Ballı süd ümumiyyətlə içki olaraq istifadə edilir və ya şirniyyatlara əlavə olunur. Bu iki birləşənin tibbi xüsusiyyətlərinə aid araşdırmalar var və ümumiyyətlə sağlıq problemlərinin təbii həlli kimi istifadə olunur.

Balın südlə qarışdırılmasının və istifadə edilməsinin sağlamlıq üçün bir sira faydaları var.

 

1. Yuxu keyfiyyətini yaxşılaşdırır.

Bir çox insan yatmadan əvvəl bir stəkan isti ballı süd içərək daha yaxşı yatmaq istəyir və bu həll yolu da elm tərəfindən dəstəklənir.

Hətda ürək xəstəliyi səbəbiylə xəstəxanada yatan 68 nəfərlə aparılan araşdırmada, 3 gün ərzində gündə iki dəfə ballı südü içmək ümumi yuxu keyfiyyətinin yaxşılaşdırğını göstərdi.

Bundan əlavə, həm bal, həm də südün tək istifadəsinin də yuxu keyfiyyətini yaxşılaşdırdığı təsdiqini tapıb.

 

2. Sümük sağlamlığını dəstəkləyir

Süd yaxşı bir kalsium mənbəyidir və bu mineral sümük sağlamlığında vacib rol oynayır.

Bəzi tədqiqatlar göstərir ki, içilən süd sümük mineral sıxlığını yaxşılaşdırır və osteoporoz və çatlaq riskini azaldır.

Süd və bal qarışığı sümuyun yaranma xüsusiyyətlərini daha da gücləndirir.

Balın antioksidant və iltihab əleyhinə xüsusiyyətləri səbəbindən sümük sağlamlığını qoruya biləcəyi də bildirilir.

 

3. Ürək sağlamlığını gücləndirir

Ürək sağlamlığına gəldikdə bal və süd bir neçə potensial faydaya malikdir. Xüsusilə süd yaxşı xolesterolu artıra bilər,və beləliklə damarlardakı xolestrini təmizlənərək ürək xəstəliklərindən qoruyur. Ancaq bu, yağsız südə aid deyil, yağlı süd üçün yararlı olan bir faydadır.

Süd qan təzyiqini aşağı salmağa kömək edən kaliumla da zəngindir.

Eyni zamanda, tədqiqatlar göstərir ki, bal trigliserid, ümumi xolesterol və pis xolesterol səviyyələrini aşağı sala bilər və bunlar ürək xəstəlikləri üçün risk faktorudur.

Hətta ürək xəstəliklərinin yaranmasına kömək edən iltihab əlamətlərini də azalda bilər.

 

Bəzi Mənfi Xüsusiyyətləri

Ballı südün sağlamlıq üçün bir çox faydası olsa da, nəzərə alınması lazım olan bəzi mənfi xüsusiyyətləri də var.

 

  • Əvvəla, inək südü laktoza qarşı dözümsüz olan və ya süd məhsulları yeyə bilməyən, həmçinin süddə allergiyası olanlar üçün uyğun deyil.
  • Süd məhsullarının istifadəsi sızanaqlar, ekzema kimi müxtəlif cür dəri problemlərinin artmasının riski ilə əlaqələndirilir.
  • Bundan əlavə, balın sağlamlığa faydası olsa da, şəkər və kalori ilə zəngin olduğunu xatırlamaq lazımdır.
  • Yüksək miqdarda şəkər istifadəsi kilo, ürək xəstəliyi, diabet və qaraciyər problemlərinə səbəb ola bilər.
  • Bal 12 aydan kiçik uşaqlar üçün uyğun deyil, çünki botulizmə səbəb ola biləcək bir bakteriya sahibdir və həyati təhlükə yarada biləcək bir vəziyyətdir.

 

Bu səbəbdən istifadəsinə diqqət etmək və çox isitmədən istifadə etmək çox vacibdir.


Nəticə olaraq.

Bal və süd sağlamlığa bir çox faydası olan iki güclü maddədir.

Xüsusilə yuxu keyfiyyətinin yaxşılaşdırılmasında, sümük gücünün artırılmasında və ürək sağlamlığının dəstəklənməsində faydaları var.

Bununla birlikdə, bu qidalar yan təsirlərə də səbəb ola bilər və hər kəs üçün uyğun olmaya bilər.

Buna görə, süd qəbul edən zaman ölçüsünə diqqət etməli və balanslı şəkildə istifadə etmək lazımdır.