Psixologiyaya mənfi təsir edən düşüncələr nələrdir?

2020-10-31

Baxış: 9574

Psixologiyaya mənfi təsir edən düşüncələr nələrdir?

Düşündüyümüz və hətta vərdiş etdiyimiz bəzi düşüncələr bizi bəzən “zəhərləyir”.

Hamımız müsbət düşüncənin gücünü bilirik. “Yaxşı düşün, yaxşı olsun” deyirik, ancaq zehinlərimizdəki ara sıra kiçik mənfi düşüncələrin psixologiyamızı necə korladığını və gündəlik həyatımıza və münasibətlərimizə mənfi təsir etdiyinin fərqinə varmaya bilərik. Üstəlik mənfi düşüncələr həyatımızı qısalda bilər!

 

Daha xoşbəxt, daha sağlam və daha uzun bir ömür yaşamaq üçün qurtulmalı olduğumuz bəzi vərdişlərimiz var. Mütəxəssislərin xəbərdarlıqlarını araşdırdıq - bizi xəstələndirən zəhərli düşüncələri və onlardan qurtulma yollarını sıraladıq.

 

1. “Sonra edərəm”

Əgər vaxtımız varsa, müəyyən şeyləri təxirə salmaq bizə müvəqqəti rahatlıq və sevinc bəxş edə bilər. Fəqət yığılan işlər, uzun müddət üst-üstə yığılaraq daha çox stresə səbəb olur. Təxirə salma vərdişi ən çox stresi yaradacaq vərdişlər arasında görülür. Bu vərdişdən qurtarmaq asan olmaya bilər, xüsusən ilk addımı davamlı təxirə salmalı olsanız! Lakin, özünüzə nail ola biləcəyiniz, kiçik hədəflər qoyaraq başlaya bilərsiniz və motivasiyanızı artırmaq üçün planlar qura bilərsiniz. 10 işiniz varsa, bunlardan ən vacib 5-i seçin və özünüz üçün bir vaxt təyin edin. Kiçikdən başlamaq hər zaman özünüzə qarşı xeyirxah olmağınıza kömək edəcəkdir. "Təxirə salmağı dayandırmalıyam" deyə özünüzü günahlandırmaq əvəzinə, "Yavaş-yavaş təxirə salmağdan yayınıram" deyərək özünüzü təşviq edin.

 

2. “Mən yetərsizəm”

Bir şeylərin istədiyiniz kimi yolunda getməməsi həmişə qeyri-kafi olduğunuz anlamına gəlmir. Bacarıq və nailiyyətlərinizi heç vaxt görməzdən gəlməyin və hər zaman əlinizdən gələni etdiyinizə əmin olun. Bəzən bacardığınız uğur qazanmaq üçün yetərli deyil. Yenə də çatışmazlıqlarınıza diqqət yetirmək zəhərli düşüncələr gətirər və motivasiyanızı məhv edər. Tez-tez yaxşı və uğurlu bacarıqlarınızı özünüzə sadalayın və özünüzə qarşı həmişə mehriban olun. Bir dostunuza 'sən yetərsiz' deməzdiniz, elə deyilmi? Bunun əvəzinə onu həvəsləndirməyə və motivasiya verməyə üstünlük verərsiniz. Eyni şeyi özünüz üçün edin.

 

3. “Özünü düşünmək eqoistlikdir”

Eqoistlik haqqında bildiklərimizin əksəriyyəti səhvdir! Ətrafınızdakı insanlar, ailəniz və işiniz üçün faydalı olmaq, özünüzü tarazlaşdırmağınızı tələb edir. Bunun üçün əvvəlcə özünüzü düşünməlisiniz və özünüzə qayğı göstərməlisiniz. Nə qədər yaxşı olsanız, ətrafınıza bir o qədər çox faydanız dəyəcək.

 

4. “Bu baş verərsə xoşbəxt olacağam”

İndi xoşbəxt ola bilməzsən mi? 10 kilo arıqladıqda, bir sevgiliniz olduğu zaman, xəyalındakı işində işə çalışmağa başladığınızda...Xoşbəxt olmağınız üçün bir şeyin olmasını gözləmək bir müddət sonra indiki vəziyyətinizdən heç vaxt razı qalmamağınıza səbəb olur. İndi sahib olduğunuz imkanlarla necə xoşbəxt ola bilərsiniz? Bunu kəşf etsəniz ideallarınızı həyata keçirmək üçün daha sağlam bir motivasiyaya sahib olacaqsınız. 10 kilo arıqlamaq üçün kiçik addımlar atmaq, ürəyinizi sevgiyə açmaq və özünüzü xəyalınızdakı işə hazırlamaq da sizi xoşbəxt edə bilər. Bunların heç biri baş verməsə belə, geriyə dönüb baxan zaman  bugünki halınızda şükür ediləcək bir çox şeyin olduğunu görə bilərsiniz. İndiki zamanda xoşbəxt olmağınız ideallarınıza aparan yolda işinizi asanlaşdıracaqdır.

 

5. “Hər zaman mənim başıma gəlir”

Seçici qavrayış” deyilən bir şey eşitmisinizmi? Bir neçə dəfə ətrafda çoxlu qırmızı avtomobil olduğunu söyləsəniz, o gün həqiqətən çox qırmızı maşın gördüyünüzün fərqinə varırsınız. Pis bir şey olduqda bunun nə qədər tez-tez baş verdiyinə diqqət yetirmək əvəzinə, mövcud duyğularınıza və mümkün həll yollarına diqqət yetirə bilərsiniz. Bəzi şeylərin hər zaman sizin başınıza gəldiyini düşünmək pis bir vərdişdir və bu vərdişin sizə nələr etdiyini o vərdişdən xilas olmadan heç vaxt bilməyəcəksiniz!

cagir.az -Psixologiyaya mənfi təsir edən düşüncələr nələrdir?


Gündəlik həyatımızda vaxt aşırı psixoloji gərginliklər yaşayırıq. Statistikaya əsasən, belə hallarda şəxsi problemlərimizi, psixoloji gərginliyimizi tanımadığımız adamla bölüşmək daha rahat və effektli olur. Bunun üçün Çay Yoldaşı formatındakı Psixoloq xidmətimiz gözləntilərinizi qarşılayacaqdır. Bu format psixoloqun otağında olan durum ilə eyni deyil - hüzurlu bir kafedə bir stəkan çay arxasında ürək açan söhbətə dalacaqsınız. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Paylaş:

fb_iconlinkedin_icon