2020-10-31
Baxış: 17752
Evdə pişik saxlamaq məsuliyyət tələb edirmi?
Pişikdən istəmədiyiniz yerdə yatmamısını, istəmədiyiniz yerə çıxmamasını tələb etməyin. Böyük ehtimalla ona məğlub olacaqsınız. Pişiklər, evin içində incə hərəktlərlə gəzən, bəzən saatlarla yoxa çıxan, çox vaxt isə bir küncdə yatarkən tapdığımız, sevimli dostlarımızdır. Ölkəmizdə ən çox bəslənən ev heyvanlarından biri də pişiklərdir. Ümumiyyətlə pişiklər evdə saxlamaq üçün uyğun heyvanlardır. Öz qeydlərinə qalma mövzusunda isə olduqca bacarıqlıdırlar. Tualet problemləri tez bir zamanda həll olunur. Uzun müddət tək qala bilərlər və bu vəziyyətdən çox məmnun olarlar. Ancaq bütün sevimlilikləri ilə bərabər evdə bir pişik saxlamaq bir sıra məsuliyyətlər də tələb edir - pişiklər üçün uyğun bir yaşayış sahəsi yaratmaq, yem qabı, su qabı, yataq kimi əsas ehtiyaclarını ödəmək və həm öz sağlamlığınıza, həm də heyvan dostunuzun sağlamlığına və evinizin təmizliyinə gigiyenaya daha çox diqqət yetirmək kimi sıralana bilər.
Pişik saxlamaq məsuliyyətdir.
Pişiyinizin özünü rahat hiss etməsi ən böyük məsuliyyətlərinizdən biridir. Bundan əlavə, mütəmadi olaraq qida və su verməniz, müntəzəm peyvəndlərini vurdurmanız, tualet qabını və tükləri daim təmizləməyiniz lazım olan bir ev dostunuzun olduğunu dərk etməlisiniz. Artıq harasa uzun müddətli getdiyiniz zaman pişiyinizə qayğı göstərən birinin olması da vacib olan məsuliyyətlərinizdəndir.
Pişiklər üçün ev hazırlığı.
Evdə bir pişik saxlamaq qərarına gəldiyiniz zaman əvvəlcə pişiyiniz üçün uyğun bir yaşayış sahəsi yaratmanız vacibdir. Evinizdə kiçik dəyişikliklər etməyiniz lazım ola bilər. Pəncərələrinizi və qapılarınızı bağlı saxlamalısınız. Elektrik enerjisi, telefon naqilləri pişiklər üçün böyük bir təhlükədir. Bundan əlavə saxsı qablarda olan güllər, pişiklərinizin dişləyə biləcəyi bitkilər də onların sağlamlığı üçün təhlükəlidir. Unutmayın ki, eviniz pişiyiniz üçün yad bir yerdir və hələ də yeni evinə alışmayan pişiyiniz qarşılaşa biləcəyi təhlükələrdən xəbərsizdir
Pişik baxımı vacibdir.
Əgər çölə çıxıb, gəzib, qayıdan pişiyiniz varsa, evə qayıdarkən kənardan gətirəcəyi parazitlərin və ya mikrobların qarşısını almaq üçün mütəmadi olaraq peyvənd etdirməlisiniz. Çöldən qayıdan pişiyin sadəcə ayaqlarını silmək pişik qulluğu üçün kifayət deyil. Hər gün pişiyinizin tüklərini fırçalamaq, çöldən gələ biləcək gənə kimi təhlükələrin erkən müdaxiləsinə imkan verir. Yox əgər pişiyiniz çölə çıxmırsa, hər gün olmasa da tez-tez fırçalama rutinini yaratmağınız faydalıdır. Pişiyinizi gənc yaşlarından fırçalamağa vərdiş etdirdiyiniz zaman həm tüklərinin sağlam olmasını təmin edəcək, həm də pişiyinizin lazımsız tükləri udmasına və bağırsaq tıxanmasına mane olacaqsınız.
Pişik olan ev xüsusi təmizlik tələb edir.
Evdə pişik bəsləmək çox xoşdur, lakin bu ev təmizliyində daha çox qayğı tələb edir. Evdə pişik saxlamanın çətinliklərindən biri də mütəmadi olaraq ev təmizləmə məsuliyyətinizdir. Gigiyena qaydalarına daha çox diqqət yetirməlisiniz. Pişiyinizin yemək qabı və su qabısı gündəlik təmizlənməlidir. Pişiklər ildə iki dəfə tük tökürlər, ev pişiklərində isə bu daha çox olur. Mütəmadi olaraq pişiyinizi fırçalamaq, daha çox tük tökülməsinin qarşısını alır. Pişiyinizin həmişə yatdığı yerləri mütəmadi tüklərdən təmizləyib, isti su ilə yumağınız lazımdır. Yatdığı yerlərdə yarana biləcək bakteriyalar həm pişiyinizin allergik simptomlar yarada bilər, öz sağlamlığınıza mənfi təsir göstərə bilər. Xüsusilə pişiyinizin tualet qabını çirkli saxlamamalısınız. Qum dəyişdiyiniz vaxt tualet qabını da mütləq yumalı, yeni qum tökmədən qabın yaş qalmadığından əmin olmalısınız. Pişiyinizin tualet qabını mümkündürsə çöldə yumalısınız, əgər belə bir imkanınız yoxdursa qabı vanna otağında yuduqdan sonra vanna otağınızı və qabı qoyduğunuz yeri yaxşıca təmizləyin.
Əziz ev heyvanlarının sahibləri! Artıq evinizdə olmayarkən, səyahət edərkən, məhdud vaxtınız olduqda ev heyvanınızı (itin saxlanılması, pişiyin saxlanılması) əminliklə cagir.az bazasında olan heyvansevər, təcrübəli baxıcılarımıza, istər icraçının evində, istər də öz evinizdə həvalə edə bilərsiniz!
İtə qulluq / it baxımı, pişiyə qulluq / pişik baxımı, dişlərin təmizlənməsi, tüklərin rənglənməsi xidmətləri də mövcuddur. Sifariş və ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994 70 348 26 06.
Related Posts
Yuxuda pişik görmək nə deməkdir
Pets Caring
2022-08-29
Ev heyvanlarına qulluq və onlara veriləcək ən sevimli adlar
Pets Caring
2022-04-11
Pişiklərə düzgün qulluq
Pets Caring
2021-12-03
İtlərdə diş baxımı
Pets Caring
2021-11-24
İtlərə ev şəraitində qulluq
Pets Caring
2021-10-16
Pişiyinizin sizi sevdiyini göstərən 6 hərəkət
Pets Caring
2021-04-07
İtlərin tük tökülmə problemi necə azaldıla bilər?
Pets Caring
2021-03-15
İtlərin xoşlamadığı 4 davranış
Pets Caring
2021-02-13
Pişik cırmaqlaması halında ilk yardım tövsiyələri
Pets Caring
2020-12-28
İtlər necə sakitləşdirilməlidir?
Pets Caring
2020-10-31