Otaqlara görə işıqlandırma texnikaları

2020-10-31

Baxış: 6686

Otaqlara görə işıqlandırma texnikaları

Evin fərqli otaqlarında hansı işıqlandırma növləri istifadə olunmalıdır?

Evimizə yeni bir lampa almaq istəyib marketə getdiyimizdə, yüzlərlə növ lampa ilə qarşılaşırıq və beynimiz bulanır. Onlarla brend, bir çox fərqli lampa növləri və qablaşdırmalarında yazılan bir-birindən dəyişik rəqəmlər. Bəs bu rəqəmlər nə mənaya gəlir? Hansı otaq üçün hansı lampa ən yaxşı nəticəni verir? Bu yazımızı oxuduqdan sonra evinizin işıqlandırmasını ən üst səviyyəyə çıxardacağınıza şübhəniz olmasın.

cagir.az -Otaqlara görə işıqlandırma texnikaları

 

1-ci addım: Hər otağın funksiyası nəzərinizdə olsun. İşıqlandırma funksiyasını ümumi mənada 3 əsas kateqoriyaya ayırmaq olar:

  • Ümumi otaq işıqlandırılması: Tək bir çilçıraq və ya lampa ilə bütün mühit üçün işıqlandırma.
  • İşləmə / Oxuma işıqlandırılması: İşləmə masası və ya yataq başı kimi yerlərdə oxuma rahatlığınızı artırmaq üçün tətbiq edilən işıqlandırma texnikası.
  • Vurğu işıqlandırılması: Otaqda müəyyən bir sahəni vurğulamaq, ön plana çıxarmaq üçün tətbiq edilən işıqlandırma texnikası. Məsələn, divarda asılan bir rəsmi vurğulamaq üçün led işıqlandırma vasitəsilə göstərə bilərik.

 

Otaqlarınızı, bu texnikaları istifadə edərək, doğru şəkildə işıqlandırmanız üçün əvvəlcə hansı otağı hansı məqsədlərlə istifadə edəcəyinizi təyin etməyiniz lazımdır. Sonra ümumi işıqlandırmanı tamamlayıb, işləmə və vurğu işıqlandırmalarını edə bilərsiniz.

 

Evinizdə fərqli otaqlar üçün bizim məsləhətimiz bunlardır:

Oturmaq otağı: Ümumi işıqlamdırmaya əlavə olaraq otağın künclərində vurğu işıqlandırması etməyiniz otağa başqa bir aura gətirəcəkdir.

Mətbəx: Məsələ mətbəx olanda, işləmə işıqlandırmaları böyük əhəmiyyət kəsb edir. Mətbəx işıqlandırmalarında yaşanılan ən böyük problemlərdən biri mətbəx şkaflarının altında qalan qismlərin qaranlıq qalmasıdır. Mətbəx dəzgahlarınızı işıqlandırmaq üçün açıq rəngdə ledlər həm ekonomik həm də faydalıdır.

Yataq otağı: Yataq otaqlarında edilən ən böyük xəta ümumi işıqlandırmanı tam yatağın üstünə yerləşdirməkdir. Çilçırağı mümkün olduğu qədər yatağınızdan uzaq, geyinmə sahəsinə yaxın yerləşdirin. Yataq başları üçün qəşəng oxuma lampaları və ya çıraq seçə bilərsiniz.

Hamam: Hamam işıqlandırılması yəqin ki, evin ən çətin hissəsidir. İşıqlar doğru yerləşdirilmədiyi halda güzgünü istifadə etmək çox narahat ola bilər. Öz kölgəniz güzgünü istifadə etməyə imkan verməyə bilər. Buna görə tavan işıqlandırılması əvəzinə güzgü ətrafına yerləşdirilən, sizə qarşıdan gələn işıqlar daha əlverişli olacaqdır.

cagir.az -Otaqlara görə işıqlandırma texnikaları


Cagir.az-ın təcrübəli elektrikləri tərəfindən razetka və avtomatın quraşdırılması - dəyişdirilməsi, lüysturların quraşdırılması və təmiri, həmçinin plafon, spot, led işıqların quraşdırılması - dəyişdirilməsi və domofon və gizli kameraların quraşdırılması yerinə yetiriləcəkdir. Sifariş üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.

 

2-ci addım: Düzgün işıqlandırma məhsulları seçmək.

Közərmə lampaları: On illərdir ki, istifadə edilən klassik lampalarla birlikdə istifadə faizi get gedə düşməkdədir.

Flüoresan lampalar közərmə lampalara görə 75% daha qənaətlidir, ancaq rəng tonu olaraq daha soyuqdur. Közərmə lampalara görə daha uzun ömürlüdür.

Ledlər: Ən az flüoresan qədər səmərəli olan ledlər onlardan 3 qat daha uzun ömürlüdür. Ümumi olaraq oxuma və vurğu işıqlandırılmalarında istifadə edilir.

Halogen lampalar gün işığına ən yaxın rəngdə işıq verən lampalardır. Halogen lampalal normal közərmə lampalara nəzərən yüzdə 10-20 arası qənaətlidir.

cagir.az -Otaqlara görə işıqlandırma texnikaları

 


cagir.az -Otaqlara görə işıqlandırma texnikaları

Paylaş:

fb_iconlinkedin_icon