Evdə qaldığımız müddətdə nələr edə bilərik?

2022-03-15

Baxış: 4011

Evdə qaldığımız müddətdə nələr edə bilərik?

Karantin müddətində vərdişlərimizdən və sosial həyatımızdan uzaqlaşdığımız zaman, əslində içimizdəki 'mən' ə yaxınlaşırıq. Bir sözlə, öz daxili səyahətimizə başlayırıq. Əslində yol içimizdən başlayır və hər kəsə öz daxili aləmində mistik səyahət etmək imkanı verir. Çünki yolda olarkən hər şeydən uzaqlaşıb özümüzlə tək qala bilirik. Bəs evlərimizdəki könüllü karantin prosesində olarkən vaxtımızı necə daha səmərəli keçirə bilərik?


Günü planlı şəkildə təşkil edin: Əvvəla, günə başlayanda  həmin günün təşkili çox vacibdir. Karantin müddətindən əvvəl hamımızın müəyyən rutinləri 

vardı. Ancaq indi bu qaydalar dəyişdi. Günü planlı şəkildə yaşamaq, rutin qayda yaratmağınıza kömək edərək qayğılarınızı azaldır.  Səhər yuxudan oyanan kimi bu gün nələr etməliyəm? özünüzdən soruşun və edəcəklərinizi planlaşdırın.


Xüsusi birisi ilə görüşünüz var imiş kimi özünüzə diqqət yetirin: bu günün nə qədər xüsusi gün olduğunu dərk edin, bu gün özünüzlə görüşünüzün var, sevdikləriniz və ailənizlə bir yerdə olmağ özü elə xüsusi bir gün üçün kifayətdir. Bundan sonra öz baxımınıza diqqət edərək gecə yatarkən geyindiyiniz paltarla gününüzü davam etdirməməyinizə diqqət yetirin. Normal vaxtda etdiklərimizi pozmadan eyni qaydada davam etmək çox vacibdir.

Evdə qaldığımız müddətdə nələr edə bilərik? 695


Sağlam qidalanmanıza diqqət edin: özünüzə bir yaxşılıq edin, sağlam qidalanmanıza diqqət yetirin. Məsələn, yaxşı bir səhər yeməyi yeyərək günümüzə başlaya bilərik və normal olaraq 3 dəfə yemək yeyiriksə, eyni qayda da davam etməyə çalışa bilərik.


Evdə idman edin: Evdə idman etmək üçün çox yaxşı bir fürsətdir. İnternet vasitəsilə əldə edə biləcəyiniz bir çox mütəxəssis videoları ilə düzgün bir şəkildə idman edə bilərsiniz. Hətta bunu ailənizlə edə biləcəyiniz xoş bir zamana çevirə bilərsiniz. Səhər müəyyən olunacaq ümumi saatda hər kəs idman geyimlərini geyinib, gündəlik məşqlərə hazır ola bilər.


Kitab oxumaq saatı: Əlbətdəki heç kim kitab oxumağı qadağan etməyib. Evdə çox vaxt keçirdiyimiz bu günlərdə ailəliklə, təyin olunmuş ümumi bir vaxt kitab oxumaq üçün əla bir başlanğıcdır.

Evdə qaldığımız müddətdə nələr edə bilərik? 695


Onlayn hadisələri izləyə bilərsiniz: Bir çox muzey, orkestr tamaşası və mədəniyyət-incəsənət tədbirləri internetdə göstərilməyə davam edir. Bütün bunları web saytlarında və ya və ya sosial mediada izləyə bilərsiniz. Hər gün üçün bir fəaliyyət təyin edə bilərsiniz və ya internetdə almaq istədiyiniz bir təhsili online ala bilərsiniz. Beləliklə, inkişaf etdiyinizi hiss edəcəksiniz və bu hiss sizə xoş təsir bağışlayacaqdır.


Xobbi seçin: Etmək istədiyiniz, lakin təxirə saldığınız hər şeyin bu müddət ərzində edə bilərsiniz. Yeni bir dillə tanış ola bilərsiniz, yeni bir alət çalmağı öyrənə bilərsiniz. Rəssamlıq, xəttatlıq və filoqrafiya kimi əl bacarıqlarından istifadə edə biləcəyiniz bir sahəni öyrənmək həm stresinizi azaldır, həm də mənfi düşüncələrə vaxt ayırmağınıza mane olur.


Stolüstü oyunlar: Bütün ailə üçün başqa bir seçim isə stolüstü oyunlardır. “Tap’It’’ ,“Monopoliya”, "Deniz Savaşı" oyunları ailəlikcə oynaya biləcəyiniz ən maraqlı oyunlardandır. Və əlbətdə ki, kompyuter oyunlarını da unutmayın. 


Evdə olduğunuz müddətdə əylənə biləcəyiniz çox oyun növü var. Amma bunları əldə edəcəyiniz yeganə ünvan Talpa OyunlarıdırƏyləncə xidməti ilə tanış olmaq üçün linkə keçid edin. 


Unutmayaq ki, yaşadığımız bu ağır günlər müvəqqətidir. Ehtiyat tədbirləri görərək, evdə qalmağa davam edək, həyatı evimizə 

Sığışdırmağa çalışaq. Nə edə biləcəyimizi planlaşdıraq və həyata keçirməyə başlayaq. Gəlin həm bədənimizə, həm də ağlımıza diqqət edək. Ümidimizi itirməyək. Evimizi xoşbəxtlik üçbucağına çevirək. Hər kəsə sağlam günlər arzulayırıq.


Cagir.az-dan əyləncə oyunları ilə bağlı linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz. Sifariş üçün əlaqə nömrəsi: +994703482606

Evdə qaldığımız müddətdə nələr edə bilərik? 695

Share:

fb_iconlinkedin_icon