2020-10-31
Baxış: 13327
Uşaqların rənglərlə ifadə etdikləri
Uşaqlar 4-5 yaşında olduqları zaman rəngləri tanımağa başlayırlar. Çəkdikləri şəkilləri boyayarkən rəngləri təyin etmədən təsadüfi şəkillər çəkirlər. Bu yaşdan sonra rəngləri daha şüurlu şəkildə istifadə etməyə başlayırlar. Uşağın məktəbəqədər yaşda istifadə etdiyi rənglərin reallıqla heç bir əlaqəsi yoxdur. İsti rənglər harmoniyanı, soyuq rənglər narahatlığı təmsil edir. Qızlar rəng seçimlərinə oğlanlardan daha çox əhəmiyyət verirlər.
Bəzi uşaqlar qırmızı, narıncı və sarı kimi rənglər seçərkən, digərləri mavi və yaşıl kimi soyuq rənglər seçə bilər. Ümumiyyətlə isti rəngləri seçən uşaqların daha mülayim, mehriban və ahəngdar olduqları, soyuq rəngləri seçənlərin narahat, inadkar, kobud və aqressiv davranışlar sərgilədiyi müşahidə olunur və bu vəziyyət inkişaf müddətində isti rənglərdən soyuq rənglərə, soyuq rənglərdən isti rənglərə keçid kimi dəyişə bilər. Uşaqların şəkillərində istifadə etdikləri rənglərlə duyğu reaksiyaları arasında bir əlaqə var. Sevdikləri şəkilləri hazırlayarkən isti rənglərdən istifadə edərkən, istəmədikləri şəkilləri hazırlayarkən soyuq rənglərdən istifadə edirlər. Əsasən mənfi obrazları çəkən zaman qara rənglərdən istifadə edirlər.
Rənglərin uşağın emosional və fiziki inkişafına təsiri
Rənglər uşaqların yalnız emosional inkişaflarında deyil, fiziki inkişaflarında da böyük əhəmiyyətə malikdir.
Qırmızı: Şəkillərdə qırmızı rəngin intensiv istifadəsi: enerji, nifrət, şiddət, və ya bir xəstəliyin əks olunması ola bilər.
Çəhrayı: Qırmızıdan daha az təsirli bir rəngdir. Sakitliyi və xoşbəxtliyi təmsil edir.
Narıncı: Narahat bir ton. Və bu rəngi istifadə edən uşaqlar əsasən hiperaktiv inkişafa meyillidirlər.
Sarı: Bu rəngin üstünlük təşkil etməsi, övladınızın dinc, enerjili və sevdi şeylərə bağlı olduğunu göstərir.
Mavi: Etibar hissini təmsil edir. Sakit əhval-ruhiyyədə olan uşaqlar rəsmlərində bu rəngdən daha sıx istifadə edirlər. Duyğularını idarə etməkdə çətinlik çəkməzlər.
Yaşıl: Rəsmlərində əsasən bu rəngi istifadə edən uşaqların özlərinə güvənən, yaşıdlarından daha yetkin və duyğularını idarə edə bildikləri söylənə bilər.
Bənövşəyi: Məsuliyyət hissi olan, özü yox, başqaları tərəfindən idarə olunmağa meyilli sakit xarakterləri təmsil edir.
Niyə qızlar üçün çəhrayı, oğlanlar üçün mavi?
Uşaqların cinsinə görə rəng təyini artıq keçmişdə qalıb. Bəzi araşdırmalara görə qızların daha isti rənglərə (qırmızı, çəhrayı, qəhvəyi, narıncı) və oğlanların isə (mavi, yaşıl, boz və qara) rənglərə daha çox üstünlük verdikləri müşahidə edilmişdir. Ancaq günümüzdə cinsiyyət anlayışının rənglərlə əlaqəsi zəifləmişdir.
Uşaqların gözündə rənglərin dili.
Uşaqlar həyatlarının hər tərəfində rəngləri görməyi sevirlər. Buna görə paltar seçimlərini birlikdə etmək və oyuncaqlar alarkən rəng seçimini onlara buraxmaq vacibdir. Körpə ilk doğulduqda, otaq rənglərini sakitlik hissi verəcək rəng seçə bilərsiniz. Körpə vaxtının çox hissəsini yuxuda və ananın sinəsində keçirəcəyindən, otaqda istifadə olunan rənglər həm körpəyə, həm də anaya rahatlıq verən bir şəkildə seçilməlidir. Körpələr yeni doğulmuş dövrlərində parlaq rəngləri görə bilirlər. Qırmızı rəng onların ən çox üstünlük verdikləridir, çünki ən tez və asanlıqla qavraya biləcəkləri bir rəngdir. Dekorasiyada olmasa da, oyuncaq seçimində fərqli və parlaq rənglərə üstünlük verə bilərsiniz. Uşağınız paltar seçərkən, rəsm boyarkən və ya oyuncaq alarkən sizinlə eyni seçim etməyə bilər. Onların bu seçimini anlayışla qarşılamalısınız. Sizin seçdiyiniz ev tərtibatında istifadə etdiyiniz, öz geyiminizdə üstünlük verdiyiniz rənglər də uşağın seçimlərinə təsir göstərir.
Uşağınızı daha dərindən tanımaq üçün Cagir.az-ın Psixoloq xidməti kimi adlanan qeyri-ənənəvi psixoloji konsultasiyasından yararlana bilersiniz. Bunun üçün Cagir.az-a daxil olub, Valideyn-Uşaq münasibətləri xidmətini seçirsiniz və sizə uyğun bir şəraitdə (kafe, restoranda) icraçımızdan konsultasiya alırsınız. Əlaqə nömrəsi: +994 70 348 26 06.
Related Posts
Yuxuda yeni evə köçmək
Psychologist
2023-08-23
Stressdən xilas olmaq üçün bunları edin!
Psychologist
2023-07-10
Psixologiya nədir?
Psychologist
2022-05-04
Beynin sağlam olmasının hansı yolları var?
Psychologist
2022-03-04
Evlilikdə olan mübahisələrin həll yolları
Psychologist
2022-01-28
Niyə problemlərimizi başqaları ilə paylaşırıq?
Psychologist
2021-12-21
Motivasiyanızı artırmaq üçün 10 təklif
Psychologist
2021-11-22
Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar?
Psychologist
2021-11-14
İş həyatında kollektivlə düzgün ünsiyyət
Psychologist
2021-10-28
Günə pozitiv başlamaq üçün hansı yollar var?
Psychologist
2021-03-06