2020-10-31
Baxış: 5085
Uşaqlara ikinci dil necə öyrədilir?
Həmımız bilirik ki, xarici dil təhsili nə qədər erkən başlayırsa, o qədər yaxşıdır. Bəs bu təhsil hansı yaşdan başlamalıdır? İkinci dil təhsili zamanı valideynlər nələrə diqqət etməlidirlər? Xarici millətdən dayəni götürmək yaxşı bir həll yolu ola bilərmi?
Uşaqlar xarici dili necə öyrənirlər?
Uşaqlar böyüdükcə ana dilini təbii olaraq öyrənirlər. Dil bacarığı ilk növbədə eşitmə ilə ələqəli vəziyyətdir. Uşaq eşitməyə başlayan andan etibarən dil inkişafı da başlayır. Ana bətnindəki körpənin daxili qulağı, yəni eşitmə orqanı bir çox orqandan daha erkən inkişafını tamamlayır.
6 aylıq körpələr ana bətnində, analarının səsləri ilə hərəkət edə bilirlər. Yəni, körpə doğulmazdan əvvəl ana dili ilə tanış olur. Uşaq ana dilinin danışılmadığı bir ölkədə yaşasa da, dil inkişafının bütün mərhələlərində ana dilini eşitməli və inkişaf etdirməlidir.
Dil öyrənərkən insan beyni 8-9 yaşına qədər ana dilini beynin aid olduğu bölgəsinə qeyd edir. Ana dili aid olduğu müvafiq bölgəyə qeyd edildikdən sonra öyrənilən digər dillər fərqli bir bölgəyə yerləşdirilir. Buna görə yaş artdıqca dil öyrənmək çətinləşir və daha tez unudulur.
Təxminən iki yaşına qədər uşaqlar bir neçə şifahi ifadələr işlədirlər, lakin hər şeyi beyinlərində qeyd edirlər. 4-5 yaşına çatdıqda isə dildən istifadə etmək qabiliyyəti qazanırlar.
Kiçik yaşda olan uşaqların xarici dil tədrisi vaxtında həm ana dilində, həm də öyrəndiyi ikinci dildə dildə bəzi gecikmələrin olması normaldır.
Bu gecikmənin səbəbi yaşı az olan uşaqların eyni sözün müxtəlif dillərdəki qarşılıqlarını demək olar ki, eyni vaxtda öyrənmələridir. Buna görə dil öyrənmədə ən vacib qayda ailənin uşağın danışma səylərini gücləndirməsi və dəstəkləməsidir.
Xarici dil təhsili hansı yaşda başlamalıdır?
Uşaqlara xarici dil öyrətmək üçün ciddi bir qayda və yaş yoxdur. Ancaq 3 yaşından əvvəl xarici dil təhsilinə başlamaq dil öyrənməyi asanlaşdırır.
Ümumiyyətlə, bir dildən effektiv istifadə 4 yaşından etibarən mümkündür, ancaq 3 yaşından kiçik uşaqlar xarici dildə nə qədər çox danışsalar, bu dildə daha sürətli danışacaqlar.
Doğuşdan xarici dil təhsili, ən azı körpənin öyrədilmək istədiyi dilə məruz qalması, onunla danışması və musiqi dinlənməsi ilə başlaya bilər.
İngilis dilində təhsilə kiçik yaşda başlamamış olsa belə, yenə də gec deyil. Dil öyrənmə qabiliyyəti sonrakı dövrlərdə də davam edir. Məsələn, 5 yaşına qədər bir uşaq xarici dil məktəbinə göndərilirsə, bu dili daha öncə öyrənməyə başlayan uşaqlar ilə arasındakı boşluğu tez bir zamanda doldura bilər.
Yetkinlik yaşına çatmamışdan əvvəl xarici dil ilə tanış olan uşaqlar, bu dilləri daim və müntəzəm olaraq həyatlarına daxil edərlərsə, vurğu olmadan (aksentsiz) danışa bilərlər.
Valideynlər ümumiyyətlə uşağın xarici dil təhsilində nələrə diqqət etməlidirlər?
Dil öyrənmənin zəka və yaddaş inkişafı baxımından ciddi faydaları var. İstər ana dilini və ya başqa dili öyrənərkən ailənin münasibəti son dərəcə vacibdir. Onların tək ehtiyacı olan dəstəkdir. Ailə dil təhsilində aşağıdakı məqamlara xüsusi diqqət yetirməlidir:
- Uşağa yaşına uyğun dil təhsili verin.
- Bunun üçün tədris ediləcək dili bilən bir insanla işləyin.
- Əvvəlcə oyunlar ilə dil tədrisinə keçin.
- Əgər bu dili bilmirsinizsə, bir dil öyrənməyə çalışan uşağa heç vaxt müdaxilə etməyin.
- Hadisəni dərs kimi görməyin və heç vaxt dərs kimi öyrənməyin.
- Bir dil danışmaqla öyrənilir. Danışarkən səhvlərin ediləcəyini unutmayın.
- Qısa hekayə kitabları ilə dil inkişafını dəstəkləyin.
- Qısa gündəlik proqramlardan başlayın. Başlanğıcda xarici dildən soyuqlaşmasına imkan verməyin.
- Dil tədricən öyrənilir.
Uşağınızı daha dərindən tanımaq üçün Cagir.az-ın Psixoloq xidməti kimi adlanan qeyri-ənənəvi psixoloji konsultasiyasından yararlana bilersiniz. Bunun üçün Cagir.az-a daxil olub, Valideyn-Uşaq münasibətləri xidmətini seçirsiniz və sizə uyğun bir şəraitdə (kafe, restoranda) icraçımızdan konsultasiya alırsınız. Əlaqə nömrəsi: +994 70 348 26 06.
Related Posts
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Useful Information
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Useful Information
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Useful Information
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Useful Information
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Useful Information
2023-06-13
İş axtaranlara şad xəbər!
Useful Information
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Useful Information
2023-04-03
Yuxuda pərdə görmək
Useful Information
2023-03-14
Kofe falı haqqında
Useful Information
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Useful Information
2022-12-02