2021-03-22
Baxış: 16380
Nar ləkəsindən xilas olmanın 5 fərqli yolu
Əldəki nar ləkəsini necə təmizləmək olar?
Əldəki nar ləkəsi, ən diqqətli insanın belə qaça bilməyəcəyi ləkələrdən biridir. Çünki insanlar nar suyunu üzərlərinə sıçratmasalar da, əllərin ləkələnməsi qaçınılmazdır. Bəs o zaman, narı zövqlə yedikdən sonra əlimizdə qalan və nə qədər yusaq da asanlıqla çıxmayan nar ləkələrindən necə qurtulacağıq?
Hər şeydən əvvəl, digər ləkələr kimi nar ləkələrinə də mümkün qədər tez müdaxilə etmək vacibdir. Bu səbəbdən nardan axan suyun qoyduğu ləkələri əvvəlcə soyuq su ilə yuyuruq, sonra yox olmayan ləkələri təmizləmək üçün qazlı sudan istifadə edirik və yavaş-yavaş əllərimizi bu qazlı su ilə ovaraq yuyuruq. Nar ləkəsi yox olur, əllərimiz öz rənginə qayıdır.
Əgər sizə evdə və ya ofisdə xalça yuma xidməti lazımdırsa, o zaman Cagir.az-ın icraçıları öz avadanlıqları və yuyucu vasitələri ilə xalçanızda heç bir ləkə buraxmadan işini peşəkarcasına görəcəklər. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.
Qurumuş nar ləkələrini yuyucu vasitə ilə necə təmizləmək olar?
Təxmin etdiyiniz kimi, yuyucu vasitə nar ləkəsi üçün ən çox istifadə olunan həll yollarından biridir. Ancaq bu dəfə yalnız yuyucu tozla yumaq kifayət etməyəcək. Nar ləkəsinin əmələ gəldiyi bölgəni əvvəlcədən bir müddət soyuq suda saxlayın. Qurumuş nar ləkəsini yumşatdıqdan sonra istifadə etdiyiniz ləkə təmizləyən yuyucu vasitəni tökün. Əllərinizə qoruyucu əlcək geyindikdən sonra ləkələnmiş yeri zədələnməmək üçün bu yuyucu vasitə ilə yavaşca ovuşdurun. Sonra yenidən soyuq su ilə yuyun. Ləkənin çıxdığını və ya demək olar ki, görünməyəcəyini görəcəksiniz. Bu prosesdən sonra bölgənin qurumasına imkan vermədən adi qaydada paltaryuyan maşında yumağı unutmamalısınız.
Limon ilə nar ləkəsini necə təmizləmək olar?
İlk müdaxilə üçün yuyucu vasitə əvəzinə istifadə edə biləcəyiniz təbii bir alternativ axtarırsınızsa, əlbəttə ki, təmizlik sahəsində tam bir mütəxəssis olan limondan dəstək ala bilərsiniz. Ləkələnmiş bölgəyə yarım limonun suyunu sıxın və sonra bir müddət gözləyin. Limon suyunu sıxdığınız bölgənin qurumasını gözləmədən ağ, təmiz bir parçanı həmin bölgənin üzərinə sıxaraq, parçaya zərər vermədən sürtün. Sonra qurumadan həmişəki qaydada paltaryuyan maşında tez yuyun.
Parçalardan və paltarlardan nar ləkələri necə təmizlənir?
Geyimlərdən və ya masa və divan örtükləri kimi digər parçalardan nar ləkəsini təmizləmək üçün ağ sirkədən istifadə edə bilərsiniz. Böyük marketlərdən asanlıqla tapa biləcəyiniz ağ sirkə alın və su ilə ağ sirkədən eyni olçüdə töküb qarışıq hazırlayın.
Sonra bu qarışığı bir sprey şüşəsinə tökün və ləkələnmiş yerə bolluca püskürtün. Püskürtmədən sonra ləkələnmiş yeri ya yumşaq bir fırça, ya da təmiz bir ağ parça ilə sürtün. Ləkə çıxarıldıqdan sonra təmiz su ilə yaxşıca təmizləməyi və həm nar ləkəsini, həm də sirkəli su qarışığını təmizləməyi unutmayın. Son olaraq əlbəttə ki, həmişəki kimi paltaryuyan maşında yuyun.
Xalçadan nar ləkəsi necə təmizlənir?
Parçalarda olduğu kimi xalçanın üzərindəki nar ləkəsini təmizləmək üçün ağ sirkə ilə suyun qarışığından dəstək ala bilərsiniz və sprey şüşəsinə doldurduğunuz su və sirkə ilə nar ləkəsini tamamilə təmizləyə bilərsiniz.
Fərqli alternativlər istəsəniz, xalçadakı nar ləkəsinin üzərinə adi sodanı yavaş-yavaş tökərək təmiz bir parça ilə silməklə ləkədən qurtula bilərsiniz. Son olaraq, xalçadakı nar ləkəsini təmizləmək üçün bir stəkan suya bir çay qaşığı soda əlavə edib qarışdırmaq, sonra bu qarışığı bir sprey şüşəsinə doldurmaq, ləkələnmiş yerə püskürtmək və sonra ləkəni bir parça və ya bir fırça ilə təmizləmək olar.
Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme, ofis temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.
Əgər sizə ev və ya ofisinizdə sadəcə hamam təmizliyi xidməti lazımdırsa, o zaman Cagir.az-ın hamam təmizləmə üzrə icraçıları hamamı, sanitar qovşaqları dərindən təmizləyəcəklər. Xidmətə hamam divarının, hamam kafelinin təmizliyi, ləkələrin təmizlənməsi, duş kabinasının yuyulması, cakuzi təmizliyi, vanna təmizliyi, güzgü səthlərin yuyulması, su kranlarının, duşun, əl-üz yuyanın (umivalnik, rakvina), unitazın təmizlənməsi daxildir. Əlaqə nömrəsi: +994703482606.
Oxşar Yazılar
Niyə kompleks xidmətlər biznesin uğur açarıdır?
Təmizlik xidməti
2024-09-03
Temizlik Firmaları Azərbaycanda
Təmizlik xidməti
2024-07-25
Matrası bu üsullarla təmizləyin!
Təmizlik xidməti
2023-09-15
Yuxuda ev süpürmək nədir?
Təmizlik xidməti
2023-08-07
Evdə dərin təmizlik necə olmalıdır?
Təmizlik xidməti
2023-07-21
Həşaratlara qarşı dezinfeksiya niyə vacibdir?
Təmizlik xidməti
2023-07-05
İş masasını hər gün təmizləməyin sağlamlığa təsiri
Təmizlik xidməti
2023-05-16
Geyimlərin quru təmizlənməsi
Təmizlik xidməti
2023-04-20
Ev təmizliyində pərdə yuma xidməti
Təmizlik xidməti
2023-04-09
Təmirdən sonra təmizlik xidməti
Təmizlik xidməti
2023-03-25