PSİXOLOJİ TEST: Qapını seç, özünü tanı

2020-10-31

Baxış: 16899

PSİXOLOJİ TEST: Qapını seç, özünü tanı

Hər kəs gizlilik pərdəsini açmaq və bilinməyənləri öyrənmək istəyir. Özünüzü necə başa düşəcəyinizi bilmirsiniz? Sizə təqdim etdiyimiz sadə və əyləncəli test bu problemi həll etməyə kömək edəcəkdir! Test şəxsiyyətinizin gizli tərəflərini açmağa və həyat tərzinizə yeni nəzər salmağa kömək edəcəkdir. Yalnız qapını seçin, müvafiq nömrəyə uyğun mətni oxuyun! Dəqiqliyinə heyran olacaqsınız.

cagir.az -PSİXOLOJİ TEST: Qapını seç, özünü tanı  


Qapı №1

Həyatda ən sadə şeylərdən zövq almağa can atırsınız. Sükutdan, sülhdən və yalnızlıqdan zövq alırsınız. Başqa insanların ətrafında olanda hər şeyin evdəki kimi olmasını üstün tutursunuz. Buna görə kiçik bir çevrənizlə və yaxınlarınızla vaxt keçirməkdən zövq alırsınız.

Gələcəyiniz şübhəsiz xoşbəxt olacaq - ən azından nə istədiyinizi və sizə uyğun olanı bildiyinizə görə. Siz sadə şeylərdə belə gözəlliyi görə bilən insanlardansınız.

Bəziləri üçün həyat tərziniz darıxdırıcı görünə bilər, amma əmin ola bilərsiniz ki, həyatınızda lazımsız dram əsərləri olmayacaqdır.

 

Qapı №2

Zəngin bir insan olmaq sizin borcunuzdur. Ancaq bilirsiniz ki, firavan bir həyat yolu zəhmətkeş olmaqdan keçir.

Bir qapı ardınca dərhal pilləkən gedən şəklini seçirsinizsə, zamanla sosial statusunuzu qaldıra biləcəyinizə inanırsınız. Həyatda sizi yalnız xoş şeylər və hadisələr əhatə etməsini istəyirsiniz, ancaq başa düşürsünüz ki, bütün bunlara nail olmaq üçün çox çalışmalı və hədəflərinizə addım-addım irəliləməlisiniz.

Siz zirvəyə qalxmaqdan qorxmursunuz. Ancaq sizə verə biləcəyimiz əsas məsləhətimiz: "Zirvəyə qalxma prosesindən zövq almağı unutmayın."

 

Qapı №3

Çox diqqətli olmalısınız. Risk etməyə və tələsik qərarlar qəbul etməyə qarşı həddən artıq meyliniz var. Həyatınızın sizə göstərdiyi xəbərdarlıq nişanlarını oxumağı və başqa bir “macəraya” girmədən əvvəl düşünməyi öyrənin.

Fotodakı yanğın hidrantı - təhlükənin simvoludur. Üstəlik bu qapının arxasında gizlənənlər sizi narahat etmir. Bu sizi xəbərdar etməlidir.

Son zamanlarda çox risk etdiyinizlə razılaşsanız, deməli daha ehtiyatla irəliləməyin vaxtı gəlmiş ola bilər.

Qapının üstündə 26 nömrəsi vardır. Bu bir sakral/müqəddəs bir nömrədir. Əgər şəkildə onu gördünüzsə, ümid edirsiniz ki, Tanrı başınızın üzərindədir və nə isə baş versə, sizi qoruyacaqdır. Amma necə deyərlər "Allaha güvən, amma özünü itirmə."

 

Qapı №4

Bu qapını seçmisinizsə, deməli döyüşə getməyə hazırsınız. Bu, qanuni mübahisə, hakimiyyət uğrunda mübarizə və ya nəyin bahasına olursa olsun karyera pilləkəninə qalxmaq istəyi ola bilər. Hazırda irəliləməyə qərarlısınız.

Şəkildəki qala divarlarının qırmızı rəngi - enerjini, qüvvəti və aqressiyanı simvollaşdırır. Qapının dəmir və iti kənarları da sizi qorxutmur. Sizə məxsus olanı əldə etməyə hazırsınız.

Bəlkə də özünü uzun müddət “təcrid olunmuş” kimi hiss edirsiniz və indi həyatdan qisas almaq istəyirsiniz.

 

Qapı №5

Bu qapını seçmisinizsə, narahat olmayın. Sizə lazım olan yalnız sakitləşməkdir. Həyatınız sadə, rahat və təhlükəsiz bir şey axtarır. Ancaq yəqin ki, bu həmişə belə deyildi. Narahatlığınızın səbəbi, təhlükəsizlik axtarışınız peşəkar və ya şəxsi həyatınızda çətin bir dövr ola bilər. Bu anda şübhəsiz ki, sizi qeyd-şərtsiz sevən sadiq insanlarla əhatələnməyə çalışırsınız.

Həqiqətən indi çətin günlər keçirirsiniz, əvvəllər həmişə tapdığınız şeylərdən məmnun olmağa davam edin. Fasilə verin. Həyatınızın gəmisini silkələyən insanlarla danışmaqdan çəkinin.

 

Qapı №6

Son vaxtlar sizi narahat edən məqam nə olduğunu deyə bilmərik, ancaq nəsə sizi ciddi narahat edir. Yaxşı xəbər budur ki, bu vəziyyətdən çıxmaq üçün kifayət qədər nikbinliyiniz var. Qaranlıq vaxtların arxada qalacağına əminsiniz, çünki davam etmək üçün cəsarətiniz var. Hələ "işığa" çatmamısınız, amma o, görmə sahəsinizdədir.

Parlaq gələcək sizin üçün çox uzaq görünsə belə, imtina etməyəcəksiniz.

Geridə qalanlar haqqında yaxşıca düşünün. Gec-tez finala çatacaqsınız və axtardığınız azadlığı tapacaqsınız.

 

Qapı №7

Həyatınızda başlaya biləcək bəzi xaoslara hazır olun. Ancaq dünyada idarə edə bilməcəyiniz heç nə yoxdur. Üstəlik, özünüz belə bir insansınız: növbəti addımınızın nə olacağını bilməməyi xoşlayırsınız. Qapılarınızı hər zaman yeni imkanlara açmaq istəyirsiniz. Və bu əladır!

Həyatınızda daim və hər dəfə yeni fürsətlər yaranacaqdır. Yaxın gələcəkdə sizi bir sürprizin gözlədiyinə hazır olun (yaxşılarından ya yox - deyə bilmərik). Nə də olsa belə, hər bir ssenaridə, yanınızda çıxış yolunu sizə göstərəcək açıq qapılar olacaq.

 

Qapı №8

Xarakterinizin əsas xüsusiyyəti – hər şeylə maraqlanmaqdır. Daim yeni bir şey yaşamağa və ya öyrənməyə çalışırsınız. Hər zaman gözlənilməz risklər etməyə hazırsınız. Düzdür, bəzən bəzi qərarlarınızın nəticələri barədə daha çox düşünmək sizə zərər verməz.

Ancaq sonda rəngarəng və duyğularla dolu bir həyat sürməyinizə imkan yaradan məhz maraq hissinizdir. Mütəmadi olaraq bu cür düşüncələriniz var: “Nə etdiyimi bilmirəm. Düzgün iş etdiyimi bilmirəm. Ancaq bunu edəcəyəm, çünki həyat sınamamaq üçün çox qısadır. "

cagir.az -PSİXOLOJİ TEST: Qapını seç, özünü tanı  


Yazılmış təsviri oxuyarkən nələr hiss etdiniz?

Özünüzü daha yaxından tanımaq, potensiallarınızı üzə çıxarmaq arzusundasınızsa, www.cagir.az -a daxil olub, Çay Yoldaşı formatındakı Psixoloq xidmətimiz gözləntilərinizi qarşılayacaqdır. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız.

Psixoloq xidmətinin Şəxsi İnkişafınıza dair təcrübəli psixoloq və yaxud uğurlu bir şəxs ilə komfortlu abu-havada, qeyri-ənənəvi psixoloji konsultasiyasından yararlana bilərsiniz.


Təşəkkürünüzü, bu maraqlı testi dostlarınızla paylaşaraq, bildirə bilərsiniz.

Paylaş:

fb_iconlinkedin_icon