2021-ci ilin rənglərindən ilham alın

2021-04-13

Baxış: 4242

2021-ci ilin rənglərindən ilham alın

Hər ilin dekabr ayında dizayn həvəskarları Pantone-nun ilin rəngi olaraq hansı çalarları seçəcəyini öyrənmək üçün səbirsizliklə gözləyirlər. Fərqli ünsürlərin həm qalıcı, həm də yüksəldən bir güc və ümid mesajı ifadə etmək üçün necə bir araya gəldiklərini vurğulayaraq, bunun tək bir rənglə əlaqələndirilə bilməyəcəyini söyləyərək iki çalar elan etdilər. Seçilən iki rəng 'Ultimate Grey' boz və 'Illuminating' adı altında sarı bir kölgədir. Pantonenin fikrincə, boz ton "əbədi və möhkəm təməl təmin edən etibarlı elementlərin simvolu", sarı ton isə "canlılıqla parlayan parlaq və şən sarı, günəş enerjisi ilə dolu isti sarı kölgə" deməkdir.

cagir.az -2021-ci ilin rənglərindən ilham alın


Pantone'-a görə, parlaq, şən bir sarı ilə qoşalaşmış torpaq çaları olan boz həm qalıcı, həm də canlandırıcı bir güc və ümid mesajı verir. 2021-ci ilin bizim üçün nələr hazırladığını dəqiq bilməyin bir yolu olmasa da, "nihai (son) boz" və "işıq saçan sarı" nın dəstəklədiyi güc və ümid mesajını qəbul etmək əlbəttə ki, hamımıza xeyir verəcəkdir.

Pantone tərəfindən verilən bu açıqlamalar rəngin divardakı kölgədən və ya yataq örtüsündəki bir rəngdən çox məna daşıdığını bir daha sübut edir. Evlərimizdə istifadə etdiyimiz rənglərin mənası, bizə ötürdükləri enerji və yaratdıqları atmosfer üçün rəngləri necə daha dəqiq istifadə edə biləcəyimizi araşdıraq. Gəlin bu iki rəngi necə uyğunlaşdıra biləcəyimizi düşünək.

 

Ev Dizaynında Boz və Sarı

Sarı və boz rənglərin seçilmiş tonu, evdəki istənilən otaqda əhval-ruhiyyəni tənzimləmək üçün günəş işığı və pozitivlik əlavə edən əla kombinasiyadır. Bu iki rəngi masa örtüklərində, yataq örtüklərində, yastıqlar və ev aksesuarlarında birləşdirmək əla fikirdir. Qapını parlaq sarı rəngə boyayıb, xarici örtüyünü isə möhkəm və etibarlı boz rənglə dəstəklənməsin təmin etməklə isti və səmimi bir mesaj vermək olar. Evdəki və ya ticarət məkanındakı hər hansı bir ofis üçün sarı rənglə boz rəngin birləşməsi şüuru və intuisiyanı artıran, intellektual maraq, özünəməxsusluq yaradır.

 

İşıqlandırıcı Sarı

Pantone cüt rəngli uyğunluğunu birlikdə və ya uyğun ərazilərdə təkbaşına istifadə edə bilərsiniz. Üstəlik cəsarətli rəngləri görməyə alışmadığımız bölgələr, işıqlandırıcı sarı ilə tamamilə fərqli bir atmosfer əldə edə bilər.

cagir.az -2021-ci ilin rənglərindən ilham alın  

Boz rəng

Boz ev dekorasiyasında ən çox seçilən rənglərdən biridir. Bilirik ki, xüsusilə divan dəstlərində bozdan vaz keçə bilməyənlər çoxdur. Əgər artıq boz rəngli bir divanınız varsa, onu işıqlandıran sarı yastıqlarla rəngləndirə və ya təkcə bu rəngdə üstünlük təşkil edən bir dekorasiya yarada bilərsiniz.

 

Rənglərin istifadəsi

Əlbətdə ki, divar bəzəyini zəhmət çəkmədən daha maraqlı etmək istəyənlərin seçim edə biləcəyi alternativlərdən biri də rəsmdir. Boz və sarı rəngli bir rəsm alıb divarınıza asa bilərsiniz. Divarlar üçün əvəzolunmaz sayılan çərçivələr də bu vəzifəyə hazırdır! Bu iki rəng üçün evinizdə yeni çərçivələr satın alaraq və ya mövcud çərçivələrinizi 2021 Pantone rəngində boyayaraq evinizdə yer verə bilərsiniz. Əlbətdə ki, istəsəniz, şamdanlar kimi dekorativ məhsullardan da istifadə edib evinizə rəng qata bilərsiniz.


Və unutmayın ki, evinizin təmizliyi hər şeydən vacibdir!

Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.

Share:

fb_iconlinkedin_icon