2022-03-29
Baxış: 4773
Baş ağrınızın səbəbi susuzluq ola bilər!
Su insanın ən əsas ehtiyacıdır. Suyun çatışmazlığı insan sağlamlığında böyük problemlərə səbəb olur.
Su içməyi unuduram demə!
Su içmək hər bir insan üçün bir vərdiş halına gəlməlidir. Su içməyi unudursunuzsa, hər zaman bir şüşə su masanızın üstündə saxlayın və gün ərzində için. Su içdikdə ağzınızın quruduğunu və davamlı su içməyiniz lazım olduğunu görəcəksiniz. Beləliklə, gün ərzində özünüz də bilmədən 1,5-2 litr su içəcəksiniz.
Su arıqlamağa kömək edir!
Su “0” kaloridir və mədəyə toxluq hissi verdiyindən arıqlamaqa kömək edir. Eyni zamanda maddələr mübadiləsini sürətləndirir. Suyun müntəzəm istifadəsi az yemək və su içmək istəklərinin davam etməsini təmin edir. Səhər duran kimi və gecə yatmazdan əvvəl bir stəkan su içmək toxluq hissi üçün vacibdir. Suyun zəiflədici təsiri yağ yandırmaqdan deyil, verdiyi toxluq hissindən qaynaqlanır.
Su bədən sağlamlığı üçün vacibdir!
Sağlamlıq üçün gündə 2-2,5 litr su içmək çox vacibdir. Yediyimiz qidaların həzmi, udulması, zərərli maddələrin orqanizmdən çıxarılması, bədən istiliyinin eyni səviyyədə olması, turşu-qələvi tarazlığı suyun əsas vəzifələrindəndir. Bədənimizin ən vacib həyat mənbəyi olan su çatışmazlığında sadaladığımız problemlər yarana bilər;
- Baş ağrısı, unutqanlıq və diqqətin pozulması: Beynin 90% -i sudan ibarətdir. Buna görə susuzluğun ilk əlamətləri beyin funksiyalarında görünür. Yaranan baş ağrısı, dərmanlara ehtiyac olmadan su içməklə də müalicə edilə bilər.
- Dərinin quruluğu: Ən böyük orqan dəridir. Susuzluqdan dərinin quruluğu qırışlara səbəb olur. Nə qədər çox su içilirsə, yaşlanma əlamətləri o qədər gec görünür.
- Ürəkdə yorğunluq: Alınan maye miqdarı kifayət edərsə, ürəyin işləmə sürəti normal olar və ritm problemləri daha az yaşanar.
- Saç tökülməsi və kəpək: Az su işmək saç dərisinin quruması ilə yanaşı kəpəyə də səbəb ola bilər. Kəpəyin yaranması saç tökülməsinə səbəb ola bilər.
- Qəbizlik: Həzm sistemi daha yavaş işləyir və qəbizlik yaranır.
- Əzələ Spazmları: Su sağlamlığımız üçün çox vacibdir. Xüsusilə oynaqlarımızdakı hərəkəti təmin edən qığırdaq toxuması yüksək su nisbətinə sahib olmalıdır. Bu nisbət azaldıqda oynaq xəstəliklərinin inkişaf riski artır. Su sayəsində əzələlərin elastikliyi artacaq, bu da oynaq və sümük sağlamlığını müsbət təsir edəcəkdir.
- Qan təzyiqi problemi: Uzun müddət susuzluq ciddi problemlərə səbəb olur. Təzyiq, qan dövranı, həzm, böyrək funksiyaları ciddi şəkildə təsirlənir.
- Böyrək problemləri ola bilər: Böyrəklər də ifrazat sistemidir. Başqa sözlə, zəhərli maddələri bədəndən çıxaran sistemdir. Bu sistemin işləməsi üçün bol maye tələb olunur. Çünki zəhərli maddələr su ilə də təmizlənir.
- Baş fırlanması: “Oturarkən və ya uzanarkən bir anlıq ayağa qalxanda başım gicəllənir” deyənlərdənsinizsə, deməli, kifayət qədər su içməmisiniz. Buna görə içdiyiniz su miqdarını ən qısa müddətdə artırmalısınız.
- Yorğunluq: Su bədənin yanacağıdır. Əgər kifayət qədər su içmirsinizsə, bu, bədəninizə kifayət qədər yanacaq daxil olmadığı deməkdir. Bu vəziyyətdə bütün günü yorğun hiss etmək normal olur.
Bəs bu problemlərin qarşısını almaq üçün nə qədər su içməlisiniz? İçməli suyun miqdarı adama görə dəyişir. Bir insan çəkisinə görə 0,33 ml su içirsə, deməli kifayət qədər su içir. Kifayət qədər su içməsəniz, və sonradan su qəbulunuzu əhəmiyyətli dərəcədə artırsanız, ürək bulanmağınız qaçılmazdır. Bunun qarşısını almaq üçün içməli suyun miqdarını tədricən artıra bilərsiniz.
Saça qulluq xidməti üçün linkə keçid edə və ətraflı mılumat əldə edə bilərsiniz.
Cagir.az-ın gözəllik xidməti ilə indi bütün prosedurlar bütün mövsümlərdə xidmətinizdədir. İstər gözəllik, istər masaj və usta xidmətləri üçün linkə keçid edə bilərsiniz. Bütün bu xidmətlər peşəkar işçilər tərəfindən həyata keçirilir. Ətraflı məlumat və sifariş üçün əlaqə nömrəsi: +994703482606
Oxşar Yazılar
Ofisi soyuq mövsümə hazırlamaq üçün Çek-list: Bakı üçün xüsusi tövsiyələr
Faydalı Məlumatlar
2024-11-18
Yayda enerjiyə qənaət: soyutma xərclərini necə azaltmaq olar?
Faydalı Məlumatlar
2024-07-23
Yuxuda telefon görmək nə deməkdir?
Faydalı Məlumatlar
2024-03-26
Yuxuda ilan görmək nə deməkdir?
Faydalı Məlumatlar
2024-02-08
Yuxuda xalça görmək nə deməkdir?
Faydalı Məlumatlar
2023-06-13
İş axtaranlara şad xəbər!
Faydalı Məlumatlar
2023-04-24
Uğurlu sifarişin sirri, xidmətimizdəki keyfiyyətdir!
Faydalı Məlumatlar
2023-04-03
Yuxuda pərdə görmək
Faydalı Məlumatlar
2023-03-14
Kofe falı haqqında
Faydalı Məlumatlar
2022-12-21
Ofis mebeliniz işinizə olan diqqətdən xəbər verir!
Faydalı Məlumatlar
2022-12-02