Beauty

2021-09-30

Sifariş sayı: 8708

Beauty

F.Dostoyevskinin bir məşhur sözü var: “Dünyanı gözəllik xilas edəcək”.

Bəli, əziz xanımlar bu həqiqətən də belədir. Gözəllik, zəriflik və mükəmməl görünüş ən çox qadınlara yaraşır. Gözəllik sadəcə geyimdən asılı olmadığı kimi boy və çəkidən də asılı deyil. İstənilən qadın gözəllik salonunda vaxt keçirdikdən sonra öz mükəmməliyini tamamlayır. Məlumdur ki, hər bir xanım öz zövqünə və büdcəsinə uyğun gözəllik salonu tapdıqda mütəmadi olaraq gözəlliyinin qeydinə qalır. Sizin üçün ən uyğun gözəllik salonu axtarmaq və yolda itirilən zamanlar önəmli olduğunu bilirik. Bir çox xanım da var ki, buna ümumiyyətlə vaxt çatdıra bilmirlər. Biz cagir.az komandası olaraq bu kimi halları nəzərə alaraq evinizə gözəllik salonunu gətirmək qərarına gəldik. Yetər ki, siz hər zaman özünüzə dəyər verin! 

Gözəllik salonu üçün nəzərdə tutulan istənilən xidməti həyata keçiririk. Bunun üçün cagir.az saytına daxil olaraq gözəllik salonu xidməti bölməsindən sizə maraqlı olan bütün sualların cavablarını tapa bilərsiniz.Eyni zamanda istənilən vaxt bizim əlaqə nömrəmizə zəng edərək gözəllik xidməti ilə bağlı bütün sualları bizə ünvanlaya bilərsiniz. Gözəllik salonu üçün artıq aylardır axtarışda olanlar, sizin üçün xidmətimizə daxil olan bütün prosedurları geniş şəkildə izah edirik. Gözəllik salonu xidməti üçün nəzərdə tutulan əsas alt xidmətlər: 

    Saça qulluq
  • Makyaj
  • Manikür
  • Pedikür
  • Tüklərin alınması
  • Lipuçka xidməti


Saça qulluq

Evdə edilən saça qulluq prosesində saç maskaları həm çox vaxt aparır həm də bəzən saç dərinizə, saçlarınıza ziyan vurur.İstər şampun seçimi istərsə də yuyulma qaydası saça qulluq prosedurunu tamamlamır. Cagir.az-ın saça qulluq ustaları sizə öz evinizdə xidmət göstərəcək və saç qulluğunu peşəkar şəkildə həyata keçirəcək. Saça qulluq xidmətimizə daxildir:

    Saç kəsimləri
  • Saç rəngləri
  • Ziyafət saç düzümləri
  • Nişan saç modelləri
  • Toy üçün saç düzümləri
  • Nikah saç düzümləri
  • Xına saç düzümləri
  • Ombre balyaj
  • Keratinlə saç düzləşdirmə
  • Saç botoksu

Bütün bu prosedurları evinizi tərk etmədən əldə etdiyinizi təsəvvür edirsiniz? Bizim gözəllik salonu xidmətimiz sayəsində gündəlik baxım, saça qulluq və ya bütün özəl gün hazırlıqlarınız daha rahat və vaxt itirmədən olacaq. 

Beauty 11


Makyaj

Ən gözəl ziyafət geyimləri makyaj ilə tamamlanır. Makiyaj böyük ustalıq tələb edən, həm də çox vaxt aparan prosesdir. Bəzən edilmiş yalnış makiyaj sizi bir neçə yaş böyük göstərə bilər. Bu da bütün günün sizin üçün arzulamadığınız kimi keçməyinə səbəb olur. Ziyafət makiyajı üçün saatlarla güzgünün qarşısında əyləşmək sonda da sevmədiyiniz makiyaj görüntüsü ortaya çıxmasına son qoymaq öz əlinizdədir.Cagir.az olaraq makyaj xidməti üçün nəzərdə tutduğumuz alt xidmətlər aşağıdakılardır:

    Ziyafət makyajı
  • Toy makyajı
  • Nişan makyajı 
  • Xına makyajı
  • Sadə makyaj

Beauty 11


Manikür

Bir qadının əlləri onun vizik kartıdır! Əllərin baxımını mütəmadi olaraq həyata keçirmək vacib məsələlərdən biridir. Bütün zamanınız ev, iş və sevdiklərinizə sərf etdikdə fərqinə varırsınız ki, gözəllik salonuna gedərək münkür etdirmək üçün zamanınız yoxdur. Manikür üçün yaşadığınız ünvana uyğun usta tapmaq heç 1 saatınızı da almayacaq.Bunun üçün Cagir.az saytına daxil olaraq gözəllik salonu xidmətinə keçərək manikür alt xidmətini sifariş vermək kifayətdir. Manikür üçün təyin olunmuş bir neçə alt xidməti nəzərinizə çatdırırıq:

    Klassik manikür
  • Biogel
  • Dırnaq qaynağı
  • Şellak
  • Klassik manikür və şellak
  • Aparat üsullu manikür
  • Aparat üsullu manikür və şellak

Bu xidmətlər arasında manikür xidməti əsasən dırnaq qaynağı, şellak, biogel, öz dırnağa gel kimi bir neçə proseurla əlavə istək olaraq edilir. Manikür prosesi özü də həm klassik manikür həm də aparat üsullu manikür olaraq iki formada həyata keçirilə bilər.

Beauty 11


Pedikür

Pedikür - ayaq və ayaq dırnaqlar görünüşü yaxşılaşdırması üçün bir yoldur. “Evdə pedikwr necə edilir” tipli axtarış etdiyinizi təxmin edirik. Lakin çox zaman heç bir nəticə əldə olunmur və ya tamamilə yalnış üsullara əl atılır.Pedikür prosesi həm çox vaxt aparan həm də gigiyenik cəhətdən həssas yanaşma gərəkdirən nüanslardan biridir.Pedikür üçün təyin olunmuş ustalarımız qızıl əlləri ilə öz evinizdə sizə ayaqlarınızda görmək iistədiyiniz pedikür görüntüsünü yaradacaqlar. Pedikür üçün nəzərdə tutulan alt xidmətlər bbunlardır:

    Klassik pedikür 
  • Klassik pedikür və şellak
  • Aparat üsullu pedikür
  • Aparat üsullu pedikür və şellak


Tüklərin alınması

Baxımlı olmaq təkcə makyaj, manikür, pedikür və s ilə bitmir. Günümüzdə baxımlı olmağın təmiz və hamar dəriyə sahib olmaq üçün müəyyən müddətdə bir tüklərin alınması prosedurunu etməlisiz. Ancaq həm yaşadığınız ünvana yaxın gözəllik salonu gigiyenik baxımdan əmin ola biləcəyiniz yeri tapmaq mümkünsüz olur. Tüklərin alınması xidmətini sifariş etdikdən təyin etdiyiniz vaxtda ustalarımız ünvanınızda olacaq. Ustalarımız tərəfindən bütün gigiyenik qaydalara riayət olunaraq tüklərin alınması, üz-qaşın alınması kimi bir neçə xidmətlər həyata keçirilir.

Beauty 11


Lipuçka xidməti

Əvvəlcə bunu qeyd edək ki, lipuçka xidməti üçün doğru məkandasız.Lipuçka xidməti üçün fəaliyyət göstərən ustalarımız istədiyiniz vaxtda ünvanınızda olacaq və sizi hamar dəriyə qovuşduracaq. Əminliklə deyə bilərik ki, lipuçka xidməti sifarişi vermək üçün heç 1 saat vaxtınız getməyəcək. Evdən çıxmadan lipuçka xidməti göstərən və bu xidmətdə müştəri məmnuniyyəti qoruyan yeganə şirkətik! 

Əlavə istək üzərinə mikrobleydinq və laminasiya xidmətimiz də mövcuddur. Bu barədə bütün sualları əlaqə saxlayaraq əməkdaşlarımıza ünvanlaya bilərsiniz.


Yuxarıda qeyd olunan bütün xidmətlər və daha ətraflı məlumat cagir.az saytımızda qeyd olunmuşdur. Sayta keçid edərək gözəllik salonu xidmətində sizi maraqlandıran bütün məlumatları əldə edə bilərsiniz.

Cagir.az – Peşəkar xidmət, sərfəli qiymət!


Beauty 11


Korporativ müştərilər