Jojoba yağının faydaları

2022-01-30

Baxış: 7796

Jojoba yağının faydaları

Jojoba yağı saçlarınız, dəriniz və bütün bədəniniz üçün bir şəfa mənbəyidir! 

Jojoba yağının faydaları nələrdir? Onu necə istifadə etməlisiz?

Kosmetik aləmdə ən çox sevilən müalicəvi yağlardan biri olan Jojoba yağı həm antibakterialdır, həm də əla bir nəmləndiricidir. Bir daşla iki quş vurmaq istəyirsinizsə o zaman həm saçlarınız, həm də dəriniz üçün qidalandırıcı, bərpaedici və nəm bombası məhsulu olan jojoba yağından istifadə edin!


Jojoba yağının kosmetik məhsullarda istifadəsi

Kosmetikada jojoba yağının istifadəsi çox zəngindir. Dəriyə və saça qulluqda əvəzolunmaz məhsullar sırasındadır. Jojoba saç sağlamlığında da çox təsirlidir. Xüsusiyyətlərinə görə həm baş dərisinin, həm də saçın daha güclü, baxımlı və sağlam olmasını təmin edir.

Müxtəlif yağlar ilə üzünüzü və saçlarınızı qidalandırmaq üçün gözəllik salonu xidmətimizdən istifadə edə bilərsiniz. Sifariş üçün əlaqə nömrəsi: +994703482606 

Jojoba yağının faydaları 652


Jojoba yağının dəri üçün faydaları

  • Nəmləndiricidir. Faydalı komponentləri və E vitamini sayəsində dərini nəmləndirir və bəsləyir.
  • Yaşlanmağa qarşıdır. Gözəl formulu qırışların minimuma endirilməsində və dərinin bərpasında böyük rol oynayır. Dəriyə rahatlıq verir.
  • Qıcıqlanmanın qarşısını alır. Dəridə yanma, quruluğ kimi problemlərə yaxşı təsir görsədir.
  • Sellülit və dəridə olan çat izləri üçün mükəmməldir. Xüsusilə kilo alma, arıqlama və hamiləlik zamanı meydana gələn çatlaqları aradan qaldırmaqda təsirli olur. Sellülitin müalicəsində masaj yağı kimi istifadə olunur.


Jojoba yağının saç üçün faydaları

  • Saçların uzanmasını dəstəkləyir. Saçlarınızın daha sürətli uzanmasını istəyirsinizsə, jojoba yağı ilə qulluq edə bilərsiniz.
  • Kəpəyin əmələ gəlməsinin qarşısını alır. Saç dərisini qidalandırır və baş dərisində yarana biləcək problemləri minimuma endirir.
  • Yeni saçların əmələ gəlməsini dəstəkləyir. 
  • Zədələnmiş saçlar üçün mükəmməldir. Quru, ucları yanmış saçların özünə gəlməsini, daha yumşaq, canlı olmasını təmin edir.


Saça qulluq xidməti ilə əlaqədar ətraflı məlumat üçün linkə keçid edin. Sifariş üçün əlaqə nömrəsi: +994703482606

Jojoba yağının faydaları 652


Saç baxımında jojoba yağı necə istifadə olunur?

Jojoba yağını saç baxımında saç maskası kimi istifadə edə bilərsiniz. Jojoba yağını saçlarınızın hər yerinə tətbiq edib ən azı yarım saat saxlaya bilərsiniz, sonra saçlarınızı daha sağlam və güclü etmək üçün yaxalayın və şampunla yuyun. Bundan əlavə, hər gün saçlarınızın uclarına bir neçə damcı jojoba yağı çəkə bilərsiniz. Jojoba yağı həm də yaxşı saç kremidir. Bu təbii yağla saçlarınızı hər gün formaya salıb və daramağı çox asanlaşdıra bilərsiniz. Saç dərinizi qidalandırmaq üçün təbii formullu şampununuza bir neçə damla jojoba yağı əlavə edib, saçlarınızı bu şəkildə yuya bilərsiniz.


Həm saçlarınız, həm də dəriniz üçün Jojoba Yağı!

  • Sərtləşmiş, quruluq problemi yaşamış, mövsümi dəyişikliklərdən təsirlənmiş, yəni həssas dərilər üçün idealdır.
  • Dərini tərkibindəki A, D və E vitaminləri ilə bəsləyir və dərinin nəfəs almasına mane olmadan nəm itirməsinin qarşısını alan bir baryer yaradır.
  • 100% bitki mənşəli olması sayəsində məsamələri bağlamır və dərini yağlı etmədən yumşaldır və parlaq edir.
  • Dərinin yağ istehsalının tarazlaşdırılmasına kömək edir və dəridə mikrobun yaranmasının qarşısını alır. Bu xüsusiyyətlər sayəsində sızanaq meydana gəlməsinin qarşısını ala bilər.
  • Dərini gücləndirir və daha sağlam olmasına kömək edir. Dərinin elastikliyini artırır.


Cagir.az-ın saça qulluq xidməti göstərən gözəllik ustaları öz peşəkar yanaşmaları ilə saçınız qidalanacaq və parlaq görünüş əldə edəcək. Bunun üçün linkə keçid etməyiniz kifayətdir. Ətraflı məlumat və ya sifariş üçün əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəsi: +994703482606

Jojoba yağının faydaları 652

Share:

fb_iconlinkedin_icon