Evinizin dəyərini artırmağın 10 yolu

2021-02-27

Baxış: 1561

Evinizin dəyərini artırmağın 10 yolu

Evinizi satmağı və ya kirayə verməyi planlaşdırırsınızsa, marketinqlə müəyyən olunan bir qiymət aralığından çıxmaq mümkün deyil. Lakin, evinizdə sadə tənzimləmələr edərək, evinizin dəyərini artıra bilərsiniz.

 cagir.az -Evinizin dəyərini artırmağın 10 yolu


Evin ürəyi olan mətbəxdən başlaya bilərsiniz

Ev alan zaman mətbəx daha çox diqqət çəkir. Depo sahələri, mətbəx mebelinin yeri, quraşdırılmış mətbəx əşyaları olan, mətbəx sahəsi geniş olan ev almaq və ya kirayəyə götürən zaman vacib meyarlardan dəyişdirməyi düşünə bilərsiniz. Unutmayın ki, bu, uzun müddət ərzində təsirini göstərəcək bir sərmayədir.

 

Mətbəx mebelləri bir növ iş stolu sayıldığından bunun üçün kifayət qədər yerin ayrıldığından əmin olmalısınız. Lazımi dəyişikliklər edərək mebel sahələrini yenidən qura bilərsiniz. Eyni zamanda, mətbəxdə hərəkət etmək üçün bir yer təmin etmək ev ilə maraqlananlar üçün son dərəcə vacib bir meyardır.

 

Evinizi əşya ilə birqə satmaq istəyirsinizsə, o zaman mətbəx texnikasındakı hər hansı bir nasazlığı aradan qaldırsanız, alıcını razı sala bilərsiniz. Cagir.az-ın təcrübəli ustaları təmir işlərini keyfiyyətli və operativ görəcəklər. Müxtəlif usta xidmətlərindən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Döşəmənin təmiri diqqət cəlb edə bilər

Əsasən xalça və mebellə örtülü olduğu üçün görünə bilməyən döşəmə, əslində evinizin dəyərini artıracaq bir meyardır. Döşəmənin köhnəldiyini, xırıldadığını, deformasiyaya uğradığını və ya çox cızıldığını düşünürsənsə, bir yeniləmə edərək evin ömrünü uzada bilərsiniz. Ayrıca mozayka və təbii daş kimi fərqli naxışlı döşəmə evinizin dəyərini artıra bilər.

cagir.az -Evinizin dəyərini artırmağın 10 yolu


Vanna otağı ilə də ev dəyərini artırmaq mümkündür

Evdəki vanna otağının faydalı olmasından əlavə asan təmizlənməsi, estetikası və rahatlığı da vacibdir. Evinizi satmağı və ya kirayə verməyi düşünürsünüzsə, vanna otağınızı təmir ilə daha da yaxşılaşdıra bilərsiniz. Məsələn, sürüşməyən döşəmə, divar tətbiqləri, hərəkət etmək üçün geniş bir sahə və altlıqsız bir duş kabini kimi dəyişikliklərlə daha cəlbedici bir banyo mühiti yarada bilərsiniz. Əminik ki, bu bir çox alıcının diqqətini cəlb edəcəkdir.

 

Antikvar/qiymətli əşyalara yer verə bilərsiniz

Evinizi mebellər ilə satmağı və ya kirayə verməyi planlaşdırırsınızsa, evdə antikvar/qiymətli əşyalara yer verə bilərsiniz. Sənət əsərləri, qiymətli bir rəsm tablosu, xatirəsi olan köhnə mebel kimi bəzi əşyalarla potensial bir alıcının diqqətini cəlb edə bilərsiniz.


Qeyd edək ki, əgər mebelinizə əl gəzdirmək lazımdırsa, o zaman alıcını razı salmaq üçün bunu mütləq etməlisiniz. Bu işdə sizə kömək edəcək Cagir.az-ın təcrübəli mebel ustaları işini keyfiyyətli və operativ görəcəklər. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Qapıların dizaynını da dəyərləndirə bilərsiniz

Evinizdə rəngli qapılara yer verərək evinizin dəyərini artıra bilərsiniz. Xarici qapıda böyük bir dəyişiklik edə bilməsəniz də evin içərisindəki qapıları monoxrom əsas rənglərlə rəngləyə bilərsiniz. Və ya eyvanın qapısında tətbiqi həyata keçirərək bir fərq yarada bilərsiniz.

cagir.az -Evinizin dəyərini artırmağın 10 yolu


Evinizin həyəti varsa, səliqə yarada bilərsiniz

Bağçalı evlərdə gözəl bir mənzərə yaradılması, evi tamamilə fərqli göstərə bilər. Sadə bir daş yol, çəmənliyin biçilməsi, mövsümi çiçəklər, oturma sahəsi kimi həm estetik, həm də faydalı dəyişikliklər yarada bilərsiniz. Əmin olun ki, rahatlıq verəcək bir bağ evinizin olması evinizi tamamilə fərqli göstərə bilər.


Təmizlik işində sizə kömək edəcək Cagir.az-ın təmizlik üzrə icraçıları işini keyfiyyətli, səliqəli və operativ görəcəklər. Xidmətdən yararlanmaq üçün bu linkə daxil ola bilərsiniz. Əlaqə nömrəsi: +994703482606.


Bir rəssam dostunuz varsa, ondan kömək istəyə bilərsiniz

İspaniyalı flamenqo rəqqası Antonio "El Bailarín" Pikassonun dostudur. 1961-ci ildə Picasso dostunun lüks evində qalan zaman, boş hovuzda bir şəkil çəkmişdir. İllər sonra Picassonun əsərinin yerləşdiyi bu ev normal dəyərindən xeyli baha qiymətə satılır. Bunun hər gün rast gəlinən bir hadisə olmadığını bilsək də, bu məlumatı başlığın altına əlavə etmək istədik. Kim bilir, bəlkə sizdə bir gün evinizi dəyərindən çox baha qiymətə sata biləcəyiniz bir sənət əsərinə çevirə bilərsiniz.

cagir.az -Evinizin dəyərini artırmağın 10 yolu


Bir daha qeyd edək ki, əgər evinizdə nasaz əşya varsa, o zaman Cagir.az-ın Usta xidmətindən əminliklə yararlana bilərsiniz. Bunun üçün sadəcə bir kliklə sifarişinizi edə bilərsiniz.

Vaxtınıza qənaət edib, təmizlik işlərinizi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman Cagir.az-ın ev temizleme kimi xidmətlərindən yararlana bilərsiniz. Bir neçə kliklə sifariş edirsiniz, və icraçımız qapınızda! Əlaqə nömrəsi: +994703482606.

Paylaş:

fb_iconlinkedin_icon