2020-10-31
Baxış: 8403
Tozsoranı necə təmizləmək olar?
Evlərinizdəki təmizliyi və gigiyenanı təmin edən tozsoranlar, düzgün təmizlənmədikdə dəydiyi hər yerə tozu və bakteriaları daşıyan bir avadanlığa çevrilir. Ona görə də, hər bir evdə təmizliyi sonraya salınmaması lazım olanlardan biri də tozsoranlardır. Tozsoran təmizliyi haqqında marağlandığınız hər şeyi bu yazımızda tapıb faydalana bilərsiniz.
Tozsoran təmizliyində diqqət etməyiniz lazım olan bir çox vacib məqamlar vardır. Aşağıda göstərdiyimiz bu məqamlara diqqət etsəniz, ev təmizliyində istifadə etdiyiniz tozsoranın hər zaman təmiz qalmasını təmin edə bilərsiniz. Tozsoranın ayrıla bilən hər bir hissəni ayırıb işə başlaya bilərsiniz. Beləcə hər bir hissəni ayrı-ayrı təmizləyə biləcəksiniz. Plastik və ya metal vakuum borusunuz suda yuya bilərsiniz. Amma diqqət edin ki, ancaq tamamilə quruduqdan sonra yerinə taxa bilərsiniz. Həmçinin borunun xaricini sərt bir süngər və ya bez ilə silməməyə çalışın.
Süpürmə başlıqlarının təmizliyi
Bu başlıqlara yığıla biləcək çoxlu saç və zibillər vardır, hansı ki toz və zibillərin yerdən çəkilməsini çətinləşdirir. Bu problemlə qarşılaşdıqda lazım olan şey bütün zibil və saçları təmizləməkdir. Bu işi rahatlaşdırmaq üçün bir diş fırçası istifadə edə bilərsiniz. Bütün kiri, saçları və tutulmaya səbəb olan digər şeyləri təmizləmək lazımdır. Həmçinin rahat təmizlənməsi üçün bu cür toz və saçların yığılmamasına diqqət etmək lazımdır. Əlinizi istifadə edərək təmizləyə biləcəyiniz qədər təmizləməyi unutmamalısınız. Süpürgə uclarını nəm bezlə silərək təmizləyə bilərsiniz. Yuyulmağa uyğun olanları su altında yuya bilərsiniz.
Toz qabının təmizliyi
Tozun yığıldığı yerə görə tozsoranlar, toz torbalı və toz torbasız olaraq iki yerə ayrılır. Toz torbalı tozsoranlar, torba dolduqca yenisi ilə əvəz edilir. İstifadə edəcəyiniz yeni torbanın, avadanlığa uyğun olmasına diqqət edin. Toz torbasız tozsoranlar ilə toz qabı dolduqca boşaldılmalıdır. Qabı yerinə taxarkən tam oturmasına diqqət edin. Əks halda işlədiyi zaman tozsoranın mühərriki zərər görəcəkdir.
Filtrin təmizliyi
Tozsoran təmizliyində ilk addım filtrin təmizlənməsidir. Filtrlərin təmizlənməsi, bütün toz və bakteriyalara qarşı ilk müdafiə olduğu üçün çox vacibdir. Filtrlərdə tozları diş fırçası vasitəsilə və sabunlu su ilə təmizləyə bilərsiniz. Sonra isə soyuq su ilə durulamaq lazımdır. Daha sonra filtri ən az 24 saat qurutmaq üçün düz bir formada yerləşdirmək lazımdır. Filtrin quru olması çox vacibdir. Yalnız bundan sonra filtri tozsorana yerləşdirə bilərsiniz.
Digər hissələrin təmizlənməsi
Tozsoranın digər hissələrin təmizləmək çox rahatdır. Çünki bir vedrəyə yerləşəcək ilıq su və qabyuyan vasitəsilə təmizləmək mümkündür. Hissələrin təmiz olduğuna əmin olduqdan sonra onları qurutmaq lazımdır. Bu hissələr ən az 24 saat ərzində tozsorana yerləşdirilə bilməz. Vakuumu və digər hissələri ayda ya da 2 ayda bir təmizləmək lazımdır.
Son olaraq bütün bu detallardan əlavə, avadanlığın təlimat kitabçasını mütləq oxuyun. Avadanlıq üçün xüsusi təmizləmə şərtlərini təlimat kitabçasından tapa bilərsiniz. Əgər tozsoranınızda nasazlıq varsa, o zaman Cagir.az-ın usta xidmətindən yararlana bilərsiniz.
Evinizin, ofisinizin təmizliyini Cagir.az-ın peşəkar icraçılara həvalə edib, vaxtınıza və pulunuza qənaət edin. Və unutmayın ki, təmiz evdə - təmiz ruh!
Related Posts
Mobil Kondisioner Təmizliyinin Əhəmiyyəti
Repair
2024-12-10
Niyə Kombi Yuyulması Vacibdir?
Repair
2024-12-03
Niyə Texniki Baxış Xərc Deyil, İnvestisiyadır?
Repair
2024-11-27
Kombi Sisteminizdəki Enerji İtkisini Necə Azaltmaq Olar?
Repair
2024-10-08
Avtomobilə qulluq: Qış mövsümündən əvvəl nə etməli?
Repair
2024-10-03
Səyyar Təkər Təmiri Xidməti
Repair
2024-09-17
Kirayə götürülən ofislərdə təmir və texniki xidmət
Repair
2024-09-05
Avtomobil üçün təqdim etdiyimiz xidmətlər
Repair
2024-07-05
Kondisionerin Yuyulması: Mühüm Addımlar və Prosedur
Repair
2024-07-04