2020-10-31
Baxış: 12977
Nişan üzüyünüz münasibətinizin əksidir
Sevgilinizin sizə evlənmə təklif etmək üçün aldığı üzük əslində münasibətinizin kiçik bir əksidir.
Yuvarlaq kəsim
Hər zaman dəbdə olan bu üzük stilini sevən cütlüklər həmişə bir-birlərinə sadiqdirlər. Ənənəvi üslubdan xoşlanan birisinizsə əgər, bu üzük əsl sizin üçündür.
Zümrüd kəsim
Klassik kəsmə üslublarından biri olan zümrüd kəsmə əksər cütlüklər tərəfindən bəyənilir. Daşın parlaqlığı və aydınlığı düzbucaqlı formalı halqada dərhal diqqəti cəlb edir. Zərif görünüşü ilə ürəkləri fəth edən bu üzüyü seçən cütlüklərin bir-birlərinə görə hər şeydən keçə biləcəklərini söyləyə bilərik.
Şahzadə kəsim
Daşı iti uclara sahib olan bu üzük həndəsi bir görkəmə malikdir. Bu üzüyü sizə layiq bilən partnyorunuzun çox düşüncəli bir insan olduğunu və sizi xoşbəxt etmək üçün əlindən gələni etdiyini söyləyə bilərik. Müasir bir dizaynı olan şahzadə kəsimli üzük, moda həvəskarları üçün əla seçim ola bilər.
Armud kəsim
Bu üzükdə damla formasındadır. Bu kəsim barmağı ümumiyyətlə olduğundan böyük göstərir və bu səbəbdən də daha az seçilir. Bu üzüyü seçən insanların həyatda yüksək standartlara sahib olduğunu söyləyə bilərik.
Oval kəsim
1950-ci illərdə digər daş kəsmə formalarının qarışığı olaraq istehsal olunan bu kəsmə tərzi, o illərdən bəri ən çox seçilən modellərdən biri olmuşdur. Bu üzük üslubunu sevən cütlüklər klassik, lakin müasir görkəmdən vaz keçə bilməyənlərdir.
Markiz kəsim
Oval formada görünən daş, ona orijinal bir görünüş verən iki sivri uca malikdir. Bu üzüyü seçən cütlüklərin zərif və orijinal üsluba sahib olduqlarını söyləmək olar.
Ürək kəsim
Geniş seçim edilməməsinə baxmayaraq, bu kəsmə növü sevimli və romantik bir görünüşə sahibdir. Bu üzüyə üstünlük verən cütlüklərin sevgilərini göstərməkdən çəkinmədikləri şübhəsizdir. Əminik ki, hər iki tərəfin də çox emosional olduğunu göstərən bu üzük növü gəlinin rəfiqələri arasında da diqqəti cəlb edəcəkdir!
Yastıq kəsim
Bir az yuvarlaq kənarları olan geniş bir səthə malik daş üzüyü çox zərif və qabarıqlıqdan kənar göstərir. Bu kəsmə tərzi illərdir ən çox seçilən növlərdən biridir. Bu üzüyə üstünlük verən cütlüklər kənardan yumşaq görünsələr də, kütlənin içərisində ən çox diqqət çəkən insanlar olduqlarını söyləmək olar.
“Solitaire” kəsim
Solitaire (fransız dilindən tərcümədə “tək”, “yalnız” deməkdir). Bu ad ümumiyyətlə tək daşla olab hər üzük üçün istifadə olunur. Bu üzüklərə üstünlük verənlər ümumiyyətlə həyatı sadə yaşamağı sevirlər. Onları xoşbəxt etmək üçün kiçik şeylər kifayətdir.
Related Posts
Əylənmək üçün ən yaxşı seçim
Entertainment
2022-11-17
Yaradıcı evlilik təklifləri
Entertainment
2022-02-26
Playstation oynamağın faydaları
Entertainment
2022-02-22
DJ kimə deyilir?
Entertainment
2021-11-09
9-18 Aylıq Körpələr üçün Oyun Təklifləri
Entertainment
2021-07-16
Toy tədbiri üçün plan
Entertainment
2021-06-09
Fotoqrafiya ilə bağlı peşəkar tövsiyələr
Entertainment
2021-03-08
Uşaqlar üçün mükəmməl doğum günü ideyaları
Entertainment
2020-10-31
Xına tədbiri necə təşkil olunur?
Entertainment
2020-10-31
Ev şəraitində şəkil çəkmək üçün 7 üsul
Entertainment
2020-10-31