Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır?

2022-03-09

Baxış: 4837

Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır?

Havaların istiləşməsi ilə daha nazik və rəngarəng paltarların şkafda yerini alma vaxtı gəldi. Bunun üçün onlara yer ayırmalı və qışda sizə kömək edən qalın sviter və kardiqanları yığmalısınız. Beləliklə, bir dəfəyə növbəti qış üçün müntəzəm bir hazırlıq olaraq qış paltarlarınızı necə yığa bilərsiniz? 


Əvvəlcə planlama etməlisiniz.

Evinizdəki saxlama sahələrini, potensial həlləri ən yaxşı şəkildə siz bilirsiniz. Bu səbəbdən hamı üçün bir planlama təklif etmək əvəzinə bir planlama metodu təklif etmək istədik. Əvvəlcə evinizdəki saxlama yerlərinin sayına və onlardan necə istifadə edə biləcəyinizə nəzər yetirin. Çantalar, çamadanlar kimi lazımi əşyaları qarderobunuzun qarşısına yığın. Bununla birlikdə, bu yay geyinəcəyiniz paltarları qoyduğunuz yerlərdən çıxarıb hazırlamağa başlaya bilərsiniz. Ən əsası əyləncəli bir musiqi açmanızı və bu işi edərkən əylənməkdən çəkinməməyinizi məsləhət görürük! 

Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır? 685


Geyimlərinizi ayırın.

Bu zaman asılqan ilə asılması lazım olan paltarları, qatlanmalı olanları, böyük bir yer tutacaq olanları, nazik olduqları üçün daha asanlıqla yığıla biləcəkləri və saxlama üçün xüsusi şərtlər tələb edilənləri ayırmalısınız. Bağışlayacağınız və artıq istifadə etməyəcəyiniz paltarları ayırmağı da unutmamalısınız. 


Saxlama qutularını hazırlayın.

Qış geyimlərinizi ayırıb qarşınıza düzdükdən sonra təxminən nə qədər yerə ehtiyacınız olduğunu anlaya bilərsiniz. Buna görə ehtiyacınız olan qutuları və vakuum torbalarını müəyyən edərək hazırlamalısınız. İndi ayırdığınız parçaları ən səmərəli şəkildə yerləşdirməyin vaxtı gəldi.

Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır? 685


Professional qatlama metodlarını qiymətləndirin.

Paltarlar üçün hazırlanmış qatlama metodlarını qiymətləndirə bilərsiniz. Yerə qənaət edən bu üsullarla yay paltarlarınızı da dolablarınıza səmərəli yerləşdirə bilərsiniz. Bu zaman populyar Konmari texnikası kimi sizin üçün lazımi ola biləcəyinə inandığınız qatlama metodlarını araşdıraraq başlaya bilərsiniz. Sevdiyiniz bir metoda vərdiş etdikdə məmnun ola biləcəyinizi düşünürük.


Asılqanlardan faydalana bilərsiniz.

Bütün paltarların qatlanmaq üçün uyğun olmadığını bilirik. Ağır kardiqan və sviterləri asılqana asa bilər və hətta bir-birinin üstünə asaraq şkafların arxasına yerləşdirə bilərsiniz. Birdən çox parça asmağınıza imkan verən asılqanlara şalvarınızı da büzmədən asa bilərsiniz. 

Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır? 685


Paltoları necə saxlaya bilərsiniz?

Ağır olduqları üçün yer tutan paltolarınızı yığmaq bir az çətin kimi görünə bilər. Əvvəla, paltolarınızı təmizləyə bilsəniz evdə, olmasa quru təmizləmədə təmizlətməyiniz ən yaxşısıdır. Ciblərini yaxşıca boşaltdığınızdan əmin olun. Sonra qırılmaz taxta asılqanlara asdığınız paltolarınızı paltar çantalarına qoyaraq saxlaya bilərsiniz. Tüklü paltolarınızı vakuum torbalarında saxlayaraq yerdən qənaət edə bilərsiniz. 


Evdə təmizlik xidməti üçün linkə keçid edin. Bizimlə əlaqə saxlayaraq ətraflı məlumat ala və ya sayta nəzər salaraq daha çox xidmətdən yararlana bilərsiniz.

Əlaqə nömrəsi: +994703482606


Çəkmələrinizi necə saxlaya bilərsiniz?

Həm ağır, həm də yer tutan çəkmələri yerlərinə yığmağın vaxtı gəldi. Hər şeydən əvvəl, ayaqqabıları yaxşıca silərək və lazımı hissələrini yuyaraq təmizləyə bilərsiniz. Tamamilə quruduğundan əmin olduğunuz ayaqqabılarınız üçün uyğun olacaq saxlama qutularını evinizdə axtarın. Ayaqqabı qutusu və ya plastik qutularda yerləşdirdiyiniz ayaqqabılara ayaqqabı dezodorantı püskürdükdən sonra saxlaya bilərsiniz. 

Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır? 685


Şkafınızı təmizləməyi unutmayın.

Hər şeyi istədiyiniz kimi yerləşdirdikdən sonra şkafınızı yeni paltar üçün hazırlamağın vaxtı gəldi. Şkafın içini silərək üzərindəki tozları təmizləyə bilərsiniz. Eyni zamanda, şkafınızda qış paltarınızdan qalan bir qoxu varsa, onu havalandırmanızı və sonra içərisinə lavanda, yasəmən və çobanyastığı qoxusu verən çiçək kisələrini qoymağınızı məsləhət görürük. Beləliklə uzun müddət xoş qoxulu paltarlarınızı geyinə biləcəksiniz.


Qış geyimlərini yığan zaman dah çox onların səliqəsinə və təmizliyinə diqqət edirik. Geyimlərin aylarla təmiz və toz tutmadan qalması üçün paltarları qoyacağınız yer təmiz və dezinfeksiya edilmiş olmalıdır. Baş verəcək hər hansı bakteriya, mikrob və ya həşarat hücumu onları istifadəsiz vəziyyətə sala bilir. Bunun üçün sizə cagir.az-ın təmizlik xidmətini təklif edirik! Təmizlik sirkəti axtararkən ən yaxşısını tapdığınıza əmin olun. Biz sizə bu əminliyi veririk! Ətraflı məlumat üçün əlaqə nömrəsi:+994703482606

Qış geyimlərini yığan zaman nələrə diqqət yetirmək lazımdır? 685

Share:

fb_iconlinkedin_icon