Yuxuda ilan görmək nə deməkdir?

2024-02-08

Baxış: 568

Yuxuda ilan görmək nə deməkdir?

"Yuxuda ilan gormək müxtəlif söz-söhbətlərə xəbərdarlıqdır. Yuxuda gördüyümüz vəziyyətlərin real həyatda fərqli mənaları ola bilər. Gündəlik həyatımızda görməsək də, yuxularımızda ilana bənzər canlıları görə bilərik. Yuxuda ilan görməyin təfərrüatlarını cagir.az sizin üçün aşağıda bir araya gətirdi.


Yuxuda ilan görmək 

Yuxuda ilan görmək ən ümumi yozumda uşağa, sultanlığa, gizli düşmənlərə, qadınlara, bəyliklərə və fərdin güzəranına işarə edir. Yuxuda ilan, yuxu görən adamın ətrafında pisliyini istəyən düşmən kimi yozulur. Bunun xaricində yalnız yaxşı günlərdə yanınızda olan və maraqları olan dostlara işarə edən bir yuxu deməkdir. Bəzi yuxu şərhçilərinə görə, yuxuda görülən ilan həm maddi, həm də mənəvi cəhətdən çətin günlərin başlanğıcı deməkdir. 


Yuxuda qara ilan gormək 

Yuxuda qara ilan görmək; İtirəcək heç bir şeyi olmayan, düşüncəsiz və ağlına gələndə heç kimdən qorxmayaraq onu təmin etmək üçün hər şeyi edəcək qədər cəsarətli bəzi insanların varlığına işarə edir. Yuxuda qara ilan görmək qorxuya səbəb olacaq qədər təhlükəli insanlara və onlardan gələcək təhlükələrə işarə edir.


Yuxuda yaşıl ilan görmək

Yuxuda yaşıl ilan görmək, dini vəzifələri yerinə yetirməyən, günah işlətməkdən həzz alan kimsəyə işarədir. Bu şəxs yuxu görənin özü və ya yaxın dostlarından biri ola bilər. Demək olar ki, bu yuxunu görən insana gələcəkdə zərər görməmək üçün davranışını tənzimləməsi və ya pis rəftar edən insandan uzaq durması xəbərdar edilir.


Yuxuda sarı ilan görmək

Yuxuda sarı ilan görmək yaxşılıq demək deyil. Maddi mənada güclü, ətrafa sıxışan, adı və sözü hər yerdə hallanan birinin, pisliyinə işarədir. Ümumiyyətlə, xislət, bəd nəzər, hiylə, şər haqqında düşünən kimsə üçün rəvayətdir. Bu, şəxsdən gələcək zərər kimi yozulur. Yuxuda sarı ilan görmək yaxşı mənada yozulmur və bədbəxtlik deməkdir.


Yuxuda ağ ilan görmək

Yuxuda ağ ilan görmək, yuxu görənin ətrafındakı insanlara və hətta çox sevdiyi insanlara qarşı mənfi və pis münasibətinin dəyişəcəyinə işarə edir. Yuxu görən insanın insanlara qarşı hiss etdiyi güvənsizlikdən yavaş-yavaş qurtulmağa başladığı və tezliklə yaxşılaşacağı ifadə edilir.


Yuxuda ilan sancması nə deməkdir?

Yuxuda ilan sancması düşmənlərdən gələn problemi göstərir. Bu o deməkdir ki, yuxu görənin güclü düşməni var və bu düşmən yuxu görənə zərər verəcək. Yuxuda ilan sancması həm də kədər və qəmə işarədir. Bir insan yuxuda ilan sancdığını görürsə, bu o deməkdir ki, yaxın gələcəkdə problemlə üzləşəcək. Ümumiyyətlə, bu yuxu mənfi yozulur və düşmənlərdən pislik gətirir. Bəzi yuxu yozmalarına görə ilan həm də mal və sərvət kimi yozulur.


Yuxuda ilanı öldürməyin təfsiri nədir?

Yuxuda ilan öldürmək ümumiyyətlə yaxşı məna daşıyır. Yuxu sahibinin düşmənlərdən qurtularaq rahat bir həyat sürəcəyinə yozulur. Bir şəxs yuxusunda ilan öldürdüyünü görsə, o insan tezliklə düşmənlərinə qalib gələrək rahatlıq tapacaq. Bu həm də yuxu görənin yaxın gələcəkdə dərdlərindən qurtulacağına işarədir. Yuxuda ilan öldürmək, ümumiyyətlə, güclü düşmənə qalib gəlməyə yozulur. Bu,yuxu görənin keçmiş problemlərindən qurtulacağı deməkdir.


Yuxuda ilan tutmaq nə deməkdir?

Bir insan yuxuda böyük ilan tutduğunu görsə, güclü düşmənlərinin pisliklərindən xəbərdar olacağına işarədir. Qısa müddətdə düşmənlərini tanıyacaq və onlara qarşı tədbir görəcək. Yuxuda balaca ilan tutduğunuzu görmək, yuxu görənin haqqında pis sözlər söylənməyə və  bu vəziyyətdən xəbərdar olacağına yozulur. Kiçik ilan tutmaq həm də zəif düşmənə qalib gəlmək kimi yozulur. Bir sözlə, yuxuda ilan tutmaq pislikdən xəbərdar olmaq və tədbir görmək deməkdir.


Yuxuda ilanın üstünə basmağı görmək nə deməkdir?

Yuxusunda ilanın tapdaladığını görən insan gözləmədiyi yerdən düşmənlərinə zərbə endirər. Düşmənlərin varlığından xəbərdar olmaqla müdafiəni inkişaf etdirər. Yəni yuxuda ilanın üstünə basmaq düşməni qəfil tutub məğlub etməyə yozulur. Bəzi yuxu təfsirçilərinə görə, yuxuda ilanı tapdalamaq yeni düşmən qazanmağa yozulur.

Paylaş:

fb_iconlinkedin_icon

Oxşar Yazılar

Yuxuda telefon görmək nə deməkdir?

Yuxuda telefon görmək nə deməkdir?

Faydalı Məlumatlar

2024-03-26

Yuxuda xalça görmək nə deməkdir?

Yuxuda xalça görmək nə deməkdir?

Faydalı Məlumatlar

2023-06-13

İş axtaranlara şad xəbər!

İş axtaranlara şad xəbər!

Faydalı Məlumatlar

2023-04-24

Yuxuda pərdə görmək

Yuxuda pərdə görmək

Faydalı Məlumatlar

2023-03-14

Kofe falı haqqında

Kofe falı haqqında

Faydalı Məlumatlar

2022-12-21

Payızda ölkəni qarış-qarış gəzin!

Payızda ölkəni qarış-qarış gəzin!

Faydalı Məlumatlar

2022-11-29

Tədbirlərə tort sifarişi

Tədbirlərə tort sifarişi

Faydalı Məlumatlar

2022-11-23

 Süd və süd məhsulları

Süd və süd məhsulları

Faydalı Məlumatlar

2022-09-26

Cagir.az zəng et