2022-01-28
Baxış: 6620
Evlilikdə olan mübahisələrin həll yolları
Evliliklərdəki mübahisələr həyat yoldaşlarını seçim etməyə məcbur edir. Münaqişələrin həllində hər bir həyat yoldaşı digərinə qarşı güc yaratmağa çalışır. Ancaq bu güc mübarizələrində kimin qazanmasından asılı olmayaraq, ər-arvad bir-birinə qarşı olduqda, evliliklərindəki ortaq gücü itirirlər. Nəticə etibarı ilə fikir ayrılıqları bir-birlərinə zərər yetirməyə başlayır və evlilik münasibətlərinə zərər verir.
Xoşbəxt və sağlam bir evlilik üçün münaqişələrin həlli vacibdir. Ər-arvad mübahisəyə başlayan zaman ara verməli və problemi həll etmə metodlarından istifadə etməlidirlər.
Bəs problemin həlli metodları nədir ?
- Optimist bir əhval-ruhiyyədə olmağa üstünlük verin.
İnsanlar nikbin əhval-ruhiyyədə olduqda, daha gümrah görünə və münaqişələrdə daha sağlam həllərdən istifadə edə bilərlər. Ər-arvad arasındakı ziddiyyət nə qədər çox olarsa, ortaq həll yolu tapmaq və hər iki tərəfin razılığını qazanmaq ehtimalı bir o qədər azalır.
Münasibətdə sizi narahat edən nüanslar və ya ünsiyyət problemlərinin həlli üçün linkə keçid edərək xidmət haqqında ətraflı məlumat ala bilərsiniz. Əlaqə nömrəsi: +994703482606
Həyat yoldaşları yorğun, ac, hirsli və ya tələsik bir işə sahibdirlərsə, mübahisələrdə normal əhval-ruhiyyələrindən kənar ola bilərlər. Belə bir əhval-ruhiyyə ilə danışmağa çalışsalar da, həll yolları kifayət etməz. Bu səbəbdən ər-arvad əhvalları düzəldikdə problemlərinə həll yolları axtarmağa başlamalıdır. Bəs bu nikbin əhval-ruhiyyəni necə əldə edə bilərlər?
- Optimist əhval-ruhiyyəni münasibətlərdə nece formalaşdırmaq lazımdır?
Evlilikdə ər-arvadın yaxşı əhval-ruhiyyədə olmaları bir-biri ilə 'açıq ünsiyyət' qurmaqdır. Açıq ünsiyyət həyat yoldaşları arasında səmimi və aydın bir anlaşma təmin edir. Sanki aralarında yazılmamış gizli bir razılaşma var. Bu razılaşma sayəsində ər-arvad bərabərdir və azaddır. Kişilər və qadınlar ayrı insanlar olaraq özlərindən kənar bir dünya ilə ünsiyyət qura bilirlər. Bir-birlərinin inkişafına kömək edən, aralarındakı sevgi və hörməti gündən-günə gücləndirə bilərlər.
Son vaxtlar çox rast gəldiyim 'qapalı ünsiyyət' in hakim olduğu evliliklərdə, ər-arvad problemlərini həmişə birlikdə olduqlarında həll edə biləcəklərini düşünürlər. Ancaq qapalı ünsiyyət nigahında ər-arvad bir-birinin daxili dünyasından xəbərsizdir. Ər-arvad rollarını gözlədikləri kimi deyil, istədikləri kimi oynayırlar. Belə bir evlilikdə problemlərə həll tapmaq çox çətindir. Bu nigahlar soyuqdur, cansıxıcılıq çoxdur və həyat yoldaşları getdikcə bir-birlərindən uzaqlaşırlar. Birlikdə yaşayırlar, ancaq ayrı dünyalarda. Bu problemin həlli və nikbin əhval-ruhiyyə qazanmağın yolu; Söhbət cütlüklərin bir-birinə bağlılığı, canlılığı və balanslı fəaliyyət sayının artırılması ilə bağlıdır. Həyat yoldaşları fasiləsiz bir araya gəlməli və səmərəli vaxt təşkil etməlidirlər.
- Özünüz və münasibətiniz haqqında müzakirələr aparmağa çox vaxt sərf edin
Münaqişəsiz sağlam münasibət qurmağın ən sürətli yolu nədir? Sizinlə həyat yoldaşınız arasındakı məsafəni və bir-birinizə qarşı laqeydliyi necə aradan qaldırmaq olar?
Çoxumuz öz münasibətlərimizə gələndə cavab verə bilmirik, doğrudur? İndi bunun üçün sizə praktik bir həll təklif edirəm. Suallarınıza cavab tapa biləcəyiniz, özünüzü və münasibətlərinizi danışıb müzakirə edə biləcəyiniz görüşlər təşkil edin.
Siz və həyat yoldaşınız bu vaxtı özünüzün bir otağınızda, uşaqlarınız və qohumlarınız olmadan, on iki saat ayrılmadan və yatmadan keçirəcəksiniz. Diqqəti yayındıran televiziya, telefon danışığı olmayacaq. Bir-birlərinə bir şey deyə bilməli, ancaq fiziki zorakılıq etməməlidirlər. Birlikdə olduğunuz müddətdə susa bilərsiniz. On iki saat ərzində münasibətləriniz və özünüz barədə danışa bilərsiniz, hər ikinizin şəxsi olmağınız şərti ilə. İşlə və uşaqlarla əlaqəli mövzular müzakirə edilməyəcək. Yalnız fikrinizi özünüzə cəmləşdirin. Bütün qaçış yolları bağlandıqda, ər-arvad bir-biri ilə yaxşı ünsiyyət qura bilərlər. Saat keçdikcə daxili dünyalarını bir-birlərinə aça bilərlər. Bəli, on iki saat uzun görünə bilər, amma unutmayın ki, evlilik ömürlük bir münasibətdir. Əvvəlcə özünüzü biraz utancaq və təcrübəsiz hiss edə bilərsiniz, lakin bir müddət sonra bir müddət mübahisə edib və özünüzü düzəldirsiniz. İnanın, bu müddətdə özünüzü bir-birinizə daha yaxın hiss edəcəksiniz. Müzakirələrdən, axşam yeməyindən və yaxınlıqdan sonra danışmağa başlayırsınız. Əslində cütlüklər bu söhbətlərin sonunda bir-birlərini itirməkdən nə qədər qorxduqlarını başa düşürlər. Bir-birinizə nəyin zərər verdiyini aydın şəkildə görə bilərsiniz. Bəlkə ağlaya bilərsiniz, hisslərinizi bir-birinizlə bölüşə bilərsiniz. Daxili dünyanızı bir-birinizə açmaq üçün cəsarət tapdıqda, daha əvvəl paylaşa bilmədiyiniz xoşbəxtlik və bədbəxtlik hissləriniz barədə danışmaqdan da zövq ala bilərsiniz.Bu tətbiqi iki ayda bir həyata keçirmək münasibətlərinizi yaxşılaşdırmaq üçün çox faydalı olacaqdır. Əslində, bunu yalnız problemli deyil, normal evliliklərdə də zaman zaman etməyinizi məsləhət görürük.
Şəxsi inkişafınızı artırmaq üçün cagir.az-ın psixoloq xidmətindən yararlana bilərsiniz. Sifariş və ya ətraflı məlumat üçün əlaqə nömrəsi: +994703482606
- Evliliyinizi qiymətləndirməkdə kömək alın
Xüsusilə boşanmağı düşünən ər-arvad günahkar və ömürlük peşman olmamaq üçün doğru qərar verdiklərindən əmin olmalıdırlar. Ər-arvad evliliklərini qiymətləndirmək üçün kömək istəməlidirlər. Evlilik problemləri həll etmək istəyən həyat yoldaşları həmişə bu suala cavab axtarmalıdırlar. Görəsən atdığım hər addım, söylədiyim hər söz, etdiyim hər iş evliliyimə zərər verirmi? Bu suala sağlam bir şəkildə cavab tapmaq üçün qüruru bir kənara qoymalı, öz qüsurlarından xəbərdar olmalıdır. Və bu çox zaman özbaşına həll edə biləcəyimiz bir problem deyil. Kənardan qərəzsiz baxan və sizi müşayiət edəcək bir mütəxəssislə işləmək həmişə daha sağlamdır.
Leo Buscaglia'nın dediyi kimi “Boşanma, dava, mübahisə problemlərinizi heç vaxt həll etməz. Daha yaxşı həll yolu münasibətinizdə anlayışlı, dostcasına olun. ”
Evlilikdə kiçik problemləri böyümədən vaxtında həll etmək münasibətin gedişatını dəyişə bilər. Bəzən gözardı edilən bütün məsələlər bir müddət sonra içindən çıxılmaz hal ilə problemin həllini daha da çətinləşdirir. Gec olmadan evliliyinizi xilas edin. Bunun üçün cagir.az-ın psixoloqları sizə ehtiyac duyduğunuz bütün köməklikləri göstərə bilər. Psixoloq xidməti üçün linkə keçid edin. Sifariş və ya ətraflı məlumat üçün əlaqə nömrəsi +994703482606
Related Posts
Yuxuda yeni evə köçmək
Psychologist
2023-08-23
Stressdən xilas olmaq üçün bunları edin!
Psychologist
2023-07-10
Psixologiya nədir?
Psychologist
2022-05-04
Beynin sağlam olmasının hansı yolları var?
Psychologist
2022-03-04
Niyə problemlərimizi başqaları ilə paylaşırıq?
Psychologist
2021-12-21
Motivasiyanızı artırmaq üçün 10 təklif
Psychologist
2021-11-22
Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar?
Psychologist
2021-11-14
İş həyatında kollektivlə düzgün ünsiyyət
Psychologist
2021-10-28
Günə pozitiv başlamaq üçün hansı yollar var?
Psychologist
2021-03-06
Psixologiyaya mənfi təsir edən düşüncələr nələrdir?
Psychologist
2020-10-31