2021-03-15
Baxış: 13136
İtlərin tük tökülmə problemi necə azaldıla bilər?
Köpəklərimiz xüsusən mövsümi dəyişikliklərdə o qədər çox tük tökür ki, evin və geyimlərimizin ən gözlənilməz yerlərində bu tüklərlə qarşılaşırıq. Daha az tük tökülməsinin bir yolu varmı?
İtlərin tük tökməsi tamamilə fəsil ilə bağlı bir problemdir. Son zamanlarda itlərdə tük tökülməsi mövsümdən asılı olmayaraq azalır. Bu, insanın təbiətə vurduğu ziyanla əlaqədar bir şeydir. Hazırda olduğumuz dövrdən bir nümunə verək, dekabr ayındayıq və normal olaraq temperatur bu ay -2 ilə 10 dərəcə arasında dəyişir. İtlərdə insanların uyğunlaşdığı kimi bir cədvəli yoxdur. Biz mövsümlərin keçməsini təqvimimizə baxaraq dərk edə bilirik və geyimlərimizə buna uyğun şəkildə tənzimləyə bilirik. İtlərdə belə bir hazırlıq dövrü yoxdur və mövcud strukturlarını bioloji təqvimlərinə görə dəyişdirirlər. Tükləri qışda qalınlaşır, yayda daha incə olur. Qan axını nisbətləri ona görə dəyişir və tük tökülmə nisbətləri də buna görə dəyişir. Tük tökmə işin qismən bioloji hissəsidir. İtinizin tüklərinin sağlam qalması üçün aşağıdakılar təmin edilə bilər:
1. Bəslənmə: Bəslənmə bu baxımdan çox vacibdir. Keyfiyyətli qidalar, uyğun qidalar və əlavələr tük tökülməsinin azaldılmasına və itlərin sağlamlıq səviyyəsinin yüksəlməsinə kömək edir.
2. Düzgün qulluq: İtləri tez-tez yumamaq, müəyyən və düzgün vaxtlarda təmizləmək və tez-tez daramaq itlərin tük sağlamlığına təsir edən amillərdir. Balaca dostunuzun baxım prosedurunu Cagir.az-dakı peşakar icraçılarına əminliklə həvalə edə bilərsiniz.
3. Psixologiya: Köpəyinizi stresə salmamaq, saatlarla evdə bağlı qalmaması, kifayət qədər enerji ata bilməsi və fəaliyyətdə qalması da tük tökülməsinin qarşısını alan faktorlardandır.
İtlərin gəzmək, qaçmaq və həm fiziki həm də ruhi sağlamlıq baxımından aktiv olması çox vacibdir. Bu, stress azaldan bir amildir. Bədəndə daha çox qan dövranını təmin edir, oksigen yetərliliyini təmin edir.
Əslində itlərdə tük ökülməsindən şikayətlənməməliyik. Bu şəraiti yaradan tamamilə bizik. Düzgün qidalanma təmin etmədikdə, lazımi qayğı göstərmədikdə və təəssüf ki, dünya tarazlığını pozduğumuz təqdirdə bu heyvanların tükünün tökülməsindən şikayət etməyə haqqımız yoxdur.
Əziz ev heyvanlarının sahibləri! Artıq evinizdə olmayarkən, səyahət edərkən, məhdud vaxtınız olduqda ev heyvanınızı (itin saxlanılması, pişiyin saxlanılması) əminliklə cagir.az bazasında olan heyvansevər, təcrübəli baxıcılarımıza, istər icraçının evində, istər də öz evinizdə həvalə edə bilərsiniz!
İtə qulluq / it baxımı, pişiyə qulluq / pişik baxımı, dişlərin təmizlənməsi, tüklərin rənglənməsi xidmətləri də mövcuddur. Sifariş və ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994 70 348 26 06.
Related Posts
Yuxuda pişik görmək nə deməkdir
Pets Caring
2022-08-29
Ev heyvanlarına qulluq və onlara veriləcək ən sevimli adlar
Pets Caring
2022-04-11
Pişiklərə düzgün qulluq
Pets Caring
2021-12-03
İtlərdə diş baxımı
Pets Caring
2021-11-24
İtlərə ev şəraitində qulluq
Pets Caring
2021-10-16
Pişiyinizin sizi sevdiyini göstərən 6 hərəkət
Pets Caring
2021-04-07
İtlərin xoşlamadığı 4 davranış
Pets Caring
2021-02-13
Pişik cırmaqlaması halında ilk yardım tövsiyələri
Pets Caring
2020-12-28
İtlər necə sakitləşdirilməlidir?
Pets Caring
2020-10-31
Kiçik dostunuz üçün evinizdə xüsusi məkanlar
Pets Caring
2020-10-31