Möhtəşəm üçlük: Bal, limon və zəncəfil

2021-12-17

Baxış: 15986

Möhtəşəm üçlük: Bal, limon və zəncəfil

Bitki çayları mövsümi dəyişikliklər zamanı bədən müqavimətimizi artırmaq üçün ən yaxşı seçimlərdən biridir. Düzgün tərkibli bitki çaylarını istifadə etdiyimiz zaman mövsüm dəyişikliklərini daha sağlam bir şəkildə keçə bilərik. Bu tərkiblər arasında bal, limon və zəncəfil bu dövrdə istifadə edə biləcəyimiz ən təsirli tərkiblərdən biridir. 

Möhtəşəm üçlük: Bal, limon və zəncəfil 620


Niyə bal, limon və zəncəfil?

Düzgün istifadə edildikdə sağlamlığa bir çox faydası olan bal, limon və zəncəfil bir araya gəldikdə bir-birlərinin gücünü artırır. Ənənəvi tibbdə bir tərkib kimi istifadə edilən bu qarışıq, xüsusilə mövsümi dəyişikliklər zamanı artan infeksiya riskinə qarşı çox təsirli olur. Balın müxtəlif növləri və komponentləri olmasına baxmayaraq B kompleks vitaminləri və C vitamini, kalsium, sodyum, fosfat, kalium və maqneziumla zəngin bir qida olduğunu söyləyə bilərik. Bu xüsusiyyətlər sayəsində yüksək antibakterial və antiseptik xüsusiyyətlərə malikdir, zərərli mikroorqanizmlərə qarşı vücudumuzun təbii müdafiə mexanizmlərini gücləndirir. Bala limon əlavə etdikdə, yaranan qarışıqdakı C vitamininin nisbəti artır və antioksidanın təsiri daha güclü olur. C vitamini deposu olan limonun tərkibində antioksidan təsiri olan bir çox flavonoid və fenolik birləşmə var. Bu komponentlər limonun qabıq hissəsində, meyvə suyundan daha çox miqdarda olur. Limon qabıqlarını yaxşıca yuduqda, 5 dəqiqə isti suda saxladıqda, 1 qaşıq bal və limon suyu əlavə edib istifadə etdikdə bal-limon qarışığı ilə yaxşı bir antibakterial, antiseptik və antioksidan əldə edə bilərik.


Bu qarışığa zəncəfil əlavə olunduqda çox gözəl bir tərkib əldə edirik. Ənənəvi tibbdə və günümüzdə dərman sənayesində təsirli bir şəkildə istifadə olunan zəncəfil, istər zəncəfil kökü, istərsə də toz ədviyyatı olaraq istifadə olunaraq hər iki formada sağlamlığa faydalıdır. Zəncəfildə bol miqdarda A, B6, C və D vitaminləri, efir yağları və fenol birləşmələri, kalsium, maqnezium, natrium, kalium, dəmir, lif və zülal var. Bu komponentlər sayəsində güclü bir antioksidan olan zəncəfil bədənimizdəki oksidləri təmizləyir, toksinlərin çıxarılmasına və həzm olunmasına kömək edir, həzmi gücləndirir, bağırsaqların işini sürətləndirir, və faydalı mineralların mənimsənilməsini artırır.


Bal, limon, zəncəfilin faydaları nələrdir?

  • İmmunitet sistemini gücləndirir.

İmmunitet sistemimizi gücləndirmək üçün bal limon zəncəfilindən istifadə edə bilərik. Vücudumuzun viruslara qarşı təbii müdafiə mexanizmini gücləndirən bal, limonlu zəncəfil infeksiyalara daha asanlıqla qalib gəlməyə kömək edir.

Ölkəmizdə daha çox çay kimi istifadə edilən zəncəfil, xüsusilə tənəffüs yolları infeksiyaları və soyuqdəymə zamanı faydalıdır. Qrip infeksiyasına qarşı müqaviməti artıran zəncəfil, selikli təbəqəyə bərpaedici təsir göstərdiyindən zərərli mikroorqanizmlərə qarşı təbii müdafiə mexanizmlərimizi gücləndirir. 


Möhtəşəm üçlük: Bal, limon və zəncəfil 620


  • Xərçəngin qarşısını alır.

Bal, limon, zəncəfil xərçəngə qarşı qoruyucu təsir göstərir. C vitamini ilə bal, limon və zəncəfildə olan komponentlər bir araya gəldikdə, xərçəngə qarşı çox güclü bir silah ortaya çıxır. Üstəlik, bu qarışıq müxtəlif tərəvəz və meyvələrdən alınan antioksidantları aktivləşdirmək və antioksidant olmaq xüsusiyyətinə malikdir. Bal, limon və zəncəfil yalnız xərçəngdən qorumur, həm də xərçəng hüceyrələrinin məhvinə mühüm kömək olur. Limon ekstraktı bir çox xərçəng növünün, xüsusən də yoğun bağırsaq, döş, prostat və ağciyər xərçənginin yayılmasını yavaşlataraq xərçəng hüceyrələrinin məhvinə əhəmiyyətli qatqı təmin edir. Güclü bir C vitamini mənbəyi olan limonu bal və zəncəfil ilə birlikdə istifadə etdiyiniz zaman bədəninizdəki antioksidan səviyyəsini artıraraq xərçənglə təsirli bir şəkildə mübarizə apara bilərsiniz. 


  • Temperaturu azaldır, tərləmənin qarşısını alır.

Temperaturu azaldır və tərləmənin qarşısını alır. Bədənimizdən toksinləri çıxarmaq üçün son dərəcə faydalı bir qidalandırıcı olan zəncəfilin tərkibindəki efir yağları və fenol birləşmələri bu təsirin əsas səbəbidir. Efir yağları və fenol birləşmələri qızdırma simptomlarını idarə etmək və aradan qaldırmaq, toksinlərin bədəndən çıxarılmasını sürətləndirmək və bədəndə sakitləşdirici təsir göstərmək üçün çox təsirli olur. Bal və limon ilə zəncəfil istifadə etdiyiniz zaman bu təsirlər daha sürətli olacaqdır. Zəncəfil yağı xüsusilə uşaqlarda temperaturu azaltmaq üçün çox faydalıdır.


  • Dərinin sağlamlığı üçün faydalıdır.

Dəri sağlamlığını yaxşılaşdırmaq kimi təsiri var. Bədənimizdən toksinlərin çıxarılmasına böyük kömək olan bal və limonlu zəncəfil, dərimizdə yığılmış toksinləri də təmizləyir, yaraları və ləkələri sağaldır, sızanaqların qarşısını alır. Dəridə qan axını sürətləndirən bu qarışıq dərinin təbii gözəlliyini açmağa kömək edir. Tərkibindəki faydalı minerallar və vitaminlər dəri hüceyrələrinin metabolik fəaliyyətini dəstəkləyir, dəridəki yaraların sağalmasını sürətləndirir, dəriyə canlı və parlaq bir görünüş verir və dərinin elastikliyini artırır. Dəridəki sərbəst radikalları xaric etdiyi üçün dəri xərçənginə qarşı təbii qoruma təmin edir.

Möhtəşəm üçlük: Bal, limon və zəncəfil 620


Özünüzə yaxşı baxın və sağıamlığınıza diqqət yetirin. Qeyd edək ki, qış aylarında immuniteti artırmaq üçün bir üsul daha – masajdır. Masaj növləri, faydaları haqqında və maraqlı məqamlar haqqında bu yazıda danışırıq. Relax masajı üçün isə bu linkə daxil ola bilərsiniz. 

Odur ki, bədəninizə bayram bəxş edin. Evdən çıxmadan, olduğunuz yerə Cagir.az bazasında olan masajistlər sizə xidmət göstərməyə hazırdırlar! Xidmət haqqında əlavə məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

Möhtəşəm üçlük: Bal, limon və zəncəfil 620


Share:

fb_iconlinkedin_icon