2021-03-06
Baxış: 8917
Günə pozitiv başlamaq üçün hansı yollar var?
Düşüncələr çox güclüdür və həqiqətən onları dəyişdirmək istəyirsinizsə, bütün həyatınızı dəyişə bilərsiniz.
Narahatçılıq - diqqəti yayındırır, ancaq müsbət dəyişimlərə səbəb ola bilər. Həyatınızda nəyin səhv olduğunu və ya nəyin baş verə biləcəyini düşünürsünüzsə, sizin üçün yaxşı bir xəbərimiz var: dəyişə bilərsiniz. Düşüncələr çox güclüdür və həqiqətən onları dəyişdirmək istəyirsinizsə, bütün həyatınızı dəyişə bilərsiniz. Gününüzü başqalarından daha yaxşı keçirmək üçün düşüncə tərzinizdə kiçik dəyişikliklər edin. Başlanğıc üçün bir neçə təklif:
1. Özünüzlə ən yaxın dostunuzla danışar kimi danışın
Özünüzü pis hiss edirsinizsə, özünüzdən nə düşündüyünüzü soruşmaq istəyə bilərsiniz. Yəqin ki, pozitiv bir şey deyil! Bu daxili dialoqa diqqət yetirin. Ən yaxın dostunuzla özünüzlə danışdığınız kimi danışırsınız? Cavabınız 'yox'-dursa, onu dəyişdirməlisiniz. Daxilinizdə deyilənlər xaricdə baş verənləri müəyyənləşdirir. Dialoq pozitivdirsə və probleminiz yoxdursa, özünüzlə danışmağa davam edin. Avtomatik olaraq belə şeylər söyləməlisiniz: "Bunu edə bilərəm. Əvvəllər çətinliklər yaşamışam. Bunun müvəqqəti bir vəziyyət olduğunu bilirəm, hər şeyi düzəldə bilərəm." Müsbət dialoq təsəlliverici və gücləndiricidir.
2. Mənfi düşüncələrinizdən qurtulmağa və onları müsbət fikirlərlə əvəz etməyə çalışın.
Əgər daxili dialoqunuzun müsbət olmadığının fərqindəsinizsə, bu neqativ düşüncələrdən "sıradakı" deyərək qurtulmağı və əvəzinə müsbət şeylər düşünərək mənfi düşüncələri uzaqlaşdırmağa çalışın. Bəzən beyninizdə birdən-birə yaranan pis düşüncələriniz ola bilir, ancaq onlardan uzaqlaşmaq sizin əlinizdədir.
3. Nailiyyətlərin siyahısını hazırlayın
Keçmiş nailiyyətlərinizin siyahısını yaradın. Kiçik və böyük hamısını sadalayın. Tamamlandıqda yenidən oxuyun. Bəzən keçmişə dönüb qalibiyyətlərinizə baxmaq faydalıdır. Bu sizə normalda nə qədər uğurlu və güclü olduğunuzu xatırladacaq və sizi narahatlıqdan uzaqlaşdırıb və yeni nailiyyətlərə yaxınlaşdıracaqdır.
4. Özünüzə qarşı xoş davranın
Çətin bir gündən sonra özünüzü əzizləyirsiniz? Beyninizin içini də eviniz qədər rahatlamalısınız. Özünüzə qarşı yumşaq olun və bir qədər şəfqət göstərin. Problemləri, mübarizəni evinizin xaricində buraxın, onsuz da heç yerdə itməyəcklər. Evinizin rahatlığı ilə enerjinizi təzələyin.
5. Hədəfləri təyin edin
Məşğul olduqda özünüzü yaxşı hiss edirsiniz. Qarşınıza qoyduğunuz hədəflər, həyatınızı dəyişdirmək üçün lazım olan müsbət dəyişikliklərə diqqətinizi toplamağınızı asanlaşdıracaqdır. Çünki bunlar həyatınızın öz əllərinizdə olduğunu hiss etməyə kömək edir. Əgər hədəflərinizi təyin etməkdə çətinlik çəkirsinizsə, Cagir.az-ın Çay Yoldaşı formasında işləyən Psixoloq xidməti sizin üçün düşünülmüşdür. Qeyri-ənənəvi, sizə rahat bir şəraitdə psixoloji konsultasiyadan yararlanmaq üçün saytımıza daxil olub, Şəxsi İnkişafınıza dair bir sessiya ala bilərsiniz. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
6. Özünüz haqqında müsbət ifadələr istifadə edin
Bir az gülməli gəlsə də, amma uzun müddət istifadə etdiyiniz müsbət ifadələr uzunmüddətli dəstək verir. Qələm və kağız götürüb yazmağa başlayın: Mən güclüyəm. Mən ağıllıyam. Özümə güvənirəm. Əgər unutsanız, bu kağızı oxuyun və ya yenidən yazın.
7. Həyatınızdakı yaxşı şeylərin siyahısını yaradın
Həyatınızdakı gözəlliklərdən xəbərdarsınız? Son dəfə nə zaman onları dərk edib özünüzü xoşbəxt hiss etmisiniz? Böyük bir şey olmasına ehtiyac yoxdur, xoşbəxtliyinizi davam etməsi üçün kiçik gözəlliklərlə də qidalanmağı öyrənin.
Oxşar Yazılar
Yuxuda yeni evə köçmək
Psixoloq
2023-08-23
Stressdən xilas olmaq üçün bunları edin!
Psixoloq
2023-07-10
Psixologiya nədir?
Psixoloq
2022-05-04
Beynin sağlam olmasının hansı yolları var?
Psixoloq
2022-03-04
Evlilikdə olan mübahisələrin həll yolları
Psixoloq
2022-01-28
Niyə problemlərimizi başqaları ilə paylaşırıq?
Psixoloq
2021-12-21
Motivasiyanızı artırmaq üçün 10 təklif
Psixoloq
2021-11-22
Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar?
Psixoloq
2021-11-14
İş həyatında kollektivlə düzgün ünsiyyət
Psixoloq
2021-10-28
Psixologiyaya mənfi təsir edən düşüncələr nələrdir?
Psixoloq
2020-10-31