2021-06-07
Baxış: 8328
Paltaryuyan maşınının daxili təmizliyi
Paltaryuyan maşın necə təmizlənir? sualını çoxlarının verdiyini eşidirik. Paltaryuyan maşınlar evimizdə davamlı istifadə etdiyimiz vasitələrdən biridir. Paltarımızı və ev əşyalarımızı tez-tez paltaryuyan maşınla yuyuruq. Bu səbəbdən paltaryuyan maşınları təmizləmənin praktik yollarını mütləq bilməliyik. Paltaryuyan maşının digər maşınlar kimi təmizlənməsi lazımdır. Ancaq paltaryuyan maşınların baxımına çox vaxt diqqət yetirilmir.
Uzun müddət yuyulan paltarlar və yığılmış çirklər maşının köhnəlməsinə səbəb olur. Mütəmadi olaraq təmizlənməyən maşınlar problem yarada bilər. Paltarlarınızı təmizləyən bu əşya paltardan gələn tozdan çirklənir. Yuyarkən özünü təmizlədiyi düşünülsə də, görünməyən hissələrin də təmizliyə ehtiyacı olduğunu unutmamalıyıq.
Tozlu mühitlərdə işləyirsinizsə və iş paltarınızı daim paltaryuyan maşında yuyursunuzsa, yuduqdan sonra qapaq hissəsinə nəzər salmanızı məsləhət görürük. Qapağın olduğu qoruyucu rezinin və şüşənin tozlu olduğunu görəcəksiniz. Bu çirkləri asanlıqla təmizləmək üçün sizinlə praktik məlumatları bölüşəcəyik.
Paltaryuyan maşınınızda nasazlıq var? Təcrübəli Cagir.az ustaları paltaryuyan maşınların təmirini, quraşdırılmasını, detal dəyişimi və həmçinin texniki baxışını yüksək səviyyədə edəcəkdir. Sadəcə bir neçə kliklə usta qapınızda! Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Alma sirkəsi və su
Paltaryuyan maşınınız daima işlədiyindən içinin və barabanının çirklənməsi normaldır. Paltaryuyan maşının barabanının təmizlənməsi və daxili təmizlənmənin bir çox üsulu var. Əlbəttə ki, müntəzəm təmizlənən maşınların ömrü uzanacaqdır. Paltarların üzərindəki toz və yunlar qısa proqramlar ilə yox ola bilməz. Bu, maşının barabanının və rezininin çirklənməsinə səbəb olacaqdır. Belə hallarda, alma sirkəsi və sudan istifadə edərək paltaryuyan maşının barabanını təmizləyə bilərsiniz.
Etməli olduğunuz prosedurlar haqqında danışırıqsa: Hər şeydən əvvəl, bir qabda bərabər şəkildə sirkə və su qarışığı hazırlamalısınız. Bu qarışığı bir parçanın köməyi ilə götürərək, maşının içini silə bilərsiniz. Daha təsirli bir həll yolu üçün bu qarışığı maşının içərisinə töküb qısa bir müddətdə işlədə bilərsiniz. İşləyərkən sirkəli su bütün boruların içərisindən keçərək, tozları və tükləri təmizləyəcək. Maşının ömrünü uzatmaq və daha səmərəli istifadə etmək üçün bu metodu ayda bir dəfə tətbiq edə bilərsiniz.
Soda və sirkə
Paltaryuyan maşının barabanını təmizləmək üçün soda və sirkə qarışığından istifadə edə bilərsiniz. Sodanın əşyalara zərər vermədən təmizləmək xüsusiyyətini hər kəs bilir. Sodanın həlledici təsiri ilə paltaryuyan maşının barabanını effektiv şəkildə təmizləyə bilərsiniz. Böyük bir stəkanın içərisinə sodanı tökün və içinə stəkan dolana qədər sirkə əlavə edin. Ağ sirkəyə üstünlük verməyinizi məsləhət bilirik. Lakin evinizdə başqa bir sirkə varsa, onu da təmizləmək üçün dəyərləndirə bilərsiniz. Soda və sirkəni qarışdırdıqdan sonra maşının içinə tökməlisiniz. İstəsəniz yuyucu bölməsinə də əlavə edə bilərsiniz. İsti və qısa bir proqramda maşını işlədin. Paltaryuyan maşının barabanının təmizlənməsi zamanı çox uzun yuma proqramlarından istifadəyə ehtiyac yoxdur. Çirkli paltarları yuyarkən bu üsuldan asanlıqla faydalana bilərsiniz.
Ağ sirkə və limon duzu
Limon duzunun ərp təmizləmə xüsusiyyəti var. Sirkə ilə birləşdikdə maşını təmizləyəcək bir qarışıq yaranır. Sudan yaranan ərpi təmizlədiyi kimi, paltaryuyan maşının barabanını da təmizləməkdə uğurlu olacaq. Bir qabın içərisində iki xörək qaşığı limon duzu ilə bir stəkan ağ sirkəni qarışdırın. Limon duzunun əriməsini gözləyin. Sonra bu qarışığı maşının içərisinə və ya yuyucu hissəyə əlavə edin. Paltaryuyan maşını isti proqramda işlədin və bu təsirli maddələrin maşını təmizləməsini gözləyin. Bu üsulu ayda bir dəfə tətbiq edərək maşını təmizləyə bilərsiniz.
Ağardıcı
Paltaryuyan maşının hər bir hissəsinin təmizlənməsi lazımdır. Xarici səthi, yuyucu bölməsi zaman keçdikcə çirklənməyə başlayır. Nəm bir parçadan istifadə edərək, bir neçə damcı ağardıcı ilə maşını təmizləyə bilərsiniz. Təmizlik zamanı əlcək və maska taxmalısınız. Sağlamlığınız həmişə ön planda olmalıdır. Bir qabda bir neçə damcı ağardıcı ilə ilıq suyu qarışdırın. Bu qarışıqdan istifadə edərək paltaryuyan maşının barabanını təmizləyə bilərsiniz. Ayrıca xarici səthi diqqətlə təmizləyin. Bu üsulla, xüsusilə rezin qoruyucuların içərisini təmizləyə bilərsiniz.
Evlərimiz üçün əvəzolunmaz olan paltaryuyan maşınları mütəmadi olaraq təmizləməliyik. Əks təqdirdə, zamanla yuma xüsusiyyətini itirməyə başlayacaq. Paltarlarınız yuyulsa da çirkləri çıxmaya bilər. Başqa sözlə, vaxt keçdikcə paltaryuyan maşınlardan istənilən effektivliyi almaya bilərsiniz. Belə hallar baş verdiyi zaman cağır.az saytından yararlana bilərsiniz. Paltaryuyan maşının baraban təmizləmə metodlarını tez-tez tətbiq etməli və maşınlarınızı qorumalısınız. Daha təmiz paltarlara sahib olmaq istəyən hər kəsin mütəmadi şəkildə təmizlik etməsi vacibdir.
Təmizlik həyatımız üçün çox vacibdir. Təmiz paltarlar, təmiz maşınlar və evlər motivasiyanızı artıracaq şeylərdir. Nə olursa olsun, nizamlı bir həyat üçün təmizliyinizə diqqət yetirməlisiniz.
Vaxtınıza qənaət etmək istəyirsinizsə, evinizin təmizlik işlərini cagir.az-ın peşəkarlarına əminliklə həvalə edə bilərsiniz.
Sadəcə bir neçə kliklə usta qapınızda! Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Oxşar Yazılar
Mobil Kondisioner Təmizliyinin Əhəmiyyəti
Usta xidməti
2024-12-10
Niyə Kombi Yuyulması Vacibdir?
Usta xidməti
2024-12-03
Niyə Texniki Baxış Xərc Deyil, İnvestisiyadır?
Usta xidməti
2024-11-27
Kombi Sisteminizdəki Enerji İtkisini Necə Azaltmaq Olar?
Usta xidməti
2024-10-08
Avtomobilə qulluq: Qış mövsümündən əvvəl nə etməli?
Usta xidməti
2024-10-03
Qışa Hazırlıq: Kombi Sistemlərinin Vaxtında Baxımı Niyə Vacibdir?
Usta xidməti
2024-09-26
Səyyar Təkər Təmiri Xidməti
Usta xidməti
2024-09-17
Kirayə götürülən ofislərdə təmir və texniki xidmət
Usta xidməti
2024-09-05
Avtomobil üçün təqdim etdiyimiz xidmətlər
Usta xidməti
2024-07-05
Kondisionerin Yuyulması: Mühüm Addımlar və Prosedur
Usta xidməti
2024-07-04