Uşaqlar üçün mükəmməl doğum günü ideyaları

2020-10-31

Baxış: 12042

Uşaqlar üçün mükəmməl doğum günü ideyaları

Uşaqlarımız neçə yaşda olursa olsun, dünyaya gəldikləri gün bizim üçün xüsusi bir gündür və onların xüsusi bir gün keçirməsini istəyirik. Buna görə gəlin uşaqlarımızın doğum gününün nə olduğunu anlaya bildikləri 3 yaşlarında, enerjilərini istədikləri kimi xərcləyəcəkləri 4 yaşlarında və ünsiyyət qurmağa başladıqları 5 yaşlarında onlara necə əyləncəvi ad günlərini planlaşdıra biləcəyimizə nəzər salaq.


3 YAŞ

3 yaşına girənə qədər ad günləri onlar üçün çox xüsusilik daşımır. Ancaq indi əvvəlki iki ilə nisbətən daha şüurludurlar. Onlar üçün xüsusi bir günün yaradıldığını başa düşəcək və bunun xoşbəxtliyini yaşayacaq yaşlardadırlar. Üçüncü doğum gününü xüsusi edəcək fəaliyyətləri və bəzi vacib tövsiyələri sadalaya bilərik:

  • Bir neçə valideyndən kömək alın, bütün uşaqlarla təkbaşına məşğul ola bilməyəcəksiniz.
  • Bu yaşda qrup oyunlarından başqa, qrup şəklində oxumaq onlar üçün daha əyləncəli ola bilər.
  • Musiqi sədaları altında birlikdə rəqs edin. Hətta bu fəaliyyəti bir oyuna çevirin. Musiqi çalınarkən hamı rəqs edir, musiqini hər dəfə aşağı salan zaman hamının donmasına icazə verin - uşaqlar bir müddət bu oyunla çox əylənəcəklər.
  • Uşaqların plastilin, pazl, tapmacalar və ya stolüstü oyunlar oynaya biləcəyi kiçik bir sahə yaradın.
  • Dekorativ, heyvan şəklində və ya rəngli peçenyelər və ya kekslər hazırlayın.
  • Meyvələrdən fərqli heyvan fiqurları düzəldin.
  • Uşağınızın tortunu ən sevimli cizgi filmi personajı formasında edin.
  • Doğum gününü 90 dəqiqədən çox keçirməməyə diqqət yetirin.


Şou-proqram üçün animatorları da çağıra bilərsiniz. Cagir.az-ın Əyləncə xidmətində düz 15 animator-personajları vardır. Sifariş üçün bu linkə keçid ala bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


4 YAŞ

4 yaş, uşaqların enerji ilə dolduğu və onları ecazkar edən xəyallara sahib olduqları və əyləncə üçün uyğun iştirakçı olduqları bir yaşdır. Bir doğum günü konseptini təyin edərək 4 yaşlı uşaqlar üçün nə edə biləcəyinizi sadalayaq:

  • Qısa oyunlara yer verin. Çünki 4 yaş enerjisi, uzun müddətli oyunlarda növbələrini gözləmək üçün səbr göstərmələrini əngəlləyə bilər. Misal üçün: həkim təchizatı və ya oyun xəmiri ilə, bacarıq oyunu kimi masa oyunlarında.
  • İstifadə etdiyiniz musiqini mümkün qədər əyləncəli və ya gülməli edin. Xüsusilə sözləri sizə görə mənalı səslənməsə belə, hərəkətli musiqilər bu yaşda onları ən çox əyləndirən mahnılardır.
  • Enerji sərf edə biləcəkləri rəqs etmək kimi fiziki fəaliyyətləri müəyyənləşdirin.
  • Şarları unutmayın! Rəngli və fərqli formalı şarlar uşaqlar üçün çox əyləncəli olacaqdır.
  • Hər uşaq pizzanı sevir. İstədiyiniz məmulatlardan insan sayına görə pizza hazırlayın.
  • Yenə də meyvələrdən əyləncəli formalar yarada bilərsiniz.
  • Ad günündəki tortda əyləncəli bir fotoşəkil yapışdıra bilərsiniz. Və ya sevdiyi bir cizgi filmi personajından başlayın.
  • Ziyafətin 2 saatdan çox olmamasına çalışın. Daha uzun sürən bir ziyafət uşaqları bezdirə bilər və onları həmişəkindən çox yorar.


Şou-proqram üçün animatorları da çağıra bilərsiniz. Cagir.az-ın Əyləncə xidmətində düz 15 animator-personajları vardır. Sifariş üçün bu linkə keçid ala bilərsiniz. Ondan savayı, DJ, fotoqraf xidmətləri də mövcuddur. Həm ayrılıqda, həm də bir paket şəklində animator, DJ, fotoqraf xidmətindən yararlana bilərsiniz. Sifariş sizdən, təşkilatçılıq bizdən. Əlaqə nömrəsi: +994703482606.


5 YAŞ

5 yaş, ad gününün əhəmiyyətinin artıq dərk edildiyi bir yaşdır. Ona görə də öz ad günü ziyafətini planlaşdırmağınıza kömək etməsinə icazə verin. Onu partinin planlama prosesinə cəlb edib, istəklərini soruşun. Aşağıda isə bir neçə tövsiyələrimiz:

  • Əvvəlcə övladınızla birlikdə ad günü ziyafəti üçün qonaqlar siyahısını yaradın.
  • Barmaq boyama bu yaşlar üçün əyləncəli və yaradıcı bir fəaliyyət ola bilər - cəhd edin.
  • Qaşıqla yumurta daşımaq kimi yarışa biləcəkləri oyunları planlaya bilərsiniz. Əlbətdə ki, yumurtaların qaynadıldığından əmin olun.
  • Kreslo tutma və künc qapma kimi oyunlar planlaşdırın və kənardan onlara nəzarət etməyi unutmayın.

cagir.az -Uşaqlar üçün mükəmməl doğum günü ideyaları

 

Konseptual ad günü təşkil edə bilərsiniz

  • Uşağınızın zövqünə uyğun bir ziyafət konsepsiyasını seçin və detallarla bu mövzudan ətraflı istifadə edin. Məsələn, sevimli bir cizgi filmi personajından başlayırsınızsa, həmin personajın etiketlərini stəkanlara yapışdıra, bütün uşaqlar üçün maskasını ​​ala bilərsiniz.
  • Uşağınızın tortunu onunla əvvəlcədən seçin.
  • Bir kostyum ziyafəti təşkil edib və uşağınız və dostları üçün geyimlər kirayələyə bilərsiniz.
  • Yığıncaq vaxtını 2-3 saat olaraq təyin edin ki, darıxmasınlar. Şənlik bitəndən sonra uşağınızdan fikirlərini öyrənin, yaşadığı sevincli anlar haqqında danışın.


Talpa Oyunları

  • Ad günü şənliyinizə kreativ, super əyləncəli proqram axtarışısındasınızsa əgər, o zaman Talpa Oyunlarının Gəzən Talpa xidməti sizin üçündür - 100-dən çox qeyri-ənənəvi parti oyunları! Uşaqların yaşına uyğun fiziki oyunlar istədiyiniz məkana daşınır. Aparıcı da xidmətə daxildir. Uşaqların əylənməsi 100% qarantilidir! Oyunlar haqqında ətraflı məlumatı @talpa.oyunlari Instagram səhifəsindən əldə edə bilərsiniz. Sifariş üçün bu linkə keçid ala bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Share:

fb_iconlinkedin_icon