2021-06-09
Baxış: 10391
Toy tədbiri üçün plan
Həyatınızda heç vaxt unutmayacağınız dəyərli günlərdən biri də toy günüdür. Bəlkə də çoxdan xəyal etdiyiniz bu gün üçün hər şeyin mükəmməl şəkildə planlaşdırılması vacibdir. Toyun vaxtı yaxınlaşdıqca xəyallarınıza ev sahibliyi edəcək toy məkanı üçün araşdırmalara başlamalısınız. Heç bir təfərrüatı unutmadan bu missiyaya necə hazırlaşa bilərsən?
Toy mövzusunu təyin etməlisiniz
Xəyal edilən hər toy təşkilatının arxasında əslində bir mövzu var. Ənənəvi bir toy etmək istəyirsinizsə, qapalı məkanlara, şadlıq saraylarına baxmaq lazımdır. Otelləri də qiymətləndirə bilərsiniz. Əgər bir kənd toyu etmək istəyirsinizsə, açıq havada olacağı üçün hava şəraiti də mövzuya daxil olacaq. Bu məqamda istifadə edəcəyiniz dekorasiya məhsulları və aksesuarlar da işin içinə daxil olduğu üçün yer seçərkən bu imkanları araşdırmalısınız. Dəniz kənarında toy xəyallarınızda ola bilər. Qonaqlarınızın və sizin çimərlik şəraitində əylənə biləcəyiniz və rahat ola biləcəyiniz imkanları təklif edən məkanla razılaşmalısınız. Eyni zamanda nəqliyyatı nəzərə almalısınız ki, toy günündə çətin vəziyyətlə qarşılaşmayasınız.
Toy büdcənizi planlaşdırmaq vacibdir
Toy mövzusunu təyin etdikdən sonra, lazımi danışıqlara başlamazdan əvvəl büdcənizə yenidən baxmalısınız. Dediyimiz hər toy məkanının öz tələbləri var. Onları təmin etmək və ya xəyalınızın ən yaxın versiyasını həyata keçirmək üçün bu büdcə daxilində hərəkət etməlisiniz. Bunun üçün təxmini büdcə təyin etməli və bu büdcəyə uyğun olaraq növbəti addımları qiymətləndirməlisiniz.
Qonaqların siyahısını dəqiqləşdirin
Sevdiyiniz insanlarla xoşbəxtliyinizi qeyd edəcəyiniz bu özəl gündə hər kəsin eyni dərəcədə razı qalması üçün büdcəniz daxilində qonaq siyahısı təyin etməyiniz vacibdir. Qonaqların siyahısına və sayına əsasən oturma planı da yaratmalısınız. Oturma planının mərkəzə yaxınlıq, işıqlandırmadan bəhrələnmə, musiqi sisteminə yaxınlıq kimi meyarlara görə olmasını unutmamalısınız.
Təfərrüatları nəzərə almağı unutmayın
Toy təşkilatı qrupları ilə razılaşmaq işinizi xeyli asanlaşdıracaq. Ancaq hər nə qədər razılaşmaları sizin üçün bir başqası etsə də, siz özünüz onunla məşğul olsanız da, xüsusi gün haqqında unutmamalı olduğunuz detallar var.
Əyləncəvi şou-proqram
Toy gününüzün marağlı, rəngarəng və qeyri-adi keçməyi üçün biz sizə “Gəzən Talpa” adlı parti oyunlarımızı təklif edə bilərik. Müxtəlif cür fiziki oyunlarımızı istədiyiniz məkana aparıcı ilə daşıyırıq. Xüsusi gününüzü kreativ, yadda qalan edəcəyimizə qaranti veririk :). Daha ətaflı məlumat və sifariş üçün cagir.az-ın Əyləncə bölməsindən Gəzən Talpa xidmətini seçmək kifayətdir. Əlaqə nömrəsi: +994703482606.
Dekorasiya və aksesuarlar
İlk növbədə müəyyənləşdirdiyiniz mövzunu dəstəkləyəcək bəzəklər əslində toy mühitinin atmosferini yaradır. Buna görə, müəyyənləşdirdiyiniz konsepsiya və rənglərə uyğun dekorasiya və aksessuar seçimlərinə nəzər yetirməlisiniz. İstədiyiniz mövzuda toy edən insanların şəkillərindən ilham alaraq öz siyahınızı da yarada bilərsiniz.
Çiçəklər
Toylarda vacib detallardan biri də çiçəklərdir. Ən təbii dekoru olan çiçəkləri və bitkiləri öz mövzunuza uyğun məkan içində istifadə edə bilərsiniz. Çox çiçək sevməyən birisinizsə, sarmaşıqdan istifadə edərək yenə də təbii bir atmosfer yarada bilərsiniz.
İşıqlandırma
Sevdiklərinizlə uzun müddət qeyd edəcəyiniz toyda işıqlandırma çox vacibdir. O günə aid çəkiləcək videolar və fotoşəkillər bu işıqlandırma atmosferində olacaq. Eyni zamanda mövzunuza uyğun olaraq neon işıqlandırma, zəif işıqlandırma, hava işıqlandırması kimi müxtəlif texnologiyalardan faydalana bilərsiniz. Xüsusilə də açıq hava toylarında işıqlandırma yerini yaxşı dizayn etməlisiz.
Canlı musiqi
Toy salonunda toy atmosferini ruhu ilə bəsləyəcək canlı musiqi ilə uyğun bir mühit yaratmaq vacibdir. Açıq havada insanları narahat etməyəcək, əksinə hiss etdirəcək bir melodiya eşitmək; qapalı məkanlarda isə akustikdən faydalanmaq vacibdir. Bu cür detalları nəzərdən keçirərək seçiminizi edə bilərsiniz.
Unutmamalısınız ki, toy günü sevdiklərinizlə bir çox fotoşəkil çəkərək xatirələrinizi əbədiləşdirəcəksiniz. Bu səbəblə toy məkanının foto çəkiliş üçün uyğun olub olmadığını da qiymətləndirməlisiniz. Toydan əvvəl razılaşacağınız məkanda bir araşdırma edərək praktik foto çəkiliş guşələri yarada bilərsiniz. Fotosessiyanız üçün fotoqrafı cagir.az-dan sifariş edə bilərsiniz. Fotoqraf xidmətini sifariş etmək üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Related Posts
Əylənmək üçün ən yaxşı seçim
Entertainment
2022-11-17
Yaradıcı evlilik təklifləri
Entertainment
2022-02-26
Playstation oynamağın faydaları
Entertainment
2022-02-22
DJ kimə deyilir?
Entertainment
2021-11-09
9-18 Aylıq Körpələr üçün Oyun Təklifləri
Entertainment
2021-07-16
Fotoqrafiya ilə bağlı peşəkar tövsiyələr
Entertainment
2021-03-08
Nişan üzüyünüz münasibətinizin əksidir
Entertainment
2020-10-31
Uşaqlar üçün mükəmməl doğum günü ideyaları
Entertainment
2020-10-31
Xına tədbiri necə təşkil olunur?
Entertainment
2020-10-31
Ev şəraitində şəkil çəkmək üçün 7 üsul
Entertainment
2020-10-31