
2020-10-31
Baxış: 4443
Xalçadakı ləkəni təmizləyəcək 6 üsul
Xalçadan çay ləkəsi necə təmizlənər deyə düşünürsünüzsə, bu yazımızdan sonra düşünməyəcəksiniz. Xalça yuma şirkətlərinə xalçalarınızı göndərməzdən qabaq, çox asan şəkildə ləkəni öz üsullarınızla təmizləyə bilərsiniz. Üstəlik də evinizdə olan vasitələrlə bunu edə bilərsiniz.
Bəzən istəmədən yəqin ki xalçaya çay, kofe, meyvə suyunu tökmüş olmusunuz. Bu isə xalçanının üzərində ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.
Xalçanızdakı çay ləkələrini aradan qaldıracaq təsirli üsulları sizlər üçün bir araya yığdıq.
Əgər sizə evdə və ya ofisdə xalça yuma xidməti lazımdırsa, o zaman Cagir.az-ın icraçıları öz avadanlıqları və yuyucu vasitələri ilə xalçanızda heç bir ləkə buraxmadan işini peşəkarcasına görəcəklər. Əlaqə nömrəsi: +994703482606.
1. Sirkəli su
Xalçadakı çay ləkəsi sirkə ilə necə təmizlənər? İndi bu sualınıza cavab verəcəyik. Ağ sirkə və ilıq suyu qarışdırıb, sprey şüşənin içərisinə tökün. Ləkəli sahəyə bu hazırladığınız məhluldan bir neçə dəfə püskürdün. Bir neçə dəqiqədən sonra isə soyuq bir bez ilə ləkəni təmizləməyə çalışın. Addım-addım təmizlədikcə ləkə gedəcəkdir. Əgər ilk təmizləmədə bir az ləkə qaldısa, spreydən bir neçə dəfə yenidən istifadə edə bilərsiniz.
2. Qabyuyan maşın parıldadıcısı
Bir anlıq fikirli olub xalçaya çay dağıtdınızsa, narahat olmayın. Dərhal həmin çay tökülən sahəyə qabyuyan maşın parıldadıcısından bir az tökün və bir saat gözləyin. Bir saatdan sonra isə soyuq suda yaxalanmış bir dəsmal ilə bu sahəni təmizləyin. Dairəvi hərəkət edərək təmizləsəniz, çay ləkəsinin yox olduğuna şahid ola bilərsiniz.
3. Soda və isti su
Xalçadan şirinçayı necə təmizləyim deyə düşünürsünüzsə, sodalı su köməyinizə çatacaq. Çay tökülən bölgə üçün kiçik bir qabın içərisində soda və ilıq su qarışımı hazırlayın. Bu qarışımı ləkəli bölgəyə tökün və bir müddət gözləyin. Daha sonra isə ilıq suda yaxalanmış bir dəsmalla bu sahəni sürtün. Soda bir çox sahədə təsirli olduğu kimi xalça təmizliyi mövzusunda da öz sözünü deyəcəkdir.
4. Ağ sabun
Kiçik ləkələrin təmizlənməsinə kömək edən ağ sabun, xalçanızda olan kiçik ləkələrin təmizlənməsinə kömək edəcəkdir. Xalçaya tökülən çaya qarşı ağ sabundan dərhal istifadə etsəniz, xalçanızda ləkənin qalmasına icazə verməyəcək. Çay ləkəsi olan sahəyə sabunu sürtün və 10 dəqiqə gözləyin. Sonra isə ilıq suda yaxalanmış bir bezin köməkliyi ilə sabunlu sahəni dairəvi hərəkətlərlə təmizləyin. Yavaş-yavaş xalçanızda olan çay ləkələrini yox edəcəkdir.
5. Qazlı su
Xalçadan qurumuş çay ləkəsi necə çıxar? Əlbətdəki qazlı su ilə! Qazlı su quruyan ləkələri yumuşaldır və təmizlənə biləcək vəziyyətə gətirir. Ləkə olan xalçaya qazlı su tökün. Bir neçə dəqiqə gözləyin. Xalçanın üzərində qısa müddətli köpük əmələ gələcəkdir. Bu prosesdən sonra isə təmiz və ilıq suda yaxalanmış bir bezin köməyi ilə xalçanı sürtün. Ləkənin xalçadan yox olduğunu görəcəksiniz.
6. Yuyucu vasitə və Sirkə
Yuyucu vasitələr təmizlik mövzusunda hər evin qəhrəmanlarıdır. Bu xalçaya tökülən çay ləkələri üçün də keçərlidir. Çay ləkəsini yox etmək üçün bir qabın içərisində bir fincan sirkə, bir az isti su və qab yuyucu vasitə qarışımını hazırlayın. İstəsəniz paltar yuyucu vasitədən də istifadə edə bilərsiniz. Bu qarışımı ləkə olan sahəyə tökün və təmiz bir dəsmal ilə xalçanı təmizləyin. Daha sonra isə uzaq məsafədən saç qurutma feni ilə təmizlədiyiniz bölgəni qurudun. Əvvəl və sonranın fərqini dərhal hiss edəcəksiniz.
Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.
Oxşar Yazılar

Təmizlik Xidmətləri Üzrə Müqavilə Bağlamazdan Əvvəl Nələri Bilməlisiniz?
Təmizlik xidməti
2024-11-25

Niyə kompleks xidmətlər biznesin uğur açarıdır?
Təmizlik xidməti
2024-09-03

Temizlik Firmaları Azərbaycanda
Təmizlik xidməti
2024-07-25

Matrası bu üsullarla təmizləyin!
Təmizlik xidməti
2023-09-15

Yuxuda ev süpürmək nədir?
Təmizlik xidməti
2023-08-07

Evdə dərin təmizlik necə olmalıdır?
Təmizlik xidməti
2023-07-21

Həşaratlara qarşı dezinfeksiya niyə vacibdir?
Təmizlik xidməti
2023-07-05

İş masasını hər gün təmizləməyin sağlamlığa təsiri
Təmizlik xidməti
2023-05-16

Geyimlərin quru təmizlənməsi
Təmizlik xidməti
2023-04-20

Ev təmizliyində pərdə yuma xidməti
Təmizlik xidməti
2023-04-09
Kateqoriyalar
