Terms & Conditions

Burada yer alan “Cagir.az İstifadə Qaydaları və Şərtləri” (bundan sonra “Qaydalar və Şərtlər”), “Cagir.az” (bundan sonra “Vasitəçi”) xidmətlərindən istifadəsini əhatə etməkdədir. Bu “Qaydalar və Şərtlər” Sizinlə və “Cagir.az” arasında müqavilə (Razılaşma) yaradır. Müqaviləni diqqətlə oxuyun. Başa düşdüyünüzü və Razılaşmanı qəbul etdiyinizi təsdiq edin.

  1. Müqavilənin predmeti
    • Bu müqavilə “az” xidmələrindən istifadə edə biləcəyinizi təmin edir. Xidmətlərimiz sadəcə Azərbaycan Respublikasının sərhədləri daxilində keçərlidir. Xidmətlərimizdən istifadə etmək üçün uyğun cihaz, proqram təminatı və internetə qoşulma lazımdır.
    • Bu xidməti istifadə etməzdən əvvəl, istifadəçilər “Qaydalar və Şərtlər”i, digər bütün standart istifadə qaydalarını və şərtlərini, həmçinin “Vasitəçi” tərəfindən öncədən təyin edilən üzvlük razılaşmalarını qəbul etmiş sayılır.
    • Bu xidməti istifadə edərək, istifadəçilər “Qaydalar və Şərtlər”i qəbul etmiş sayılır. Əlavə olaraq, “Vasitəçi”, “Qaydalar və Şərtlər” də istifadəçilərə əvvəldən və ya sonradan heç bir xəbərdarlıq etmədən qanuna uyğun olaraq dəyişiklik edə bilər. “Qaydalar və Şərtlər” üzərində aparılan dəyişikliklər, xidmətdə yayımlandığı andan etibarən qüvvədə olmuş sayılır. Dəyişiklik aparıldıqdan sonra ximdəti istifadə edən müştərilər, yeni dəyişiklikləri qəbul etmiş sayılır.
    • “Vasitəçi”, xidməti idarə edə bilmək üçün, xidmət daxilində olan rəyləri, söhbətləri, sualları, həmçinin xidmət detallarını, sifarişləri yadda saxlaya bilər. Əlavə olaraq “Vasitəçi”, vacib olduğu halda video və şəkilləri də arxivləyə bilər. “Vasitəçi” bu məlumatları mümkün qədər ən az və sadəcə xidmətin daha yaxşı işləməsinə mane olan qaçınılmaz səbəblərdən dolayı istifadə edəcəkdir. İstifadəçilər, “Vasitəçi”nin məlumatları arxivləməsi və istifadə etməsini başa düşmüş və qəbul etmiş sayılırlar.
    • Bu “Qaydalar və Şərtlər”, “Vasitəçi”nin web səhifəsi, elektron poçt və s. kanallar ilə “Vasitəçi”dən istifadəçilərə göndərilən xidmətlə bağlı hər bir məlumata tətbiq edilir.
  2. Xidmətlərin göstərilmə qaydası
    • Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Müştəri” tərəfindən verilir.
    • “Müştəri” sifarişi cari saatdan 2 saat sonraya edə bilir (Təcili çağırış istisna olmaqla) və “İcraçı” da öz növbəsində “Müştəri”nin təyin etdiyi vaxtda qeyd edilmiş ünvanda sifarişi icra etməyə başlayır.
    • “İcraçı” “Müştəri”nin sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir).
    • “İcraçı” sifarişdə nəzərdə tutulan müddət ərzində xidmətləri icra edir.
    • İcraçı”nın yerinə yetirdiyi işlər “Müştəri” tərəfindən təhvil alınır.
  3. Tərəflərin vəzifə və öhdəlikləri
  4. “Vasitəçi”

    • “Vasitəçi” “Müştəri” tərəfindən daxil olan sifarişi “İcraçı”ya platforma, sms və ya zəng vasitəsiylə yönləndirir.
    • Müqavilədə nəzərdə tutulan qaydada “Müştəri”nin müəyyən etdiyi xidmətləri “İcraçı” vasitəsiylə həyata keçirir.
    • “Vasitəçi”nin öhdəliklərinə sifarişin detallarının “İcraçı”ya çatdırılması aiddir.
    • “Müştəri” ilə “İcraçı” arasında yaranan hər hansısa bir anlaşılmazlıq( maddi və mənəvi zərərə görə ), mübahisə və digər arzuolunmaz hallarda “Vasitəçi” tərəflər arasında heç bir məsuliyyət daşımır və bu məsələdə öhdəlik götürmür.

    “Müştəri”

    • “İçraçı” məlumatlarını mənimsəmək, yaymaq və istifadəsindən başqa bir məqsədlər üçün istifadə etmək qadağandır. Əgər belə hallar aşkarlanarsa həm “Vasitəçi”, həm də “İçraçı” hüquqi xidmətə müraciət edə bilər.
    • “Müştəri” növbəti dəfə eyni “İcraçı”nın xidmətlərindən yararlanmaq istəsə bunu yalnız “cagir.az” platforması və ya mobil tətbiqindən istifadə etməklə həyata keçirə bilər.
    • Xidmətin ödənişinin gecikməsi, “İcraçı” ile kobud rəftar etmə, internet portalında (web saytda) sistematik hiylələr işlətmə, xidmətdən arzuolunmaz məqsədlər üçün istifadə kimi hallar baş verərsə müştəri sistem tərəfindən əngəllənir və eyni məlumatların istifadəsinə bir daha icazə verilmir. Əgər əngəllənən müştərinin məlumatlarına çox yaxın bir məlumatlarla qeydiyyat halı baş verərsə o zaman bu qeydiyyat sistem nəzarətçisi və Əməliyyatlar üzrə Koordinator tərəfindən araşdırma aparılmaqla qeydiyyat tamamlanır.
  5. Hesablaşma qaydası
    • Göstərilən xidmətlərin qiymətləndirilməsi “Vasitəçi” tərəfindən müəyyən edilir.
    • Hazırki Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
    • Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.
    • “Vasitəçi” özünün təyin etdiyi qiymətləri müəyyən səbəblərdən azalda və ya artıra bilər.
    • Xidmətin növündən, sifariş həcmindən, “İcraçı”nın xidmət məsafəsindən asılı olaraq xidmətin qiyməti dəyişə bilər. Bu qiymət dəyişimi “Müştəri” ilə “İçraçı” arasında danışılır və standart qiymətdən sonra yaranan qiymət dəyişməsində “Vasitəçi”nin heç bir asılılıq yoxdur.
  6. Fors-Major
    • Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: sistem nəzarətçisindən asılı olmayan səbəblər və təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.). Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.
    • Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.
  7. Mübahisələrin həll edilməsi
    • Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.
    • Hazırki Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında həll edilir.
  8. Yekun müddəalar
    • Hazırki Müqavilə ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır.