2021-04-25
Baxış: 12821
Pəncərə şüşələrinin təmizlənməsi necə olmalıdır?
Pəncərələr daim kənardan gələn toz, kir və yağış damcılarına məruz qalır. Bu səbəbdən uzun müddətli təmizlik təmin etmək çox çətindir. Üstəlik, getməyən ləkələr canınızı sıxa bilər. Sizi bu problemdən xilas edəcək bəzi tövsiyələr, pəncərə təmizlənməsi zamanı rahatlıq və uzunmüddətli gigiyena təmin edir. Budur, təsirli şüşə silmə üsullarını sizə təqdim edirik.
Şüşələri təmizləmədən öncə plastikləri təmizləyin
Şüşələri təmizləmədən əvvəl plastik təmizliyi etmək vacibdir. Əks təqdirdə, pəncərələriniz yenidən çirklənə bilər. Plastik pəncərənin künclərini süngərə yuyucu vasitə və ya cif tökərək, kir və ləkələrdən təmizləyə bilərsiniz.
Pəncərə, fasad və vitrinlərin təmizlənməsini Cagir.az-ın təmizlik üzrə icraçıları peşəkarcasına yerinə yetirəcəklər. Dərin təmizlik, və yaxud təmirdən sonra pəncərələrin təmizliyi xidməti mövcuddur. Xidmətindən yararlanmaq istəyirsinizsə, bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Evinizdəki və ya ofisinizdəki şüşələrin yuyulması, pəncərə təmizliyi, reklamların yuyulması, cam balkonların yuyulması xidmətindən yararlanmaq istəyirsinizsə, bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Şüşələrin yuyulması xidməti iki üsulla yerinə yetirilir - əl ilə və hündürlülkdə təmizlik işini görən alpinist xidməti. Xidmətin qiyməti şüşənin ölçüsündən və təmizlik növündən (sadə, alpinist) asılıdır.
Şüşələri silərkən effektiv təmizliyi təmin edəcək bəzi məqamlar
Pəncərələrinizi silərkən istifadə etdiyiniz kimyəvi maddələr həm dərinizə, həm də sağlamlığınıza zərər verə bilər. Bunun əvəzinə təbii vasitələrdən istifadə edə və daha uzun müddət qalıcı bir təmizlik təmin edə bilərsiniz.
-Şüşə təmizləmə suyunuzu hazırladıqdan sonra içərisinə az miqdarda uşaq şampunu əlavə edərək pəncərə şüşələrinin daha gec çirklənməsini təmin edə bilərsiniz.
-Şüşə təmizləmə suyunuza bir az yumşaldıcı və sirkə əlavə edərək daha asan bir təmizlik etməyiniz mümkündür. Ayrıca bu praktik metodla pəncərələriniz daha gec tozlanacaq.
-Bunlara əlavə olaraq bir az ağ sirkəni isti su ilə qarışdıraraq şüşələriniz üçün mükəmməl bir sprey hazırlaya bilərsiniz. Şüşələrinizə püskürdün və pəncərələrinizi silin, bu qədər asandır.
-Sirkəli su ilə pəncərələri təmizlədikdən sonra bir dəfə də sirkəsiz su ilə silin ki, sirkə qoxusu pəncərədə qalmasın.
-Şüşə təmizləyicilər də yaxşı bir təmizlik üçün çox təsirli olur. Ancaq bu şüşə təmizləyici alətini əvvəlcə istifadə etmək çətin ola bilər, amma alışsanız, pəncərələrinizi asanlıqla silmək olar. Suyu vedrədə hazırladıqdan sonra süngər ilə bütün kirləri toplayın və sonra arxası ilə artıq suyu silin.
-Pəncərələri təmizləmənin də bir zamanı var. Son dərəcə günəşli havada pəncərələri təmizləməkdən çəkinin, çünki günəşin yanan istiliyi pəncərələrinizi təmizləyərkən sizi narahat edir və sildikdən dərhal sonra quruyur və iz buraxır. Bu isə pəncərələri bir neçə dəfə təmizləməyinizə səbəb ola bilər.
-Şüşələrinizi qurudan zaman qəzet istifadə edərək asanlıqla təmizləyə bilərsiniz.
-Şüşənin öncə təmiz tərəfini silin. İçəri tərəf çöl tərəfdən daha təmiz olduğundan içəri tərəfi soldan sağa doğru silin. Çöl tərəfi də yuxarıdan aşağıya doğru silin. Belə halda hansı tərəfdə ləkə qaldığını daha rahat anlaya bilərsiniz.
Pəncərə təmizliyində hansı parçalar istifadə edilməlidir?
Şüşə təmizləmək üçün xüsusi hazırlanmış parça bezlərdən əlavə, köhnəlmiş pambıq geyimlərinizdən də istifadə edə bilərsiniz. Pəncərələrinizi həm silmək, həm də qurutmaq üçün 2 parça bez lazım olacaqdır.
Related Posts
Niyə kompleks xidmətlər biznesin uğur açarıdır?
Housekeeping service
2024-09-03
Temizlik Firmaları Azərbaycanda
Housekeeping service
2024-07-25
Matrası bu üsullarla təmizləyin!
Housekeeping service
2023-09-15
Yuxuda ev süpürmək nədir?
Housekeeping service
2023-08-07
Evdə dərin təmizlik necə olmalıdır?
Housekeeping service
2023-07-21
Həşaratlara qarşı dezinfeksiya niyə vacibdir?
Housekeeping service
2023-07-05
İş masasını hər gün təmizləməyin sağlamlığa təsiri
Housekeeping service
2023-05-16
Geyimlərin quru təmizlənməsi
Housekeeping service
2023-04-20
Ev təmizliyində pərdə yuma xidməti
Housekeeping service
2023-04-09
Təmirdən sonra təmizlik xidməti
Housekeeping service
2023-03-25