2021-06-24
Baxış: 13767
Qırmızı rəng saçlara necə qulluq etmək olar?
Qırmızı rəng saçlarınıza qulluq məsləhətlərinə ehtiyacınız var? O zaman bu yazıdakı tövsiyələrə nəzər yetirə bilərsiniz.
Qırmızı rəng saç canlı, göz oxşayan və olduqca çox ecazkar görünən saç modellərindən biridir. Bir çox qadın tərəfindən həvəslə, sevərək istifadə olunan qırmızı rəngin qorunması isə çox çətindir. Çox asanlıqla rəngi axan qırmızı saçlara diqqətlə qulluq edilməlidir. Baxım prosedurları laqeydliklə edildikdə, hər saç rəngində olduğu kimi qırmızı saç rəngində də xoşagəlməz görüntülər meydana çıxa bilər. Bəs qırmızı saç rəngi necə axır və qırmızı rəng saçlara hansı baxımlar edilə bilər? Axtardığınız cavabları və sizin üçün çox faydalı olacaq kiçik tövsiyələri nəzərdən keçirə və əla görünüşlü qırmızı saçlara sahib ola bilərsiniz.
Qırmızı rəng saç üçün qulluq məsləhətləri:
1) Saçınızın dib boyası gələn zaman mütləq eyni tonda rəngləyin.
2) Qırmızı rənglər ən sürətli axan saç rəngləri arasındadır. Yuma zamanı isti su istifadə etməməyə və boyadan qoruyan şampun növlərindən istifadə etməyə diqqət yetirin.
3) Saçınızı yuyan zaman suyun həmişə ilıq olmasına diqqət edin.
4) Günəş şüalarının və dəniz suyunun təsirindən qoruyun. Lazım gələrsə, saçlarınızı yaxalamağı və onlara qulluq etməyi unutmayın.
5) Ehtiyacınız olduqda həftədə iki dəfə qoruyucu boya maskalarından istifadə edərək saçlarınızı canlı və parlaq göstərin.
Qırmızı rəng saçları boyama yolları:
Qırmızı rəng saçlarınızı boyayan zaman nə edəcəyiniz olduqca sadədir:
1) Hər şeydən əvvəl, yeni uzanan təbii rəng tonu olduğundan əlavə saç rənginin açılmasına ehtiyac olmadan saç boyaması edə bilərsiniz.
2) Çox canlı və daha açıq bir qırmızı, narıncı, mis və çəhrayı rənglərdən istifadə etmirsinizsə, qırmızı saç boyanızı birbaşa saçınıza tətbiq edə bilərsiniz. Tətbiq edəcəyiniz ton çox yüngül tondursa, işıqlandırma prosesi edə bilərsiniz.
3) Tamamilə qırmızı tonları almaq üçün əvvəlcə saçlarınıza açılma prosesini etməlisiniz. Saçlarınız açıq göy rəngdə və sarı rəngdədirsə, qırmızı boyanı bu prosesə ehtiyac olmadan birbaşa tətbiq edə bilərsiniz.
4) Qırmızı saçlarınızı rənglədikdən sonra tövsiyə olunan vaxt bitənə qədər gözləyin.
Qırmızı rəng saçlar üçün şampunlar
Qırmızı çalarlar çox həssas çalarlardır və qorunmağa ehtiyac duyurlar. Əgər uyğun şampun və qulluq məhsulları istifadə etmirsinizsə rəng dəyişməsi, solğunlaşma, rəng itkisi kimi problemlərlə qarşılaşa bilərsiniz. Xüsusi hazırlanmış şampunlar qırmızı saçların işıqlı, canlı və sağlam görünməsinə kömək edir.
Əgər siz də evdən çıxmadan gözəllik prosedurlarınızı etmək istəyirsinizsə, cagir.az sizin üçün düşünülmüşdür. Sizdən bir neçə kliklə sifariş, bizdən isə peşəkar xidmət! Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Related Posts
Günəş ləkələrinə qarşı vasitələr
Beauty
2023-03-29
Saç uzadan üsullar
Beauty
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Beauty
2023-02-01
Ağardıcı krem və maskalar
Beauty
2023-01-05
Minoxidil nədir?
Beauty
2022-11-06
Dırnaq rəngləri
Beauty
2022-07-30
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Beauty
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Beauty
2021-10-26
Hamar dəri üçün 10 təbii üz maskaları
Beauty
2021-07-08