Mebellərimizi necə yeniləyə bilərik?

2021-10-15

Baxış: 7203

Mebellərimizi necə yeniləyə bilərik?

Bir insanın ən gözəl kolleksiyası - xatirələrdir. Bəlkə də buna görə insanlar xatirələrini ətraflarında görməyi və onları əvvəlki kimi yaşatmağı sevirlər. Xüsusilə insanın evi onun üçün ən böyük xatirə qutusudur. Əgər siz də evinizdə öz izini qoyan mebellərinizə xatirələriniz kimi bağlısınızsa, sizə gözəl təkliflərimiz var.

Mebellərimizi necə yeniləyə bilərik? 578


Mebel yeniləməyə hardan başlamaq lazımdır

Evdə olan köhnə mebellərin yenilənməsi, kiçik bir təmir mənasına da gələ bilər, yeni alınmış kimi görünən başqa bir mebelə çevrilməsinə də. Evinizdə yeni bir dövr üçün ilk addımı atacaqsınız. Bu səbəblə vaxtında diqqətlə seçdiyiniz mebellərin, yenidən bir ahəng içində olması çox önəmlidir. Bu uyğunluğu əldə etmək üçün yeni rənglər, naxışlar və funksiyalar taparaq başlaya bilərsiniz. Evinizi ən yaxşı siz tanıyırsınız. Sizcə evin aldığı işığa görə oturacaq örtüyü üçün hansı rənglər daha canlı görünər? Sevdiyiniz köhnə bir parçanı, yeni hazırlayacağınız uşaq otağı üçün necə əyləncəli hala gətirə bilərsiniz? Əslində, yeni bir mebel dizaynı barədə özünüzə nə qədər çox sual verirsinizsə, o qədər inamla işləyə bilərsiniz. 


Mebel yeniləmə işini peşəkar mebel ustasına həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın bazasındakı olan təcrübəli mebel ustalarına müraciət edə bilərsiniz. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606. 


Funksional və dekorativ oturacaqların yeniləmə təklifləri

Yeniləmə prosesinə girəcək hissələri seçdiyiniz zaman, seçdiyiniz mebellərin təmirə ehtiyacı olan nöqtələrini də təyin etməlisiniz. Üzərində işlənəcək mebellərin çatışmazlıqlarının tamamilə aradan qaldırılması onun ömrünü uzadacaqdır. Oturacaqların yenilənməsi zamanı görüləcək ilk hərəkət köhnə hissələrin çıxarılmasıdır. Buraya parça, süngərlər, köhnə birləşdirmə hissələri (mismarlar, şruplar kimi) daxildir. 

Bundan əlavə, çərçivənin üzərindəki boyanı çıxartmaq, çatları üzə çıxartmaq, səthi yaxşılaşdırmaq üçün çərçivə təmizlənir. Təmizlənmiş səthlərdəki olan zədələnmiş hissələr müxtəlif pastalardan istifadə edilərək örtülür və köhnə birləşmə detalları yenisi ilə əvəz olunur. Sonra təyin olunmuş istək və ehtiyaclara uyğun olaraq, çərçivə üzərində yığılma prosesi başlayır. Bu mərhələdə mebel üçün əlavə etmək istədiyiniz funksiyaları da nəzərdən keçirə bilərsiniz. 

Mebellərimizi necə yeniləyə bilərik? 578


Edilə biləcək ən yaxşı yeniləmə oturacağın parça seçimidir. Çünki həm əyləşən şəxsin ən çox təmas quracağı sahə, həm də evə girən şəxsin mebel üzərində ən çox görəcəyi səth sahəsi bu parça ilə doldurulacaqdır. Oturacaq döşəməsi üçün rəng seçərkən, çərçivənin kənardan görünən hissələrinin də rəng və toxumasına qərar verə bilərsiniz. Məsələn, parça rəngini vurğulamaq istəyirsinizsə, çərçivə üçün qaranlıq bir ton seçə bilərsiniz. Rustik bir görünüş üçün çərçivəni istənilən rəngdə taxta boyası ilə canlandırıb, torpaq rənglərində bir parça rəng birləşməsi seçə bilərsiniz. Eyni zamanda, künc dəsti kimi böyük, son dərəcə böyük bir səthə sahib mebellərin monotonluğunu qırmaq üçün fərqli rəng və toxumalarda yastıqlardan istifadə edə bilərsiniz. 


Divan-kreslonun yenilənməsi üçün Cagir.az-ın bazasındakı olan təcrübəli mebel ustalarına müraciət edə bilərsiniz. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Yaradıcı şkaf yeniləmə metodları

Evdəki şkaflar evin tərtibində arxa planda qalsa da, harmoniyanı təmin edən ən böyük hissələrdən biridir. Divara qoyulmuş, tək dəst kimi olan şkaflar, evin sərhədlərini təyin edən mebellər arasındadır. Bir şkafı yeniləyərkən üç vacib meyar, şkafı tamamilə fərqli bir mebel parçasına çevirə bilər. Bu meyarlardan birincisi şkafın qapısıdır. Yalnız rəng dəyişikliyi deyil, həm də material baxımından bir fərqlilik edə bilərsiniz. Məsələn, böyük şkaf qapıları üçün şüşə hissələr əlavə edib , gözəl görünüş yarada bilərsiniz. Bundan əlavə, şkafın üzərində üç ölçülü naxışlardan, qapısında isə parça ilə örtülmüş detallardan istifadə edə bilərsiniz. Evdə hökm sürən atmosferə görə təyin edə biləcəyiniz bu dizaynda, yaradıcı olmaqdan qorxmamalısınız! Əlavə olaraq, qapının funksiyasını dəyişdirərək şkaf üçün daha praktik bir istifadə şəkli təyin edə bilərsiniz. Məsələn, dar bir yerdə istifadə etdiyiniz irəli açılan qarderob qapısını götürün. Qarderobunuzun qapısını sürüşmə qapı ilə əvəz edərək özünüz üçün boş bir yer təyin edə bilərsiniz. Əlbəttə, sırada şkafın qulpu gəlir. Qeyri-sabit mebel olan şkaflarla tutacaqlar sayəsində təmas qura bildiyimiz üçün qulp seçimi çox vacib bir meyara çevrilir. Məsələn, gün ərzində tez-tez istifadə etdiyiniz mətbəx şkafı üçün təmizlənməsi asan, bəlkə də dirsəyinizlə açılacaq qədər geniş tutacaqlar seçə bilərsiniz.


Evin gizli qəhrəmanı masalar və qəhvə masaları

Əslində evdə çox yer tutan masalar və qəhvə masaları tək bir məqsədlə məhdudlaşmır. Bəzən eyni masada səhər yeməyi yeyərkən komputerimizdən istifadə edə bilərik. Və ya qəhvə masasının altını evin yaramaz pişiyi sığınacağa çevirə bilər. Buna görə də, dəyişən həyat ehtiyaclarımıza uyğun olaraq yeniləyə biləcəyimiz masalar və qəhvə masalarına çox fərqli funksiyalar təyin edə bilərik. 

Mebellərimizi necə yeniləyə bilərik? 578


Mebellərin yenilənməsi üçün istifadə edilə bilən materiallar

Hər küncdə qiymətli xatirələrinizi qoruyan mebellərinizi yeniləyərkən xəyallarınızı reallaşdırmaq üçün fərqli texnikalardan istifadə edə bilərsiniz. Evinizdə istədiyiniz rəng birləşmələrini parça və ya mebel çərçivəsində istifadə edə bilərsiniz. Fərqli bir görünüş üçün, qızılı və ya gümüşü tonlarda bir rəng seçə bilərsiniz. Masalardakı və qəhvə masalarındakı böyük çatları epoksid adlı qatranla örtərək fərqli bir görünüş yarada bilərsiniz.


Mebel yenilənməsi üçün Cagir.az-ın bazasındakı olan təcrübəli mebel ustalarına müraciət edə bilərsiniz. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Mebellərimizi necə yeniləyə bilərik? 578

Share:

fb_iconlinkedin_icon