Qələm ləkəsini necə təmizləmək olar?

2020-10-31

Baxış: 58002

Qələm ləkəsini necə təmizləmək olar?

Gündəlik həyatımızda ən azı bir dəfə baş verən hadisələrdən biri də inadkar ləkələrdən biri qələm ləkəsidir. Rahat istifadəsi ilə bərabər özü ilə ləkə problemini də gətirir. Oturacaqdakı qələm ləkəsini çıxarmaq üçün evdə praktik metodlar tətbiq edə bilərsiniz. Qələm ləkəsi nəm olan zaman müdaxilə edilməsi ləkənin aradan qaldırılmasına müsbət təsir göstərir.

cagir.az -Qələm ləkəsini necə təmizləmək olar?


Qələmlərinin istifadəsi evdə, işdə və ya məktəbdə gündəlik işlərimizdə çox yüksəkdir. Müəllimlər sinifdə qiymət yazarkən, tələbələr qeydlər edərkən və imzalar atılan zaman qələm istifadə olunur. Qələm ləkəsi istənilən vaxt geyimdə, xalçada və ya digər səthlərdə rast gəlinə bilər. Evdə praktik üsullarla bir qələm ləkəsinin həllini tapa bilərsiniz.

  • Qələm ləkəsi düşən zaman tez müdaxilə etmək lazımdır. Ləkə hələ yaş olduqda müdaxilə ləkənin aradan qaldırılmasına müsbət təsir göstərir.
  • Əgər qələm ləkəsinin mayesi çoxdursa, təmiz bir quru parça və ya kağız salfeti ləkənin üzərinə qoyun.
  • Sonra isə yuyucu vasitə və su ilə hazirladığınız qarışığı ağ kağız salfetə və ya dəsmala hopdurun. Ardından isə ləkəyə sürtmədən yavaş-yavaş ləkənin üstünə tampon kimi qoyun.
  • Qələm ləkəsi düşmüş paltarları isə yumağa atın.
  • Xalçanı isə mümkün qədər az su ilə yuyun. Xalça üçün ərəb sabunu istifadə edə bilərsiniz.

 

Dəri material üzərində qələm ləkəsi necə təmizlənər?

Dəriyə zərər vermədən qələm ləkəsini təmizləmək mümkündür. Dəri ləkəni udmadan öncə olunan müdaxilə çox vacibdir. Bu səbəblə ləkə meydana gələn kimi ərəb sabunu ilə ləkənin təmizlənməsi ən təsirli üsullardan biridir. Başqa bir üsul ləkəyə duz tökmək və üzərinə quru bir parça ilə təzyiq etməkdir.

cagir.az -Qələm ləkəsini necə təmizləmək olar?


Məxmər oturacaqdan qələm ləkəsi necə təmizlənər?

Gün ərzində istifadə etdiyimiz qələmlərinin mürəkkəbləri, qələmlərin qırılması və ya digər səbəblərdən paltarları və ya oturacaqlar kimi digər əşyaları da bulandıra bilər. Məxmər oturacağa tökülmüş qələm mürəkkəbini təmizləmək üçün paltar yuyucu vasitəni su ilə qarışdırıb ləkəni təmiz bir parça ilə silə bilərsiniz. Ləkəni xalçadakı kimi xaricdən içəri silmək ən doğru addımdır. Yuyucu vasitə ilə təmizləməni etdikdən sonra, oturacağınızı eyni temperaturlu su ilə yuyun. Başqa bir üsul isə ərəb sabunudur. Ləkələri ərəb sabunu ilə silin və qurudun.

 

Saç spreyi qələm ləkələrini aradan qaldırmaq üçün effektivdirmi?

Saç spreyi və su qələm ləkələrini aradan qaldırmaq üçün istifadə edilə bilər, ancaq bunu etməklə bir problemi həll edərkən başqa bir problemə yol aça bilərsiniz.


cagir.az -Qələm ləkəsini necə təmizləmək olar?


Saç spreyindəki spirt, xüsusilə ipək üzərində rəngin pozulmasına səbəb ola bilər; eyni zamanda yağlar və digər maddələr başqa yeni ləkələrin yaranmasına səbəb yarada bilər.


Qeyd edək ki, əgər sizə kovrolit təmizləmə, divan-kreslo yuma, xalça yuma, matras təmizləmə kimi xidmətlər lazımdırsa, o zaman cagir.az vasitəsilə tez bir zamanda sifarişinizi edə bilərsiniz. Peşəkar icraçılar məkana öz avadanlıqları ilə gəlib, keyfiyyətli işlərini görməyə hazırdırlar.


Share:

fb_iconlinkedin_icon