2021-12-21
Baxış: 6639
Niyə problemlərimizi başqaları ilə paylaşırıq?
Hər birimizin problemi var. Və həmişə kimsə ilə bölüşmək istədiyimiz anlar olur. Bəzən o şəxs yaxın adamlardan biridir, və bəzən isə biz ilk dəfə tanış olduğumuz bir insanla, və bir daha görüşməyəcəyimizə əmin olaraq, şəxsi məqamlar haqqında bölüşürük. Niyə bunu edirik? Başqalarının problemlərimizə ehtiyacı varmı? Niyə onlar ümumiyyətlə bizi dinləməyə hazırdırlar?
Niyə problemlərimizi başqaları ilə bölüşməyə ehtiyac duyuruq?
Doğurdan da, şəxsi problemlərimiz, narahatçılığımız, qorxularımız, itkilərimizin digər insanlar tərəfindən eşidilməsinə ehtiyacımız var? Çox sadə bir səbəbə görə - problemlərimizi başqaları ilə bölüşəndə biz özümüzü yüngülləşmiş kimi hiss edirik – bu bir həqiqətdir. Bu ilk effektdir. Və ikincisi – çox faydalı ola bilər, bu da bir bonus.
Problemi yenidən yaşamaq onun əhəmiyyətini azaldır
Yaşadığımız problem haqqında danışarkən, onu bir daha yaşamış oluruq, və bu da bir qayda olaraq, kritikliyin azalmasına səbəb olur. Dinləyicimiz olanda bu proses daha yaxşı işləyir - peşəkar bir psixoloq olsa, daha yaxşıdır, amma təsadüfi bir dinləyici də ola bilər.
Bunun üçün Çay Yoldaşı formatındakı Psixoloq xidmətimiz gözləntilərinizi qarşılayacaqdır. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında şəxsi inkişafınıza, karyera/ iş həyatınıza, ailə problemlərinizə, münasibət problelərinizə, uşaqlarınızla olan valideyn-uşaq münasibətinizə dair ürək açan söhbətə dalacaqsınız. Xidmət detalları üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Dəyərli olduğumuzu hiss etmək üçün
Bəzən yaşadıqlarımız əhəmiyyətliyimizi önə çəkməyə və nümayiş etdirməyə imkan yaradır. "Ah, bilirsən bu əslində necə ola bilər..." kimi bir şey. Yəni dinləyicimizin təcrübəsini aşan şəxsi təcrübəmizdən hekayələr danışanda özümüzü həm dinləyicinin, həm də özümüzün gözündə böyüdürük. Bu çox məhsuldar bir təcrübə deyil, bəzən düşünürük ki, yaşadığımız çətin təcrübə yeganə varlığımızdır, hər halda, çox vaxt bizə elə gəlir.
Empatiya əldə etmək üçün
Emosional olaraq çətin təcrübələrimiz haqqında paylaşaraq, bilinçaltı müəyyən bir empatiya alacağımızı gözləyirik. Və qeyd olunmalıdır ki, bu gözlənti çox halda doğrulur.
Düzgün olduğumuz başqası tərəfindən təsdiq olunsun deyə
Bəzən kiməsə yaşadığımız “çətin” situasiya barədə bəhs edərkən, bilinçsiz şəkildə hərəkətlərimizin düzgünlüyünün təsdiqini gözləyirik. Və ya kifayət qədər güclü olsaq, müstəqil xarici qiymətləndirmə gözləyirik. Təəssüf ki, müstəqillik və hekayəmiz uyğun deyil. Axı həmsöhbətçimiz yalnız bizim mövqeyimizi eşidir. Əlinizi ürəyinizin üstünə qoyub, yaşadığınız hadisə haqqında tamamilə obyektiv və qərəzsiz danışa bilərsinizmi? Ancaq bu, bizim üçün elə də vacib olmaya bilər, sadəcə doğru olduğumuzu bilmək istəyirik. Ümumiyyətcə, problemlərimiz haqqında danışmaq bu və ya digər şəkildə bizim üçün olduqca müəyyən fayda əldə etməklə bağlıdır.
Problemlərimiz kimə maraqlıdır?
Problemlərimiz çox məhdud bir dairə üçün maraqlı ola bilər. Adətən bizi həqiqətən sevənlər və həqiqətən də yaxşı olmağımızı istəyənlərdir.
Bütün digər qeyri-peşəkar dinləyicilərə problemlərimiz maraqlı deyildir. Təsadüfi yoldaşlar, taksi sürücüləri, əksər dostlar və tanışlar üçün maraqlı deyil. Yəni onlar, dəhşətli təcrübənizdən ancaq öz həyatında bənzər bir şeyin baş verə biləcəyini ehtimal etdikdə təsirlənə bilərlər. Üstəlik, insanlar problemləri olan insanlardan uzaq olmağa çalışırlar.
Nəzərinizə çatdıraq ki, statistikaya əsasən, problemlərimizi tanımadığımız adamla bölüşmək daha rahat və effektli olur. Bunun üçün Çay Yoldaşı formatındakı Psixoloq xidmətimiz gözləntilərinizi qarşılayacaqdır. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - bir stəkan çay və ya kofe arxasında, komfortlu bir kafedə qeyri-ənənəvi psixoloji konsultasiya təcrübəsini yaşamaq istəyirsinizsə, Cagir.az-ın Psixoloq xidmətindən faydalana bilərsiniz. Xidmət detalları üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Ancaq bildiyiniz kimi, başqalarının dərdlərini yaşamağı sevən insanlar da var. Bu cür onlar öz əhəmiyyətlərini artırırlar. Bu, özlərinə olan hörməti artırmaq üçün bir üsuldur. Özlərini darıxdırıcı hekayələrə qurban verərək, bu və ya digər şəkildə kömək edə biləcəklərinə inanırlar, ancaq bu barədə daha dərin düşünsəniz görəcəksiniz ki, bu onlar üçün sərfəli deyil və çox vaxt onların köməyi yalnız əzablarımızı artıra bilər. Əzabımız isə elə insanların çörəyidir.
Oxşar Yazılar
Yuxuda yeni evə köçmək
Psixoloq
2023-08-23
Stressdən xilas olmaq üçün bunları edin!
Psixoloq
2023-07-10
Psixologiya nədir?
Psixoloq
2022-05-04
Beynin sağlam olmasının hansı yolları var?
Psixoloq
2022-03-04
Evlilikdə olan mübahisələrin həll yolları
Psixoloq
2022-01-28
Motivasiyanızı artırmaq üçün 10 təklif
Psixoloq
2021-11-22
Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar?
Psixoloq
2021-11-14
İş həyatında kollektivlə düzgün ünsiyyət
Psixoloq
2021-10-28
Günə pozitiv başlamaq üçün hansı yollar var?
Psixoloq
2021-03-06
Psixologiyaya mənfi təsir edən düşüncələr nələrdir?
Psixoloq
2020-10-31