Mebelin yapışqan ləkələrdən təmizliyi

2021-07-21

Baxış: 13695

Mebelin yapışqan ləkələrdən təmizliyi

Super yapışqandan istifadə edən zaman palıd agacından olan masanıza bir az tökmüsünüz. Oğlunuz taxta şkafına stikerlər yapışdırıb və indi onları çıxartmaq istəyir. Parketin üzərində damla və yapışqan ləkələrini gördünüz. Onlardan necə can qurtarardınız? Mebeldən bu ləkələri təmizləmək üçün bir neçə əlverişli yollar var.

cagir.az -Mebelin yapışqan ləkələrdən təmizliyi


Ümumi tövsiyələr

Xüsusi yapışqan növlərinin təmizlənməsi ilə bağlı ən yaxşı məsləhət üçün yapışqan istehsalçısına müraciət edin. Yapışqan qutusunu atmamısınızsa əgər ilk öncə tövsiyələr üçün qutuda olan izahat vərəqəsinə baxın və istehsalçının veb saytından yararlanın. Ən yaxşısı isə bunun baş verməsinin qarşısını almaqdır. İlk növbədə ən etibarlı həllərdən başlamalı və daha güclü həllərə keçməlisiniz. Mebellərinizin üzərində bir şey sınamadan əvvəl təmizləməyə çalışdığınız mebelin kiçik, gözə çarpmayan bir hissəsində sənamağə məsləhət görürük. Taxta mebel və döşəmələrin çoxunun lak və ya poliuretan kimi bir səthə sahib olduğunu unutmayın.


Portağal əsaslı təmizləyici

İlk müdafiə xəttiniz kimi narıncı rəngli bir təmizləyici istifadə edin. Bu xüsusilə kiçik yapışqan ləkələrdə daha yaxşı nəticə görsədəcək. Yapışqanı həll etmək üçün həqiqi portağal qabığından da istifadə edə bilərsiniz. Qabığı ləkəyə sürtün, 10-15 dəqiqə gözləyin, sonra təmiz bir bezlə silin.


cagir.az -Mebelin yapışqan ləkələrdən təmizliyi


Vazelin

Mebel üzərində olan bir yapışqan üçün vazelini yapışqan üzərinə sürtün və bir neçə saat və ya bir gecə gözləyin. Bu yapışqanı yumşaldacaq sonra isə onu təmiz bir parça ilə sürtün. Vazelin əlbəttə ki, yağ əsaslıdır və buna görə də diqqətli olub yağ ləkələrinin yaranmaması üçün onu süfrələrinizdən və parça əsaslı əşyalarınızdan uzaq tutun.

 

Qab sabunu

Yapışqan təmizlənməsində təsirli olan tətbiqetmələr arasında olduqca faydalı bir məhsuldur. İsti su ilə qarışdırılmış vəziyyətdə bir bezin köməyi ilə mebeldəki ləkələnmiş yerə tətbiq olunur. Nəm vəziyyətə gəlməsi üçün bir müddət gözlədikdən sonra sürtülür. Sonra təmiz su ilə təmizlənir və qurudulur.

Yüngül örtüklü taxta səthlərdə və ya döşəmələrdə qab sabunundan və az miqdarda isti sudan istifadə edin. Daha sonra nəmli bir parça ilə həmin səthi təmizləyin.

 

Spirt ilə təmizləmə

Spirt ilə təmizləmə bir çox etiket yapışdırıcısı üçün təsirli bir dərmandır. Spirt ilə pambıqı və yaxud pambığı olan çubuğu nəmləndirin, sonra yapışqan çıxana qədər ləkəni sürtün. Ləkələnmiş səthdə spirt istifadə etdikdən sonra nəmli bir parça və az miqdarda qab sabunu ilə ovmaq da kömək edə bilər.

cagir.az -Mebelin yapışqan ləkələrdən təmizliyi


Təmizlik hər zaman vacibdir!

Əgər vaxtınıza qənaət etmək və təmizlik işini peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın təmizlik xidmətinə əminiklə müraciət edə bilərsiniz. Bir neçə klik ilə icraçımız qapınızda! Təmizlik xidmətindən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.



 

Share:

fb_iconlinkedin_icon

Related Posts

Temizlik Firmaları Azərbaycanda

Temizlik Firmaları Azərbaycanda

Housekeeping service

2024-07-25

Matrası bu üsullarla təmizləyin!

Matrası bu üsullarla təmizləyin!

Housekeeping service

2023-09-15

Yuxuda ev süpürmək nədir?

Yuxuda ev süpürmək nədir?

Housekeeping service

2023-08-07

Evdə dərin təmizlik necə olmalıdır?

Evdə dərin təmizlik necə olmalıdır?

Housekeeping service

2023-07-21

Geyimlərin quru təmizlənməsi

Geyimlərin quru təmizlənməsi

Housekeeping service

2023-04-20

Ev təmizliyində pərdə yuma xidməti

Ev təmizliyində pərdə yuma xidməti

Housekeeping service

2023-04-09

Təmirdən sonra təmizlik xidməti

Təmirdən sonra təmizlik xidməti

Housekeeping service

2023-03-25

Cagir.az zəng et

Qiymət sizə SMS vasitəsilə ilə göndəriləcək