Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar?

2021-11-14

Baxış: 7356

Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar?

Övladlarınının sağlam ruh və şəxsiyyətə sahib olmağını təmin etmək üçün  valideynlərin üzərinə böyük məsuliyyət düşür. İdeal valideyni müəyyənləşdirmək çox çətindir. Bəlkə də əlçatmazdır. Amma, həmişə uğurlu valideynlər olub:

Uşağın ehtiyaclarını hiss edən, 

Lazım olan şəkildə cavab verən,

Həddindən artıq dözümlü və sərt olmayan,

Uşağa qarşı çevik bir yanaşma göstərən, 

Davranışında müəyyən bir davamlılıq və qətiyyət göstərən,

Həmişə uşağın istəklərini dinləyən ana – atalar; 

Uşağın özünü idarə etməsi üçün mühit hazırlayırlar;

Uşaqdakı məsuliyyət hissini inkişaf etdirirlər;

Hadisələrin nəticələri ilə onları tək qoyurlar (lazım olan sınaqları keçməkləri üçün). 

Daima edilən təhqirlər, təhdidlər, alçaldıcı davranışlar, zorakılıq uşaqda pis hisslər yaradır. Uşaq bu pis hisslərlə dost olmağa başlayır. Bu mənəvi zəhərlənmədir. Uşağın qəzəbinizə və cəzanıza alışması, müdaxilə etmək gücünüzü ciddi şəkildə zədələyir. Siz danışırsınız, amma o sizi eşitmir. Təzyiq, döyülmə və qorxutma ilə yalnız kölə və kölgə şəxsiyyətləri olan uşaqlar böyüyür.

Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar? 602


Şiddət - intellektual yığılma, emosional dərinlik və ağılın bitdiyi yerdən başlayır. Şiddət cəhalət, ümidsizlik əlamətidir. Şiddətə məruz qalan uşaq özünə inamını, hörmətini və utanc hissini itirir. Uşağın özünə hörməti,inamı itdikdən sonra ona gələcəyə inamla baxmağı  öyrətmək mümkün deyil. İntizam zülmə çevrilməməli, azadlıq hüdudsuz olmamalıdır. Balansı qurmaqdan başqa çarəmiz yoxdur. Yaxşı,tərbiyəli insanları böyütmək asan deyil.


Valideyn-uşaq münasibətlərinizdə problemlər və ya qərar verə bilmədiyiniz məqamlar var? O zaman Çay Yoldaşı formatındakı Psixoloq xidmətimizdən yararlana bilərsiniz. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız. Xidmətdən yararlanmaq üçün bu linkə keçid ala bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Uşaqları qarşılıqsız sevməliyik və onlara da bunu hiss etdirməliyik. Uşaqlar zaman-zaman qəzəb, məyusluq, gərginlik, narahatlıq, kədər  kimi mənfi duyğuları göstərə bilər. Onların hisslərini anlamalı və qəbul etməliyik. Duyğularını ifadə etməkdə nə qədər rahat olduqlarını, gələcək münasibətlərində də bir o qədər səmimi və açıq olduqlarını bildirməliyik. Uşaqlara hər kəsi məmnun edə bilməyəcəklərini bildirməliyik. Doğru olduqlarına inanarlarsa, müqavimət göstərməli olduqlarını öyrətməliyik. Səhvlərin təbii və qaçılmaz olduğunu, səhvlərin baş verə biləcəyini və onlardan ibrət götürülə biləcəyini vurğulamalıyıq, beləliklə uşağın özünü yaxşı hiss etməsinə və özünə inam hissini artırmasına kömək ola biləcəyik.  Bütün uşaqlar diqqət istəyirlər. Valideynlər tez-tez övladlarının səhv bir iş görməsini gözləyirlər və sonra onlara diqqət yetirirlər. Bu hərəkət istəmədən də olsa mənfi davranışı gücləndirir. Bunun əvəzinə, yaxşı şeylər etdikdə uşaqları mükafatlandıraraq və xoşagəlməz davranış göstərmədikdə onları tərifləyərək qayğı göstərdiklərini göstərməliyik. Valideynlər davranışlarında nizamlı və səbrli olmalıdırlar. Effektiv ünsiyyət uşaqlara dəyər verməyi, problemləri həll etməyi və başqaları ilə münasibət qurmağı öyrətmək üçün əsas bir qaydadır. Uşaqlarla ünsiyyətin aydın və təsirli olması üçün valideynlər onları tam və səmimi maraqla dinləmək istədiklərini hiss etdirməlidirlər. Uşaqlar problem və maneələrlə qarşılaşa bilər.  Bu həyatın qaçılmaz bir hissəsidir. Biz övladlarımıza problemlerə qarşı, müstəqil fikirli olmağı öyrətməklə maneələri həll etməsinə kömək etməliyik. 

Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar? 602


Valideynlər də zaman-zaman övladlarına qarşı  səhv edə bilərlər. Ən dəhşətli səhvlərdən biri də uşaqları əsəbi olduqda tərbiyə etməyə çalışmaqdır. Hirslənəndə tərəflər problemə işlək bir həll tapmağa çalışmaqdan daha çox özlərini müdafiə etmək və əks hücuma keçmək üçün daha çox vaxt sərf edirlər. Problem əsəblər sakitləşdirildikdə həll edilərsə, müsbət nəticənin olma ehtimalı yüksəkdir. “İndi çox əsəbiləşdim. Sakitləşmək və düşünmək üçün vaxta ehtiyacım var. Bu axşam / sabah bu barədə yenidən danışacağıq.” Bu, həqiqətən ən uyğundur. Bundan əlavə, qəzəbli intizam ünsiyyəti bağlaya və münaqişəni artıra bilər, eyni zamanda valideynlərin demək istəmədikləri sözləri deməsinə səbəb ola bilər. Qəzəb zamanı dəyən ziyanı və qəzəblənəndə istifadə olunan incidici ifadələri düzəltmək çox vaxt apara bilər. 


Digər tərəfdən, qəzəbli vaxtlarda valideynlər övladlarına çox sərt və çətin cəzalar tətbiq edirlər. Bununla birlikdə, nizam-intizam uyğun bir şəkildə istifadə edildikdə, uşağınıza davranışı ilə əlaqədar dərslər verə bilər. Unutmamalıyıq ki, burada məqsəd müəyyən bir müddət istəklərimizə tabe olmaq deyil, övladlarımızı müstəqil, məsuliyyətli və xoşbəxt bir insan olmağı öyrətməkdir.  Uşaq tərbiyəsində ən əsas və təsirli metodlardan biri də valideynlər üçün “Yaxşı bir nümunə” olmaqdır. Şəxsiyyətimizi təşkil edən əsas inanc və dəyərlərimiz gündəlik davranışlarla uşaqlara ötürülə bilər. Əgər uşağın fikirləri dinlənilirsə və qiymətləndirilirsə o zaman valideynlərinin dediklərini daha çox dinləyəcəklər. Unutmayaq ki, hərəkətlər sözlərdən daha mənalıdır. Davranışlar davamlı izlər buraxır.


Hər uşaq fərqli güclər, zəifliklər, maraq və həssaslıqlardan ibarətdir. Uşaqlar bir-birlərindən çoxsaylı şəxsiyyət xüsusiyyətlərinə görə fərqlənirlər. Aktiv uşaq idmana, utancaq uşaq zehni fəaliyyətə yönəldilə bilər.  Uşaqlara hər zaman əhəmiyyət verməyi və yaşadıqları vəziyyətdən zövq almağı öyrətmək, gələcəkdə bir çox problemlərin öhdəsindən gəlməyə kömək edəcəkdir. Valideynlərin övladları ilə birlikdə vaxt keçirməkləri uşaqlara daha xoşbəxt, məmnun və həvəsli olmağı öyrədəcəkdir. Kiçik işlər belə əyləncə və həyəcan üçün fürsət ola bilər. Ev işlərini oyuna çevirmək və ya həyəti süpürərkən mahnı oxumaq bir uşağa məkanı və anı necə yaşamağı, bu anda necə xoşbəxt olmağı öyrədə bilər. Beləliklə, daha xoşbəxt və sağlam bir övlad sahibi ola bilərsiniz.

Valideynlər uşaqlarına qarşı necə davranmalıdırlar? 602


Share:

fb_iconlinkedin_icon