2020-10-31
Baxış: 10783
Hansı sıxlıqla masaj qəbul olunmalıdır?
Masaj qəbul etmək əksəriyyətimizin “istirahət etmək” olaraq düşünüdüyümüz şeydir. Buna səbəb kimi aylıq büdcəmizdə həftəlik və ya iki həftədə bir masaj qəbuluna kifayət qədər yer olmamağını misal gətirmək olar. Lakin unutmayın - maliyyəniz sıxdırsa, bu əzələlərinizin də mütləq sıx olmalıdır mənasına gəlmir. Sadəcə kiçik bir araşdırma etdikdə, masajın bədəniniz üçün nə qədər VACİB və FAYDALI olduğunu görəcəksiniz. Elə isə gəlin həyat tərzimizdən asılı olaraq hansı sıxlıqla masaj qəbul etməli olduğumuzu aydınlaşdıraq.
- Hamiləsinizsə: Ayda 2 dəfə
Hamilə olduğunuz zaman, ehtimal olunur ki, kilo alacaqsınız. Beləliklə, təzyiqin çoxu iri oynaqlarınıza - çanaqlarınız, dizləriniz və belinizə düşəcəkdir. Masaj bu təzyiqi azaltmağa kömək etməklə yanaşı, ananın rahat yuxuya getməsi və daha asan hərəkət etməsinə yol açacaqdır. Yalnız ilk üç aylıq dövrdən sonra sifariş etdiyinizdən əmin olun. Doğuşdan sonra isə övladınızın həkim məsləhətilə mütəmadi masaj qəbulu isə tövsiyyə olunandır.
- Yuxusuzluqdan əziyyət çəkirsinizsə: Ayda 4 dəfə
Masaj qan dolaşımını artıraraq, parasimpatik sinir sisteminin aktivləşdirir və bu şəxsə rahatlıq gətirərək yuxusuzluğu aradan qaldırır. Beləliklə, gecələr könülsüz olaraq gecə bayquşları ilə “danışanlardansınızsa”, həftəlik masaj sizə yuxuya getməyə kömək edəcəkdir. Bunun üçün Cagir.az-ın Relax Masajı xidmətindən yararlana bilərsiniz. Təcrübəli, peşəkar masajist ev şəraitində sizə relax, rahatlayıcı masaj xidmətini göstərəcəkdir. Bu xidmət yalnız Qadınlar üçün nəzərdə tutulmuşdur.
- Həftədə 40+ saat masa arxasında əyləşirsinizsə: Ayda 2 dəfə və ya Aylıq
Son zamanda olduqca məşhurlaşan və ifrat oturaq həyat tərzi səbəbindən ortaya çıxan osteoxondroz, kifoz və s. kimi xəstəliklərin qarşısını almaq həyatımızın arzuolunmaz hissəsinə çevrilmişdir. Bu tipli xəstəliklərin ortaya çıxması ən son anda baş verdiyindən, ən azı ayda bir dəfə profilaktik müalicəvi masaj tövsiyyə olunur.
- Əgər siz idman cəngarəvisinizsə: Ayda 4 dəfə
Araşdırmalar göstərir ki, tərdən tər tökənlərin hər zaman sıx əzələ toxumalarını genişləndirib uzadılmasına ehtiyacı vardır. Bununla həftəlik seanslar qəbul etməklə siz, xüsusi əzələ qruplarını hədəf ala bilərsiniz. Məsələn, futbolçuların ağır ayaq idmanından sonra əzələlərinin bərpa olunması kimi.
- Əgər özünüzü stresli hiss edirsinizsə: Ayda 4 dəfə
Gecə yuxusunun, mədə-bağırsaq sisteminin və hətta avtoimmun sisteminin bir başa əlaqəli olduğu bu narahatlığı həftədə 1 saat ayırmaqla aradan qaldıra bilərsiniz. Bunun üçün Cagir.az-ın Relax Masajı xidmətindən yararlana bilərsiniz. Təcrübəli, peşəkar masajist ev şəraitində sizə relax, rahatlayıcı masaj xidmətini göstərəcəkdir. Bu xidmət yalnız Qadınlar üçün nəzərdə tutulmuşdur.
Related Posts
Uşaq masajının faydaları
Massage
2023-10-03
Masaj növü və faydaları
Massage
2022-11-14
Skolioz növləri və müalicəsi
Massage
2022-05-08
Osteoxondroz nədir və onun növləri hansılardır?
Massage
2022-04-18
Kifoz növləri və müalicəsi
Massage
2022-04-13
Üz yoqası nədir
Massage
2022-01-19
Osteoxondroz masajı
Massage
2022-01-09
Ofis Masajı nədir və nə üçün mütləq lazımdır?
Massage
2021-12-06
Selülit masajı nədir?
Massage
2021-07-04
Uşaq masajı necə edilir və faydalıdırmı?
Massage
2021-05-09