi rənglə saçlarının boyandığına rast gələn qadınlara da təsadüf edilir. Bu problemi yaşamamaq, xoşagəlməz nəticə əldə etməmək üçün cagir.az-ın saç ustaları hər zaman qulluğunuzdadır!
Ombre balyaj
Hər bir xanım mütəmadi olaraq xarici görünüşündə dəyişiklik etmək fikrinə düşür.Bu dəyişikliklər də ilk olaraq saçdan başlayır.Bundan sonra o saç rəngləri və ya formasının dəyişdirilməsi,ona yaraşacağını düşündüyü saç rəngləri axtarışına başlayır.
Bir müddətdir mövcud olan, son zamanlar isə bir çox xanımda qarşımıza çıxan ombre balyaj boya seçimi təbii və gözəl görünüş üçün ideal seçimdir.Saç uclarına doğru getdikcə açıq tonlarda dəyişən ombre, tünd və açıq kölgələrin maraqlı görünüş təqdim etdiyi balyaj xanımlara daha gözəl və özgüvənli görünüş verir.Bu özgüvənli görünüşü evinizdən çıxmadan əldə etmək çox asandır.Cagir.az komandası hər bir xanımın rahatlığını düşünür və saça qulluq xidmətini ayağına gətirir.
Saç botoksu
Keratin baxımından fərqli olaraq saç botoksu zamanı kimyəvi maddələrdən istifadə olunmur. Saç botoksu prosedurunda zədələnmiş və qırılmış saçları B5, E vitaminləri və yağla saçı sakitləşdirmək, nəmləndirmək və həcm vermək üçün istifadə olunur.Saç botoksu prosedurunda saçların ehtiyacı olan maddələri verdikdən sonra, saçlar parlaq, yumşaq və canlı görünür.
Saç botoksu necə edilir:
Saç botoksu üçün əvvəlcə saçlar natrium ehtiva etməyən şampunla iki dəfə yuyulub ,dəsmal ilə nəmi alınır.Sonrasında isə saçlar hissələr ayrılaraq keratin kremi hər hissəyə yavaş yavaş tətbiq olunur.Saçlara keratin sürtülməsi tamamilə bitdikdən sonra 30-40 dəqiqə bu şəkildə gözlənilir. Sonrasında ən başda saçımızın yuyulduğu şampunla saçlar bir dəfə daha yuyulub, dəsmal ilə nəmi alınır. Saç botoksu proseduru üçün ünvana və büdcəyə uyğun saç ustası axtarışındasınızsa cagir.az-ın “saça qulluq” xidməti tam da sizin üçündür.
Parlaq,yumşaq və canlı saçlara sahib olmaq üçün elə indi cagir.az-ın "saça qulluq" xidmətindən yararlanın!
Cagir.az – Peşəkar xidmət, sərfəli qiymət!