2021-07-08
Baxış: 44357
Hamar dəri üçün 10 təbii üz maskaları
Dərini təmizləmək və ölü dəridən qurtarmaq üçün mütəmadi olaraq üzə qulluq lazımdır.
Evdə qüsursuz və hamar bir dəri üçün hazırlaya biləcəyiniz üzə baxım maskalarını sizə təqdim edirik.
1. Zeytun yağı ilə gözəlləşin
Lazım olanlar:
· 1 xörək qaşığı təmiz zeytun yağı
· 1 xörək qaşığı şəkər tozu
Kiçik bir qabda zeytun yağı və şəkər tozunu qarışdırın. Dairəvi hərəkətlərlə təmizlənmiş dərinizə çəkin. İlıq su ilə yuyun.
2. Tərəvəzlərin gücü ilə
Lazım olanlar:
· 2 orta ölçü xiyar
· 1 yumurta ağı
· yarım limonun suyu
Xiyarları rəndələyin. Sonra yumurta ağı və limon suyu ilə qarışdırın. Üzünüzə yavaşca çəkin və isti su ilə yuyun.
3. Süd və şəkər tozu ilə yumşaq dəri
Lazım olanlar:
· 1 xörək qaşığı süd
· 1 çay qaşığı toz şəkər
· 1 xörək qaşığı zeytun yağı
Yarım limonun suyu, zeytun yağı, süd və şəkər tozunu bir qabda qarışdırın. Yapışqan qarışığı üzünüzə və boyun nahiyənizə yavaşca çəkin. İlıq su ilə yuyun.
4. Ananas ilə hamar bir dəriyə sahib olun
Lazım olanlar:
· 3 dilim ananas
· 1 xörək qaşığı bal
Ananası bal ilə qarışdırın. Dairəvi hərəkətlərlə təmiz dəriyə çəkin. Sonra ilıq su ilə yuyun.
5. Dəriniz qatıqla təravətlənsin
Lazım olanlar:
· 4 xörək qaşığı qatıq
· 4 xörək qaşığı bal
· 1 xörək qaşığı duz
Qatıq, bal və duzu qarışdırın və göz bölgəsi və ağız sahəsi xaricində üz bölgəsinə tətbiq edin. 5 dəqiqə gözləyin, sonra yuyun.
6. Qəhvədən zövq aldıqdan sonra dəriyə qulluq vaxtı gəldi
Lazım olanlar:
· 1 xörək qaşığı qəhvə
· 1 xörək qaşığı zeytun yağı
Qəhvə unu və zeytun yağını qarışdırın və təmiz dəriyə çəkin. İlıq su ilə yuyun.
7. Soda həm məsamələrinizə, həm də dəri ləkələrinizə xeyirli olacaq
Lazım olanlar:
· 1 xörək qaşığı soda
· 2 xörək qaşığı su
Soda və suyu kiçik bir qabda qarışdırın və dairəvi hərəkətlərlə üzünüzə tətbiq edin. Sonra ilıq su ilə yuyun.
8. Yulaf və balı ancaq səhər yeməyində düşünməyin
Lazım olanlar:
· 1 xörək qaşığı alma sirkəsi
· 1 xörək qaşığı yulaf unu
· 1 xörək qaşığı bal
· 3 xörək qaşığı isti su
Alma sirkəsi, yulaf əzməsi, bal və isti suyu qarışdırın. Üzünüzə tətbiq etdikdən sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə tətbiq edin.
9. Aloe Vera, dəri quruluşunuza zərər vermədən yeniləyir
· Lazım olanlar:
· 1 xörək qaşığı aloe vera yağı
· 1 xörək qaşığı şəkər tozu
Bir qabda aloe vera yağı və şəkər tozunu qarışdırın. Təmiz dəriyə çəkin və yuyun.
10. Dərinizin dəniz duzu ilə nəfəs almasına icazə verin
Lazım olanlar:
· 1 xörək qaşığı zeytun yağı
· 1 xörək qaşığı dəniz duzu
Bütün maddələri qarışdırın və duş zamanı bədəninizə tətbiq edin. 5 dəqiqə gözləyin, sonra yuyun.
Hər zaman baxımlı olun!
Müəyyən səbəblərə görə salonlara getmək vaxtınız yoxdursa, o zaman Cagir.az-ın Gözəllik xidmətlərini olduğunuz yerə sifariş edə bilərsiniz. Siz salona gedə bilməsənizsə, salon sizə gələcəkdir! Əlaqə nömrəsi: +994703482606.
Related Posts
Günəş ləkələrinə qarşı vasitələr
Beauty
2023-03-29
Saç uzadan üsullar
Beauty
2023-02-18
Cavanlaşdırıcı krem və maskalar
Beauty
2023-02-01
Ağardıcı krem və maskalar
Beauty
2023-01-05
Minoxidil nədir?
Beauty
2022-11-06
Dırnaq rəngləri
Beauty
2022-07-30
Xiyarın tərkibində gizlənən gözəllik sirləri
Beauty
2022-03-02
Yanlış qidalanma saç tökülməsinə səbəb ola bilər.
Beauty
2021-10-26
Qırmızı rəng saçlara necə qulluq etmək olar?
Beauty
2021-06-24