Uşaq masajının faydaları

2023-10-03

Baxış: 3024

Uşaq masajının faydaları

Uşaq masaji, körpələr üçün qaz masajı, və yeni doğulmuş uşaq masaji bir çox ana və ataları maraqlandıran mövzular arasındadır. Bir çox ailələr bu sahələrlə bağlı suallarını mütəxəssislərə yönləndirirlər. Aşağıdakı məqaləni oxuyaraq bu sahələr haqqında məlumat əldə edə bilərsiniz. Həmçinin siz cagir.az saytının masaj xidmeti ilə maraqlanıb, uşaq masaji xidmetindən yararlanıb, körpələrinizə rahat, sağlam həyat bəxş edə bilərsiniz.

Uşaq masajının faydaları 956

Körpənin uzun müddət keçməyən ağrıları varsa, həkiminizlə məsləhətləşməyə laqeyd yanaşmamalısınız. Bundan əlavə, körpənizi masaj etdirmək istəyə bilərsiniz. Uşaq masaji körpə üçün faydalı bir masajdır. Körpəni masaj etmək; Körpənin fiziki inkişafı, yuxu problemləri, qaz problemi kimi bir çox sahədə fayda təmin edir. Bu sahələrdə müsbət təsir göstərməklə yanaşı, körpənin emosional inkişafı üçün də çox faydalı olduğu bilinir. Usaq masaji valideynlərin körpə ilə fiziki təmasını artırır. Körpə ilə fiziki təmasın artması ilə körpədə sevgi və məhəbbət hissləri oyanır və körpənin valideynləri ilə etibarlı bir əlaqə qurmasına kömək edir.


Usaq masaji xidməti ilə bağlı hər bir suala cavab tapmaq üçün (qiymət: https://cagir.az/masaj-xidmeti) linkinə keçid edin.


Körpələrin sümükləri və əzələləri çox həssas olduğu üçün masajın necə tətbiq olunduğu çox önəmlidir. Usaq masaji təsadüfi tətbiq edilməməli, əvvəlcədən hərtərəfli tədqiq edilməli, hətta lazım gələrsə, müvafiq təlimlər keçirilməlidir. Körpəyə zərər verməmək üçün ani və sərt hərəkətlərdən çəkinmək lazımdır. Körpələrin dərisi çox həssas olduğu üçün masajı tətbiq edərkən diqqət edilməli olan ən vacib məqamlardan biri də gigiyena olmalıdır. Masaj etməyə başlamazdan əvvəl əllərin təmiz və dırnaqların qısa olması vacibdir.  Masajın tətbiq olunacağı mühit də nəzərə alınacaq başqa bir məsələdir. 


Uşaqlara nə vaxt masaj edilməlidir?

Uşaq masajinın nə olduğunu və hansı şərtlərdə edilməli olduğunu öyrəndikdən sonra körpə masajının nə vaxt ediləcəyi sualı ağla gəlir. Usaq masaji nə vaxt edildiyinə diqqət yetirmək lazımdır. Xüsusilə körpəni qidalandırmaqdan bir və ya bir yarım saat sonra masaj edilsə yaxşıdır. Körpənin sakit və dinc olduğu vaxtlar masaj üçün ən uyğun vaxtlar hesab olunur. Körpənin stress altında olmamasına diqqət yetirilməlidir. Fiziki ehtiyac varsa, onun qarşılanması və diqqətdən kənarda qalmaması təmin edilməlidir. Fiziki təması təmin olunmayan körpə üçün masaj çox faydalı olmaya bilər.

Uşaq masajının faydaları 956

Uşaq masajinın növləri hansılardır?

Uşaq masaji və ya yeni doğulmuş körpə masaji növləri müxtəlif sahələrə bölünür: qollar, ayaqlar, qarın, arxa və üz üçün.


Qol üçün uşaq masajı: Körpənin qolları biləkdən çiyninə qədər bir-bir sığallanır. Sonra körpənin barmaqları, ovucları və əllərinin üstü sürtülür. Nəhayət, körpənin qolları yuxarıdan aşağıya doğru dairəvi hərəkətlərlə ovuşdurulur.


Ayaq üçün uşaq masajı: Körpənin ayağı yuxarı qaldırılır və tutulur , ombadan biləyinə qədər sürtülür. Hərəkət ayaq yuxarı və aşağı ilə də davam etdirilə bilər. 


Qarın üçün uşaq masajı: Körpələr üçün qaz masajı, bir çox ailənin körpələrində qaz olmasından şikayət etdiyi üçün bir çox ailənin maraq göstərdiyi mövzulardan biridir. Körpələrdə qaz masajı üçün qarın masajı edilir. Hər şeydən əvvəl qarın masajı qaz ağrılarına və qəbizliyə yaxşı gəlir, həmçinin körpəni sakitləşdirir. Körpənin qarnından ayağına qədər sürtülür. Körpənin ayaqları havaya qaldırılır, dizlərdə bükülür, qarın üzərinə bir az basılır. Barmağın ucu ilə körpənin qarnında soldan sağa yüngül hərəkətlər edilir.


Körpə arxası üçün masaj: Körpə rahat şəkildə üzü aşağı yatırılır. Körpənin kürəyi yuxarı-aşağı, sola və sağa hərəkətlərlə ovuşdurulur. Daha sonra barmaq ucları ilə körpənin kürəyində kiçik dairəvi hərəkətlər edilir. Nəhayət, körpənin kürəyi boyundan ombasına qədər sığallanır.


Uşaq masajının faydaları nələrdir?

  • Uşaq masaji və ya yeni doğulmuş körpə masajı körpələrə bir çox sahədə kömək edir.
  • Qaz ağrılarını azaltmağa və ötürməyə kömək edir. Körpələrdə qaz masajı üçün qarın masajı edilə bilər.
  • Qəbizliyə yaxşı gəlir. Körpələrdə nəcis masajı üçün ayaqları masaj etmək olar.
  • Yuxu problemlərini həll etməyə kömək edir.
  • İmmuniteti gücləndirməkdə təsirlidir.
  • Əzələ sisteminin inkişafı üçün faydalıdır.
  • Ağrıları və krampları aradan qaldırmağa kömək edir.
  • Gərginliyi aradan qaldıran və sakitləşdirici təsirə malikdir.


Yuxarıda sadalığımız uşaq masajinin faydalarını sizlərlə bölüşdük, əziz oxucularımız. Sizdə əgər körpənizin daha sağlam addımlamasına, əzələlərinin möhkəm olmağını istəyirsinizsə cagir.az saytının masaj xidmetinden uşaq masaji ilə maraqlanıb, xidmetimizden professional şəkildə yararlana bilərsiniz. Xidmətlə bağlı ətraflı məlumat və ya qiymətlərlə tanış olmaq üçün üçün əlaqə nömrəsi: +994703482606

Uşaq masajının faydaları 956

Share:

fb_iconlinkedin_icon