2020-10-31
Baxış: 10240
Evdə hazırlamaq üçün saç maskaları
Zədələnmiş saçlarınıza kimyəvi tərkibli kremlər əvəzinə evdə təbii məhsullar ilə rahat baxım edə bilərsiniz.
Kəpəkli saçlar üçün maska
Samanlıq güldəfnəsinin toxumunu 2 su bardağının içində 1 gecə saxlayın. Sonra fırçanın köməyi ilə təmiz saçlarınıza tətbiq edin və 15 dəqiqə saxlayın və bol su ilə yuyun.
Tökülən saçlar üçün maska
Bir qabda 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı bal, 1çay qaşığı darçın, 2 yumurta və 1 çay qaşığı badam yağı qarışdırın. Qarışığı saç diblərinizdən başlayaraq fırçanın köməyi ilə bütün saçlarınıza çəkin. 5 dəqiqə masaj etdikdən sonra şampunla yuyub, quruda bilərsiniz. Bu qarışığı həftədə iki dəfə tətbiq etdikdə, dəyişikliyi hiss edəcəksiniz.
Quru saçlar üçün maska
1 xörək qaşığı bal və kiçik qəhvə fincanı ölçüsündə südü yaxşıca qarışdırın. Bütün saçlarınıza çəkin. 20 dəqiqə saçınızda saxlayıb şampunla yuya bilərsiniz.
Parlaq saçlar üçün maska
1 stəkan portağal suyu və 1 xörək qaşığı balı bir qabda qarışdırın. Bu qarışığı şampunla qarışdırıb saçınızı yuyarkən istifadə edə bilərsiniz.
Zeytun yağı maskası
5 xörək qaşığı zeytun yağı və 2 yumurtanı qarışdırıb fırçanın köməyi ilə saçlarınıza çəkin. Sonra havanın daxil olmaması üçün saçlarınızı bir saç bonesi ilə örtün. 20 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun.
Zədələnmiş saçlar üçün maska
1 bananı əzin və içinə 1 çay qaşığı badam yağı tökün. Bu qarışımı yaxşıca qarışdırın. Əllərinizlə masaj edərək qarışığı saçlarınıza sürtün və 10 dəqiqə saxlayın.
Bal və zeytun yağı maskası
Hər cür saç üçün universal olan zeytun yağı saçlara baxımlı bir görünüş verir, bal isə saç tökülməsini idarə edir. 3 xörək qaşığı zeytun yağı və 2 xörək qaşığı balı yaxşıca qarışdırın. Qarışığı saçlarınıza çəkin. Sonra saçlarınızı bir bone ilə örtün. 20 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun və qurudun.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Xidmətlərdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Related Posts
Günəş ləkələrinə qarşı vasitələr
Beauty
2023-03-29
Saç uzadan üsullar
Beauty
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Beauty
2023-02-01
Ağardıcı krem və maskalar
Beauty
2023-01-05
Minoxidil nədir?
Beauty
2022-11-06
Dırnaq rəngləri
Beauty
2022-07-30
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Beauty
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Beauty
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Beauty
2021-07-08