Ev təmiri zamanı 4 əsas məqam

2020-10-31

Baxış: 7389

Ev təmiri zamanı 4 əsas məqam

Uzun müddətdir ki, eyni evdə yaşayırsınızsa, ev təmirinə ehtiyac yaranır. Müəyyən zaman sonra qapılar bağlanmır, su turbalarından su axır, çəkməcələr açılmır və s. kimi hallar yaşanmağa başlayır.

cagir.az -Ev təmiri zamanı 4 əsas məqam


Ev təmiri bir növ matroşkaya oxşayır. Təmirə rəngləmə ilə başlayırsınız və bu iş evin istilik sisteminə qədər uzanıb gedir. Bu zaman kədərlənib, bu işlər necə həll olacaq deyə düşünməyin. Ev təmiri necə edilir, iş zamanı diqqət edilməsi, lazım olanlar nələrdir? Gəlin birlikdə nəzərdən keçirdək:

1. Ev təmirinə başlamazdan əvvəl evinizin ehtiyaclarını təyin edin. Vəziyyətin analizi həm büdcənizi tənzimləməyə kömək olur, həm də təmir tam olsun deyə düşünürsünüzsə, heç bir şeyi unutmamış olursunuz.

2. Təmir edəcəyiniz otaqlardakı kiçik əşyaları qutulara yığıb kənarlaşdıra bilərsiniz. Beləliklə, əmələ gələcək toz və kirdən təsirlənməmiş olurlar. Böyük mebellərin üzərini qoruyucu örtük ilə bağlamağınız isə şərtdir.

3. İlk öncə evdə kirli işləri tamamlamadan, təmizliyə başlamayın. Çünki, bu həm çox yorucu, həm də əlverişsiz bir addım olar.

4. Təmir zamanı ustaların yanında olmaq istərmisinizsə, bir tanıdığınızın evində qala bilərsiniz. Ancaq ustaların yanında olub idarəedici olmaq, sonradan bir sürprizlə qarşılaşmamağınıza kömək edəcək. Yenə də bunu daha çox professional dərəcədə edib, gəmidə oturub gəmiçi ilə dava etməmək lazımdır. Nəticədə hər işin bir ustası var.

 

İndi isə sıra ilə təmir etmək istəyəcəyiniz ev bölmələrinə keçək:

Hamam / Tualet: Eviniz çöx köhnə və büdcəniz çatırsa, hamam-tualeti başdan sona dəyişdirə bilərsiniz. Amma əgər problem sadəcə kafel-metlaxdadırsa, üzərinə yapışdırılıan materialları yoxlaya bilərsiniz. Əgər unitaz, vanna, əl-üz yuyan kimi məmulatları dəyişdirməyi düşünürsünüzsə, mütləq qiymət qarşılaşdırmasını edin.

Döşəmə: Evinizin köhnə döşəməsindən razı deyilsiniz və dəyişdirməyi düşünürsünüzsə, əvvəlcə kiçik bir araşdırma etmələsiniz. Parket yoxsa laminat daha yaxşıdır, parketlərdən hansı istifadəyə yararlıdır, laminat diaqonal yoxsa düz vurulmalıdır kimi suallara cavab tapdıqdan sonra seçiminizi edin. Əgər mərmər döşəmədirsə, üzərinə parket etdirməkdə problem yoxdur. Ancaq, əvvəlki parketiniz köhnəlibsə və ya suya davamlılığı yoxdursa, əvvəlcə onu tamamilə sökmək və sonra yeniləmək professionallıq baxımından daha az maliyyə tələb edir.

Qapı-pəncərə: Qapınız həqiqətən istifadə edilməyəcək vəziyyətdədirsə, onu tamamilə dəyişdirməyinizi tövsiyyə edirik. Amma, problem sadəcə qapı qulpunda ya da çərçivədədirsə kişik bir təmir ilə düzələcəkdir. Beləliklə sıfırdan bir xərcə girməmiş olursunuz. Pəncərələr köhnədirsə, deməli istilik saxlamır. İstilik üçün PVC model pəncərələr seçə bilərsiniz, amma hər modelin eyni olmadığını bilməlisiniz. Məsələn, diyircəkli pəncərələr istilik üçün istifadəyə yararlı deyil.


İstilik sistemi: Binanızın çöl divarında istilik panelləri yoxdursa və yaxın gələcəkdə də olmayacaqsa, evinizin iç divarlarına istilik panelləri quraşdıra bilərsiniz. İç divar panelləri sadəcə çölə baxan divarlara, kolonlara və girişlərə quraşdırıla bilər. Ümumilikdə panelləri quraşdıran firmaların qiymətlərinə rənglənmə də daxil olur. Əgər rəngləmə etdirəcəksinizsə, bir daş ilə iki quş vura bilərsiniz.

cagir.az -Ev təmiri zamanı 4 əsas məqam


Rəngləmə: Rəngi özüm alacam deyirsinizsə, bunu ustalarla danışmadan qətiyyən etməyin. Evinizə nə qədər rəng lazım olduğunu onlar bir baxışda sizə deyəcəklər. Rəngi də mən alacam evi də mən rəngləyəcəm deyə düşünə bilərsiniz, amma bu sizin üçün lazımsız bir yük olar. Təmir bitdikdən sonra evin təmizliyi sizi 3 gün yatsanız dincələ bilməyəcəyiniz bir vəziyyətə salacaq onsuz. Bir də üstünə rənglənmə işi olarsa, təzə evinizin dadın çıxarda bilmədən yorğan döşəyə düşəcəksiniz. Bunun əvəzinə, işi ustalara təslim etmək ən məntiqli yanaşmadır.

Sonda isə təmizlik işləri gəlir. Bu mərhələni Cagir.az peşəkarlarına əminliklə həvalə edə bilərsiniz. Hətta bu məqaləni oxuduğunuzu qeyd edib, 10% endirim qazana bilərsiniz.


Hər növ peşəkar, sürətli və sərfəli qiymətlə usta xidmətlərimizdən də yararlana bilərsiniz. Əgər sizə elektrik ustası, santexnika ustası, kombi təmiri, kondisioner ustası, ariston təmiri, jakuzi təmiri, qabyuyan təmiri, soyuducu təmiri, soba təmiri, televizor təmiri, monitor təmiri, paltaryuyan təmiri, komputer təmiri, kiçik məişət texnikası təmiri, çilingər xidməti, mebel təmiri, kafel ustası, lambir ustası, tamet ustası, və s. lazımdırsa, əminliklə müraciət edə bilərsiniz.

Paylaş:

fb_iconlinkedin_icon