Mətbəxdəki ən faydalı vasitələrdən biri də elektrik çaydandır. Elektrik çaydan, isti yeməklər bişirərkən isti suya tez ehtiyac duyduğunuz anda əlinizin altında köməyinizə çatan bir məhsuldur. Bununla birlikdə, bu tez-tez istifadə olunan mətbəx vasitəsi, əlbəttə ki, diqqətli bir təmizlik də tələb edir. Ən böyük problemi ərp yaranması olan elektrik çaydanın təmizlənməsi necə aparılmalıdır? Blogumuzda təbii metodlara üstünlük verərək praktiki təmizlik məs verdik.


Elektrik çaydanınızı hansı tezlikdə təmizləməlisiniz?

İstifadəsi zamanı su ilə daim təmasda olan elektrik çaydanda ərp əmələ gələ bilər. Suda mineralların çökməsi daxili səthdə və müqavimətdə ləkələnməyə səbəb olur. Bu ərp təbəqəsi yalnız görünüşdə deyil, təəssüf ki, dad və qoxuda da dəyişikliklərə səbəb ola bilər. Lakin, müntəzəm təmizlik edərək uzun illər istifadə edə bilərsiniz. Elektrik çaydanı nə qədər təmizlədiyiniz çaydanın istifadə tezliyindən asılı olacaq. Hər gün istifadə edən və su qaynadan birisinizsə, ayda bir dəfə təmizləyə bilərsiniz. Bu təmizliyi necə edəcəyinizi öyrənmək üçün təbii üsullarla təmizlik tövsiyələrimizi oxumağa davam edə bilərsiniz. 


Məişət əşyalarının təmizliyi üçün bizə müraciət edin. Linkə keçid edərək bütün təmizlik xidmətlərindən tanış ola bilərsiniz.


Limon duzu

Son dərəcə asan və təsirli bir üsul olan limon duzundan istifadə edərək çaydanı təmizləyə bilərsiniz. Hər şeydən əvvəl, qızdırıcıdakı ərp təbəqələrinin həddini bir qədər keçəcək şəkildə su ilə doldurmalısınız. Sonra bir xörək qaşığı limon duzu tökərək işlətməlisiniz. Su qaynadıqda və limon duzu həll olduqda qapağı açıb tökə bilərsiniz. Bundan sonra çaydanı bir neçə dəfə yaxalayıb yusanız, içərisinin tamamilə təmizləndiyini görərsiniz.


Limon suyu

Bu üsul bir az yüngül ərpli səthlərdə daha təsirli olur. Bu səbəbdən limon duzunu çox sıx ərp təbəqələrində və ləkələrdə istifadə etmək daha yaxşı olardı. Bu üsul üçün bir limonu sıxıb çaydanın içinə tökə bilərsiniz. Ləkələr yumşaldıqdan sonra, yəni 15-20 dəqiqədən sonra, ərp olan səthləri biraz keçəcək şəkildə su ilə doldurmalı və çaydanı işlətməlisiniz. Qızdırıcı dayandıqda, ərpin vəziyyətini yoxlayın və əgər ərplər həll olunmayıbsa prosesi təkrarlayın. Ərpin həll olunduğunu gördükdə, çaydanı elektrik hissələrinə su toxunmadan yaxalamalısınız.


Ağ sirkə

Ərp ləkələrinə qarşı son dərəcə təsirli olan bu metodun bir mənfi cəhəti var ki, bu da sirkə qoxusunu aradan qaldırmağa çalışmaqdır. Bu proses üçün çaydanın maksimum göstəricisinin ¾ -dək qədər su ilə doldurub işlədə bilərsiniz. Qaynamış suyun üzərinə  maksimum səviyyəyə çatana qədər ağ sirkə doldura bilərsiniz. Ən sonda təmiz suyu qaynadıb bir daha boşaldaraq yaxalaya bilərsiniz. Sirkə qoxusunun getməsi üçün bu prosesi təkrar edə bilərsiniz.


Ləkələrə qarşı effektiv nəticə almaq istəyənlər link vasitəsilə təmizlik xidmətindən istifadə edə bilərlər. Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994703482606 


Son çarə olaraq kimyəvi metodlar

Hər şeydən əvvəl təbii üsullardan bəhs etdiyimiz blogda elektrik çaydanın təmizlənməsi üçün bir həll təklifi olaraq kimyəvi üsulları da daxil etmək istədik. Yaya biləcəyi zərərli qazlar və qıcıqlandırıcı qoxu səbəbindən tövsiyə etmədiyimiz bu metodu unutmayın. Çaydanı istənilən marketdən ala biləcəyiniz ərp həlledici maddələrlə və yazılmış xüsusi təlimatlarla təmizləyə bilərsiniz.


Bütün növ təmizlik xidməti yalnız, cagir.az-da! Ev və məişət əşyalarının təmizliyi ilə  siz dərindən təmizliyə nail ola bilərsiniz. Sifariş və ya ətraflı məlumat üçün əlaqə nömrəsi: +994703482606