Ev xanımlarının əlləri və ayaqları olan qabyuyan maşınlar, müəyyən aralıqlarla təmizlənmədikləri təqdirdə bakteriya yuvasına çevrilir. Zamanla qabyuyan maşınlarda yığılmış qalıqları təmizləmək üçün diqqət yetirməli olduğunuz bəzi məqamlar var. Bəs qabyuyan maşını necə təmizləmək olar? Ən asan qabyuyan maşın təmizlənməsi üsulları:


Gündəlik işlərdə daima qarşımıza çıxan qabların təmizlənməsinə vaxt qazanmaq üçün qabyuyan maşınlardan istifadə edirik. Xüsusilə, işləyən xanımlar üçün böyük bir rahatlıq olan qabyuyan maşınların uzun müddət işləməsi, onların düzgün istifadəsi ilə əlaqəlidir. Davamlı yuyulan qablar zamanla qida qalıqlarının yığılmasına səbəb olur. Qabyuyan maşının filtrində əmələ gələn qida qalıqları davamlı təmizlənməzsə, qabyuyan maşın qoxaraq bakteriya yuvasına çevriləcəkdir. Bu, həm də  maşının ömrünü qısaldır. Buna görə də ayda ən azı bir dəfə təmizlədiyinizə əmin olun. 


Təmizlik ilə bağlı ətraflı məlumat üçün linkə keçid edin. Xidmət haqqında daha çox məlumat əldə edə və ya sifariş edə bilərsiniz. Əlaqə nömrəsi: +994703482606


Qabyuyan maşınları necə təmizləmək olar?

Təmizlənmədiyi halda, yuyulma xüsusiyyətini itirən qabyuyan maşınları ayda bir dəfə təmizləməlisiniz. Bunun üçün bazarlarda satılan qabyuyan maşın təmizləyicisindən istifadə edə bilərsiniz və ya təbii olan soda və sirkə ilə təmizləyə bilərsiniz. Qabları qabyuyan maşına qoymazdan əvvəl mütləq bütün qalıqları təmizləməlisiniz. Zamanla qabyuyan maşında yığılan ərpi aradan qaldırmaq üçün evdə hazırlayacağınız təbii üsullardan istifadə edə bilərsiniz.

Sirkə və soda ilə qabyuyan maşın necə təmizlənir

Qabyuyan maşının alt və yuxarı daxili rəflərini çıxarın və maşını tamamilə boşaldın. Maşını boşaltdıqdan sonra təmiz bir parça götürün və hər tərəfini təmizləyin. Qabyuyan maşının rəfində artıq qida varsa, onları zibil qutusuna atın. Əgər maşının içərisində də varsa onları da boşaldın. Rəfləri təmizlədikdən sonra yerlərinə taxa bilərsiniz. Daha sonra bir kasanın içərisinə ağ sirkə qoyun və maşının alt rəfinə yerləşdirin. Qoyduqdan sonra proqramda bir dövr olaraq təyin edib işlədin. İsti tənzimləmədə işlətməlisiniz. İşlətdiyiniz maşının proqramı bitdikdən sonra bir paket sodanı maşının içinə tökün. Sodanı hər tərəfə tökdükdən sonra isti tənzimləmədə bir dəfə daha işlədin.bBeləcə qabyuyan maşınınız təmizlik dolu və ətirli bir qoxu alacaq.


Limon duzu ilə qabyuyan maşını  necə təmizləmək olar

Ən təsirli təmizləmə üsullarından biri olan 2 xörək qaşığı limon duzunun içinə 2 stəkan ağ sirkəni əlavə edib qarışdırın. Limon duzu həll olana qədər qarışdırın və bu qarışığı maşının içinə tökün. İsti su tənzimləməsi olan proqramda bir dövr işlədin.


Cagir.az-ın təmizlik xidməti göstərən peşəkar təmizlikçiləri bütün məişət əşyalarının və eyni zamanda ofis və evlərin təmizliyini həyata keçirirlər. Təmizlik şirkəti axtarışında olan hər kəs linkə keçid edərək ətraflı məlumat ala və ya sifariş edə bilərlər. Əlaqə nömrəsi: +994703482606