2020-10-31
Baxış: 8513
Bir otağı necə sərinləşdirmək olar?
Havaların istiləşdiyi və artıq axşam sərinliyini həsrətlə gözlədiyimiz bu günlərdə sərinləmə ehtiyacını günün hər vaxtında hiss etməyə başladıq. Xüsusilə virus səbəbilə özümüzün və ətrafımızdakıların sağlığını qorumaq məqsədilə mümkün qədər evdə qalmağı seçdiyimiz bu zamanda evin içində çox zaman keçirdirik. Bəs get gedə daha da istiləşən havada evdə qalarkən necə sərin və fərah bir otaq atmosferi yarada bilərsiniz? Aşağıda bu problemin həll yollarını araşdırmışıq.
Kondisionerinizdə nasazlıq var? Və ya kondisioner quraşdırma xidməti axtarışındasınız? Təcrübəli cagir.az ustalarımız ev və ofisinizdəki kondisionerlərin təmiri, quraşdırılması, qaz vurulması və yuyulmasını yüksək səviyyədə edəcəkdir. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
1. Evdə bir hava axımı yaradın
Ən çox bilinən sürətli sərinləmə üsulu - bir hava axımı yaratmaqdır. Bir otaqda xüsusilə bir-birinə əks pəncərə və qapıları açıq qoymaq lazımdır. Ancaq bunu edən zaman qapılarınızın sürətlə bağlanıb zərər görəcəyini və bu hava axınının sizi birdən soyudaraq sağlıq problemləri yaşaya biləcəyinizi unutmayın. Kondisionerdən təsirlənən birisinizsə, bu üsul sizin üçün riskli ola bilər. Bu səbəblə müəyyən aralıqlara bu üsulu istifadə edərək evinizi həm havalandıra, həm də sərinlədə bilərsiniz.
Kondisioner təmiri, quraşdırılması, qaz vurulması və yuyulması xidməti üçün əminliklə cagir.az-a müraciət edə bilərsiniz. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
2. Bədən temperaturunu aşağı salın
Əgər evdə sıxılırsınız və artıq evə edə biləcəyiniz hər hansı bir müdaxilə sizi sərinlətmirsə bədən temperaturunu aşağı salmağı yoxlaya bilərsiniz. Bunun üçün həm soyuq bir duş qəbul edə bilərsiniz. Nəticədə ən azından bir neçə saat özünüzü gümrah və sərinliyi hiss edəcəksiniz.
3. Pərdələr ən yaxın dostunuzdur
Evin içinə girən günəş şüaları evin istiliyini artırır. Bu səbəblə pəncərəni açsanız, belə pərdələri bağlamağı unutmayın. Pərdələr qapalı olsa belə içəri girən hava axınına mane olmaz. Gün işığından faydalanmaq bugünlərdə biraz neqativ olsa da ən azınnan evdə günəşin yandırıcı təsirini hissetməmiş olacaqsınız.
4. Nəmişliyi aşağı salan texnologiyalardan faydalan
İsti havalarda sizi ən çox sıxan nəmişlikdir. Bu səbələ otaqdakı nəm faizini daha sağlıqlı bir səviyyəyə sala biləcək texnologiyalardan faydalana bilərsiniz. Nəmi azaldan aparatlar köməyi ilə evinizdə çöldə olan sıxıcı havadan başqa bir atmosferdə olacaqsınız. Eyni zamanda dəniz duzu kimi təbii nəm azaldan üsullardanda istifadə edə bilərsiniz.
5. Az və ya sürətli yemək bişirin
Mətbəx evin ən isti otaqlarında biridir. Gün ərzində mütəmadi olaraq yemək bişən bir yerdə yaranan istiliyi təsəvvür edə bilirsiniz. Aspiratoru işlətmək bu istiliyi biraz da olsa aşağı salacaqdır. Amma mətbəxdə olan qaz peçi və s. kimi istilik verən bir çox avadanlıq eyni anda işləyəndə bu istilik bütün evə yayılır. Bu səbəblə mətbəxdə yemək bişirərkən sərf etdiyiniz zamanı planlı formada edib ən az vaxta salmaq lazımdır.
6. Komputeriniz ilə çox zaman sərf etməyin
İşləyən zaman içində olan ventilyatorlara baxmayaraq daha çox istilənən komputer və ekranlar ətrafındakı balansıda poza bilir. Xüsusilə komputeri güclü rejimdə işlətdikdə daha çox istilənir və bu istilik sizə də təsir edir. Əlavə olaraq bir evdə birdən çox komputer işləyərsə - bu istilik qat-qat çox olur. Ona görə evin sərin olduğu zamanlarda komputeri istifadə etməyinizi məsləhət görürük.
Related Posts
Bürcünüzə əsasən evinizi seçin
Home Decoration
2022-03-13
Təbii daşlarla evinizin enerjisini artıracaq dekorasiya təklifləri
Home Decoration
2021-04-19
Lazer epilyasiyası haqqında vacib məqamlar
Home Decoration
2020-11-14
Evdəki toz sağlığımız üçün hansı təhlükələri yaradır?
Home Decoration
2020-11-05
Köhnə əşyalardan Retro üslub yaradaq
Home Decoration
2020-10-31
Pastel çalarları ilə evinizə rəng əlavə edin
Home Decoration
2020-10-31
8 təbii ağcaqanad qovan bitkilər
Home Decoration
2020-10-31
Ev dekorasiyasında ideal mebel ölçüləri
Home Decoration
2020-10-31
Qonaq otağını aşağı büdcə ilə yeniləmək
Home Decoration
2020-10-31
Evdə bitki yetişdirərkən ən çox edilən səhvlər
Home Decoration
2020-10-31