Motivasiyanızı artırmaq üçün 10 təklif

2021-11-22

Baxış: 7304

Motivasiyanızı artırmaq üçün 10 təklif

Hər gün qarşımıza yeni qərarlar, yeni hədəflər qoyuruq. Böyük bir həvəslə hədəflərimizə çatmaq üçün yola çıxırıq.

Sizə məsləhət bildiyimiz 10 təkliflə motivasiyanızı artıra bilərsiniz.

1 - Nə üçün başladığınızı xatırlayın

Uzun və yorucu iş proseslərində bu işə niyə başladığımızı unuduruq, buna görə niyə başladığımızı davamlı xatırlamaq, motivasiyamızı artırmaqda faydalı olacaqdır.

Motivasiyanızı artırmaq üçün 10 təklif 604


2 - Xəyallarınız haqqında düşünün

Gələcəkdə harada olmaq istədiyinizi və nə etmək istədiyinizi düşünün. Nə qədər çox xəyal qurarsanız, istəyiniz bir o qədər artacaq.

Şəxsi inkişafınıza dair suallar və ya qərar verə bilmədiyiniz məqamlar var? O zaman Çay Yoldaşı formatındakı Psixoloq xidmətimizdən yararlana bilərsiniz. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız. Xidmət haqqında daha ətraflı məlumat və sifariş üçün bu linkə daxil ola bilərsiniz. Ətaflı məlumat: +994703482606


3 - Zərif geyimlərə üstünlük verin

Bu çox vacibdir. İnsanın əhval-ruhiyyəsi xarici görünüşündə əks olunduğu kimi, xarici görünüşü də əhval-ruhiyyəsinə təsir göstərə bilər. Motivasiyanızın aşağı olduğunu hiss etdikdə qəşəng geyinməyə çalışarsanızsa əgər, ətrafınızdakı təriflər sizi daha yaxşı hiss etdirəcəkdir. Bu dövrlərdə xarici görünüşünüzə fikir verməsəniz, enerjiniz daha da azalacaq.


4 - Plan qurun və əməl edin

İşə tez saatlarında getdiniz, ofisin sakitliyindən zövq aldınız. Növbədə gününüzü planlaşdırmaq var. Yalnız plan qurarkən özünüzə qarşı haqqsız davranmamağınızı, çay və ya qəhvə fasilələri ilə özünüzə və dostlarınıza vaxt ayırmağınızı, çətin vəziyyətləri nəzərə alaraq planınıza rahatlıq verməyinizi tövsiyə edirik. İlin bu vaxtında əhval-ruhiyyəmiz ətraf mühitin təsirindən asanlıqla təsirlənir. Hər şeyi planlaşdırmağa çalışırsınız və həyata keçirə bilmirsinizsə, uğursuzluq və istəksizlik hissiniz arta bilər.

Motivasiyanızı artırmaq üçün 10 təklif 604


5 - Sağlam qidalanın

Gün ərzində enerjinizi ən yaxşı şəkildə istifadə etmək üçün sağlam qidalanmaq vacibdir. Xüsusilə daim yağlı və şəkərli qidalar istifadə etmək əhval dəyişikliyinə və yorğunluğa səbəb olur. Bu səbəbdən zülal, sağlam yağ və sağlam karbohidrat tarazlığı yaradacaq bir pəhriz yaratmaq bədən və beyin sağlamlığı üçün çox vacibdir.


6 - İdman etmək

İdman deyəndə idman salonunda tər tökməyi düşünməyin. Gün ərzində ən azı yarım saat gəzmək belə zehni və fiziki sağlamlıq üçün çox faydalıdır. Bu, daha yaxşı düşünməyə, enerjili və pozitiv hiss etməyə, formada qalmağa kömək edir. Beləliklə, istədiyinizi daha asanlıqla etmək üçün güc tapa bilərsiniz.

Şəxsi inkişafınıza və ya qərar verə bilmədiyiniz məqamlara dair kouç və ya psixoloji yardım axtarışındasınız? O zaman Çay Yoldaşı formatındakı Psixoloq xidmətimizdən yararlana bilərsiniz. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız. Xidmət haqqında daha ətraflı məlumat və sifariş üçün bu linkə daxil ola bilərsiniz. Ətaflı məlumat: +994703482606.

Motivasiyanızı artırmaq üçün 10 təklif 604


7 - Həyatda yalnız məqsədlər üçün yaşamayın

Bu həyatda yeganə məqsədiniz hədəflərinizdirsə, onlara lazım olduğundan daha çox məna verəcəksiniz. Hədəflərə çatdıqdan sonra böyük bir boşluq hiss edəcəksiniz. Sizi həyata bağlayan dəyərlərə sahib olun: sizin üçün vacib olan hər şeyi sevmək, hörmət göstərmək, kömək etmək, xidmət etmək. Daimi dəyərləriniz hədəflər kimi bitmir, ömrünüz boyu davam edir.


8 - Motivasiyanızı artıracaq sosial şəbəkə hesabları izləyin

Bəzən bir sözün sizi necə hərəkətə gətirdiyini və işə başlamağınıza necə həvəs yaratdığını görə bilərsiniz. Bu səbəbdən, motivasiya xarakterli yazıları və ya sosial mediada paylaşılan veb saytları izləmək sizə güc verəcəkdir.


9 - Məqsədlərdən danışa biləcəyiniz dostlar tapın

Eyni hədəfləri və ya fərqli hədəfləri olan dostlarınızın olması, hədəflərinizlə təmasda olmağınız üçün sizi motivasiya edə bilər. Bu irəlilədiyiniz yolda tək olmadığınızı bilmək sizə kömək edə bilər.


10 - Həyatı və özünüzü sevin

Bəlkə də ən vacib maddə sevgidir. Hər şey özünüzü, həyatı və etdiklərinizi sevməkdən başlayır. Həyatı sevmədən həyatdan qaçmağa çalışan bir çox insan var. Özünüzü və həyatı sevirsinizsə, etdiyiniz hər iş sizi qane edəcəkdir. Hər şey daha mənalı olacaqdır. Həyatınıza və nə etmək istədiyinizə vaxt ayırmaq sizin üçün çətin deyil.


Motivasiyanızı artırmaq üçün 10 təklif 604

Paylaş:

fb_iconlinkedin_icon