Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.

2021-10-26

Baxış: 8527

Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.

Saç əkilməsindən sonra qidalanma zamanı yüksək protein, mineral və vitamin tərkibli qidalara üstünlük verilməlidir. Bu qidalandırıcılar əkilmiş saçın inkişafında və böyüməsində çox vacib bir rola sahibdir, çünki saçın keyfiyyətinə və quruluşuna müsbət təsir göstərir və hüceyrələrin yenilənməsini və hüceyrə sayını artırır. Saç tökülməsi qan azlığı, yanlış qidalanma, vitamin çatışmazlığı, ağır xəstəliklər, hormonal pozuntular və bəzi dərman istifadəsindən sonra görülsə də, ümumiyyətlə səbəb genetik faktor, stress, göbələk infeksiyası və keyfiyyətsiz qulluq məhsullarının istifadəsi ilə əlaqələndirilə bilər.

Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər. 584


Stress

Həddindən artıq stress hər hansı bir xəstəlik kimi saç tökülməsinin də bir səbəbidir. Depressiya, narahatçılıq, psixoz və müalicəsində istifadə olunan dərmanlar saçlara təsir göstərə və tökülməsinə səbəb ola bilər. Saçlar qısa müddətdə gündəlik həyatda bir çox amillərdən təsirlənə bilən canlı bir orqandır. 

 

Vitamin və mineral çatışmazlığı

Qidalanma problemi olmasa da, qanda vitamin və mineral çatışmazlığı saç tökülməsinin əsas səbəblərindən biridir. B12, D vitamini, folik turşusu, biotin, sink, dəmir kimi vitamin və minerallar azdırsa, saç qidalana bilmir və tökülür. Dəmir çatışmazlığı olmadıqda belə, dəmir qatqısı saç tökülməsinə çox müsbət təsir göstərir. 

 

Yanlış qidalanma vərdişləri

Qidalanma nəticəsində saç tökülməsi də digər bir ümumi amildir. Çünki saçlar canlı bir orqandır və onun da qidalanması mütləqdir. Müntəzəm və balanslı bir pəhriz, uzun müddətli aclıq, karbohidratları çox olan qidaları qəbul etmək son nəticədə saçlara təsir edə və tökə bilər.

Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər. 584 


Hormonal problemlər

Əgər insanda hormonal problemlər, qadınlarda menstruasiya gecikmələri və ya pozğunluqlar varsa, tüklərin artması, həddindən artıq sızanaqlar və sürətlənmiş çəki artımı varsa, bu faktorlara saç tökülməsi əlavə edilərsə, bu zaman hormonal saç tökülməsindən danışmalıyıq. Bu tip saç tökülmələrində hormonal müalicə effektiv təsir göstərir.

 

Genetik amillər

Qadınlarda və kişilərdə saç tökülməsinin səbəbləri tam fərqlidir. Kişilərdə rastlaşdığımız saç tökülməsi, ilk öncə, genetik və insanların 60%-dən çoxunda görülən kişi hormonları ilə əlaqəli saç tökülməsidir. Bu formada saç tökülməsi xroniki xarakter daşıyır. Yaş artdıqca keçəllik də artır. Erkən yaşlarda başlayan daxildən vitaminlərlə aparılan möhkəmləndirmə müalicələri, tökülmə sürətini yavaşladır. Bu forma saç tökülməsinə qadınlarda da rast gəlinir. Ən əsasda ailəsində keçəllik problemi olan insanlar özləri də zamanla saç tökülməsi riski ilə qarşılaşırlar. Günümüzdə 30 yaşlarında başlayan kişi saç tökülməsinə bənzər hallar  əksər halda gənc qızlarda da görülür. Bu vəziyyətin öncəki illərlə müqayisədə həddindən artıq çox qarşılaşılmasının səbəbləri stres, yalnış qidalanma, uzun zaman aclıq və hormonal problemlərdir.

Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər. 584

 

Dərmanların yan təsirləri: Xüsusilə xərçəng müalicəsində istifadə edilən dərmanlar saç tökülməsinə səbəb olur.


Saç tökülməsi  adətən otuz yaşdan sonra başlayır 

Saç tökülmə bölgələri kişilərdə başın ön, yuxarı və təpə hissələrində görülür və fərqli ölçülərdə ola bilər. Qadınlarda diffuz incəlmə şəklində tökülmə daha çox görülür və ön, yuxarı hissələrdə tökülməyə nadir hallarda rast gəlinir. Saç tökülməsi otuz yaşlarda başlayır və əlli yaşdan yuxarı kişilərin demək olar ki, yarısında baş verir.


Təbii saçları yeni üsullarla əldə etmək mümkündür

Saç tökülməsi və keçəllik əksər kişilərin ən böyük problemidir. Ancaq yeni inkişaf etdirilən saç əkimi üsulları ilə əvvəlki kimi təbii saçlara sahib olmaq mümkündür. 

Hər zaman baxımlı olun!

 

Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər. 584

Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Saça qulluq xidmətindən yararlanamq üçün bu linkə daxil ola bilərsiniz.

Share:

fb_iconlinkedin_icon